Həyatda bütün yollar birbirinə bənzəyir - SİRİUS

Həyatda bütün yollar birbirinə bənzəyir - SİRİUS

Həyat gəl mən sənə arzularımı sən də mənə yaşatdıqlarını danış. Mən hər şeyi əldə etməyə bu qədər yaxınkən sənin hər şeyi məndən uzaqlaşdırmağın düzgün deyil. Mənə acı çəkdirməklə nəyi sübut etmək istəyirsən? Varlığını?

-Sənə öyrədirəm hər şeyi ... doğulduğun günden bəri. Sənə anladıram əslində dünyanın balaca bir  yer olduğunu. İnsanların qəribə və vəfasız olduğunu. Başa salamağa çalışıram sənə . 

-Sadəcə acılarla?

-Niyə məhz acılar tərəfdən baxırsan? Bəlkə də çəkdiyin acılar sənə çox şeyi öyrədir? Sənə yeni bir sən yaradır? Fikir verirsən çox dəyişmisən?

-Hər ən çoxda acılar dəyişir insanı... Həyat sən imtahan edib sonra dərs verirsen bizə. Ama məktəbdə müəllim belə deyil. O ən azından dərsi keçir sonra imtahan edir. 

- Mən sənə həyat dərsi keçirem. Bu yol çox qarışıqdır . Eniş yoxuşlarla doludur.  Bəzən acısı bəzən şirini bəzən isə qarmaqarışıq yollardan keçirsən. 

-Ama yolda qoymursan...nə olur olsun sürüyürsən aparırsan özünlə məni də...

-Səni aparan mən deyiləm . İçindeki ümidin işigidir. O işig ki səni qaranlıqdan çıxarır.

-Niyə danışmırsan? 

-Çünki bəzi cavablar səssizlikdə gizlidir. Sənin anlamağini gözləyirəm. 

-Sən sadəcə suallarıma cavab verirsən . Bu danışmaq deyil. Danişmaq iki tərəfində anlaşa bildiyi bir nöqtəyə gəlməsidir. Ama biz səninlə anlaşa bilmirik.

-Sən çox sual verirsən. 

-Mənə yaşatdığın hər şeyi bilmək istəyirəm .  Niyə məni bu qədər sıxırsan? 

-Bunları sənə yaşadıram ki anlayasan nəticə çıxarasan  və güclü olasan . Ama gəlib dərsdə məni sorğu suala tutursan. Otur  iki.

Arzular yerində oturdu... Sanki içindəki suallar ona ağırlıq edirdi. Həyat ona hər şeyi reallaşdıra bilməyəcəyini açıq aydın başa salırdı. Ama arzular hər dəfə cəhd edirdi. Reallaşmağa həyata keçməyə. Bu səfər də səssizliyə məhkum olmuşdu arzular...bir küncdə sıxışıb qalmışdı...

"SİRİUS"

Şərhlər (11)

  1. Aynur Yusifova

    @Aynur Yusifova

    26 iyul 25, 22:24

    Arzular yaşamaq istəsə də, həyat hər zaman icazə vermir. Sonda səssizcə içimizdə qalır...

    1. SİRİUS

      @SİRİUS

      27 iyul 25, 14:54

      Bəli ama arzular heç vaxt tam yox olmur içimizde səssizcə bir küncdə yaşayır...

      1. Aynur Yusifova

        @Aynur Yusifova

        27 iyul 25, 20:21

        Yarımçıq qalmış arzuları yaşayan biri...

        1. SİRİUS

          @SİRİUS

          03 avqust 25, 01:16

          Bu sadəcə yazı deyil ,bir insanın yaşama olan sevincinin gülərkən əlinden alınmasının sübutudur. Çoxu insan yaralıdır. Bilirsiniz niyə? Çünki heç kim vaxtına özünə dəyər vermir. Biz öyrənmişik özümüzü lazım olan hərşeyi tamamilə alıb başqasına verməyi. 

  2. ramil

    @ramil

    26 iyul 25, 20:45

    Bəzən nəyi isə istəyirsənsə onun uğurunda əziyyət çəkməkdən,çəkinməmək lazımdır...

    Həyat sizi sıxırsa,deməli diqqətdəsiniz.

    Uğurlar🌟

    1. SİRİUS

      @SİRİUS

      26 iyul 25, 20:55

      Bəzən insan yorulur diqqət mərkəzində olmaq istəmirsən. Teşekkürler 🍀🙏

  3. Şahmalı Hasan

    @Şahmalı Hasan

    26 iyul 25, 20:39

    Həyat ən yaxşı müəllimdir. Uğurlar 👍 

    1. SİRİUS

      @SİRİUS

      26 iyul 25, 20:55

      Teşekkürler 🍀🙏

  4. Dərya Qasımova

    @Dərya Qasımova

    26 iyul 25, 20:29

    Həyat bizə onu göstərir ki, istəmək kifayət deyil. Bəzən yollar, istəməklə olmur. İnsan nə qədər çırpınsa da,hər şey vaxtında və doğru səbəblə gerçəkləşir. Bundan deyə bilər ki, həyat öyrədir, arzular isə öyrənə- öyrənə dəyişir..

    Uğurlar, maraqlı idi 🤍

    1. SİRİUS

      @SİRİUS

      26 iyul 25, 20:36

      Bəli bəzən həyatda gəldiyimiz yollar bizə arzuların döngələrde deyişdiyini öyrədir. Təşəkkürlər 💖🙏

  5. SİRİUS

    @SİRİUS

    26 iyul 25, 20:24

    Oxuyub düşüncələrinizi paylaşsanız şad olaram.✨🙏

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol