SON SÖZ - Ruh.Antares

SON SÖZ - Ruh.Antares

Əslində hər insan həyatında bir dəfə ölür...

Ölüm — görünən son deyil,

bəzən hər gün içində bir şeylərin bitməsidir.

İnsan bir dəfə yox, hər xatirədə,

hər peşmanlıqda, hər susmada bir az da ölür...


Deyirlər ki, ölənlər üçün yaşayanların bir mənası yoxdur.

Bəlkə də bu doğrudur.

Amma bəlkə də ölən bir insanın ruhu,

bir küncdə unudulmuş bir cümlədə yaşayır,

bir dəftərin kənarına yazılmış bir fikirdə nəfəs alır.


—Və eyni ilə yaşayanlar üçündə ölənlərin bir mənası qalmır.

—Unudulmuş bir xatirə kimi,bitmiş bir fikirtək nöktə qoyulur,vəfat etmişin,qəbirə qoyulduğu kimi…



Məsəl üçün...

Mən bu yazıları niyə yazıram?

Həqiqətən də bilmirəm.

Sadəcə qələm mənim əlimdə deyil,

elə bil ruhumun içində gizlənmiş bir kimsə

məni bu sözlərə məcbur edir...


Bəlkə də bu sözlər yazılmamalıydı.

Bəlkə də çoxlarının oxumaması daha yaxşıydı.

Amma...

oxuyan bir nəfər düşünürsə,

hətta bir nəfər bu sözlərdə özünü tapırsa,

onda bəlkə də bu yazılar boşuna deyil.

Bəlkə də bunu oxuyan düşünməməliydi,bəlkə də düşünüləsi bir yazı deyil…

Və beləcə bəlkələr,

Bəlkələr yenədə bəlkələr…


Və mən yazdıqca, içimdəki o dilsiz səssizlik

bir az da sönür...


“bəlkə də hər cümlədə öz ölümümdən sağ qalıram”


Şərhlər (3)

  1. Aynur Yusifova

    @Aynur Yusifova

    09 iyul 25, 13:44

    Bəlkələr… insanın içindəki ən sükutlu ümiddir. Nə tam ümid, nə də tam ümidsizlik… Sadəcə gözləyər. Sən də gözləyirsən bəlkə… Amma bəzən bəlkələrdən azad olmaq üçün bir dayan, dur, bəsdir  demək gərəkir.Amma bəzən olmur.Yenə də bəlkələr qalib gəlir...

  2. SİRİUS

    @SİRİUS

    09 iyul 25, 11:46

    Siz bəlkə də ölümdən sonra yenidən varoluşun bir sirrini daşiyirisz. Bu oxuculara çatdirmaq uçun qələmlə deyil sanki ruhumuzun səsiylə səsləndirirsiz. Bir dəfə ölmək can qurtarmağidir. Hər dəfə ölmək ağrili bir cinayətdir. Sanki özün öz parçalarini itirirsən. Yavaş yavaş hiss etməməyə başlayirsan. Bu tam dibə enməkdir.  Yixilmisam əyər qalxmaq istəyirsənsə ən dərində getməli çox şeyi həll etməlisen orda. Həll edə bilsən qalxacaqsan ordan .  Yaşanmişliqlar bənzərdir. Bəli bir vaxtlar o ölən məni xatırladım. Bir an duşundum o məndən bu mənə necə gəldiyimi? Bəlkə tam izah edə bilmirəm. Çünki çox dönuş yaşadim. Hər acı məni daha güclü etdi. Və bu günki mənə qovuşdurdu.  Yazınız bir ruhun feryadidir. Ruhunuzu azad buraxın . İçinziden nə gəlirsə yazın . Bütün yazilmişlar oxunmağa deyər.💫✍️✨💎🔮

    1. ramil

      @ramil

      09 iyul 25, 11:55

      Məndə o mənnən,bu mənə necə gəldiyimi hələ də düşünürəm.Sadəcə o cavabı tapmağ üçün,qarşıma çıxan "bəlkələr" mənə bunu yazdırdı)

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol