Bölüm 6

Elyasın fahişə ilə söhbəti

Atası ilə ağır, nəfəsini kəsən söhbətdən sonra gecənin qaranlığına sığınmışdı Elyas. Ev divarları içində boğulan nəfəsi çöl havasında açılacaq kimi görünürdü. Sanki boğazında düyünlənən sözlər nə-fəs borusunu qıfıllamışdı. Havanın rütubətli sərin-liyi isə onu həm silkələyir, həm də qeyri-müəyyən bir rahatlıq bəxş edirdi. İlk dəfə idi ki, gecənin bu vaxtı evdən çıxırdı. Qapını asta örtüb qaranlıq küçəyə addım atanda ürəyində həm qorxu, həm də azadlıq qarışığı bir hiss doğdu.

Küçələr susqun görünürdü, amma hər addımın-da şəhərin başqa bir sifəti göz önünə gəlirdi. Gün-düzlər tanış, adi görünən bu yollar indi ona yad idi. İşıqların zəif parıltısında hər kölgə daha böyük, hər səs daha təhdidedici gəlirdi. Bir az irəlidə əlində butulka tutmuş, üzü saqqallı bir əyyaş səntirləyə-səntirləyə addımlayır, sanki hər an yıxılacaqmış kimi təkrar ayağa qalxırdı. Elyas gözlərini ondan qaçıraraq yoluna davam etdi. Ardınca ucadan qış-qıran bir dəstə gənc yanından ötüb keçdi, onların səsi gecənin sükutunu çilikləyib dağıtdı.

Daha irəlidə yol kənarında vulqar geyimli qa-dınlar dayanmışdı. İşıqların altında parıldayan ma-kiyajlı üzləri və süni təbəssümləri ilə yan-yoldan keçən maşınlara baxır, siqnallara cavab verirdilər. Bəziləri addımlayıb maşına minir, bəziləri isə tərəddüdlə geri çəkilərək özlərini utanc pərdəsi arxasında gizlətməyə çalışırdılar. Elyas onlara diq-qətlə baxdı, amma içində həm nifrət, həm də qəribə bir maraq oyandı. Addımlarını yavaşladaraq yaxın-lıqdakı dayanacağa gəldi. Soyuq dəmir oturacaqda əyləşdi. Gözləri hələ də o qadınların hərəkətlərini izləyirdi, amma fikri daha uzaqlarda idi. Atası ilə keçirdiyi boğucu dialoqdan qurtulmaq üçün buraya sığınmışdı. İçindən keçdi ki, bəlkə onların yanına getsə, qaranlıq düşüncələrindən az da olsa uzaqlaşa bilər. Onsuz da onların qapısını döyən kişilər də gündəlik həyatın yorğunluğunu unutmaq, boğucu düşüncələrdən qaçmaq üçün buraya gəlmirdilərmi?

Buz kimi soyuq dəmir oturacağa əyləşdiyi anda şaxtanın sümüklərinə qədər işlədyini duydu. Əv-vəlcə titrədi, amma çox keçmədən bədəni bu soyu-ğa alışdı. Ancaq öyrəşə bilmədiyi bir şey vardı: beyninin içini dırnaqlayan, aramsız xatirələr. Keçmiş sanki qarmaqlı mizrab kimi boğazına ilişib nəfəsini kəsir, damcı-damcı içini qurutduqca boğu-lurdu. Elyas dərin nəfəs almağa, ürək döyüntülərini sakitləşdirməyə çalışıdı. Amma hələ də atasının ağır sözlərinin kölgəsi sinəsinə çökmüşdü.

– Siqaretin olmaz? – Bir anda qəfil bir səs bütün düşüncələrinin pərdəsini yırtdı:

– Nə? – Elyas başını qaldırıb səsin sahibinə bax-dı. Qarşısında otuz yaşlarında, cazibədar bədən quruluşuna malik bir qadın dayanmışdı. Amma dodaqlarındakı süni dolğu üzündəki təbii gözəlliyi zədələmiş, saxta bir ifadə yaratmışdı. Elyasın bey-nindən qəfil bir sual keçdi: “kim aldatmışdı bu qadınları ki, yekə və dolu dodaqlar kişilər üçün cazibədar sayılır?”

– Səninlə danışıram. Soruşuram, siqaretin yox-dur? – Qadın eyni sualı təkrar elədi.

– Yox, mən çəkmirəm, – dedi Elyas.

– Çox soyuqdur. Yanında əyləşsəm olar?

– Əyləş, – dedi Elyas, – yer mənim deyil ki.

Qadın xısın-xısın gülərək yanında oturdu:

– Nə bilim, dedim birdən bu yerlərin yiyəsi sən çıxarsan. Adətən, bu saatlarda burda ya müştərilər olur, ya translar, ya geylər, ya da fahişələr. Sən hansındansan?

Elyas bir anlıq çaşdı, sonra səsini toparlayıb soruşdu:

– Bu vaxt avtobusların işlədiyini bilmirdim.

Qadın qəfil qəhqəhə çəkdi:

– Sən lap safsan. Deyəsən, ilk dəfədir bu saatlarda küçəyə çıxırsan.

Qadının sözləri hələ havada qalmışdı ki, yaxın-lıqda qara “Nissan” dayandı. Maşının faraları onlara yönəlmişdi. Elyas təəccüblə baxarkən qadın sanki çoxdan gözlədiyi fürsəti tapmış kimi ayağa qalxdı və maşına tərəf getdi.

– Siqaret axtarırsan, deyəsən, – qadın cazibədar səslə dedi.

– Otuz. Razısan? – Maşından qalın səs eşidildi.

– Əlli manatdan aşağı yerim yoxdur, – qadın dərhal cavabladı.

– Əlliyə dəyməzsən, – deyə sürücü sürətə basıb uzaqlaşdı.

– Əclaf! – qadın arxasınca acıqlanaraq pıçıldadı. – Bu boyda maşın sürür, amma canı çıxır pul xərcləməyə.

Elyas tərəddüdlə soruşdu:

– O nəyin qiymətini soruşurdu?

Qadın gözlərini ona zilləyib, bir anlıq susdu, sonra çılpaq bir rahatlıqla dilləndi:

– Bədənimin.

Elyas boğazında ilişib qalan sözü güclə uddu. Bir anlıq "sən fa...” demək istədi, amma dayandı. Qadın onun tərəddüdünü görüb özü tamamladı:

– Hə, mən fahişəyəm.

Bu saatda burada fahişələr olduğunu bilmirdim. – Elyas tələsmədən cavab verdi.

– Yaxşı görüm sən canı. Sən heç həyatında Fa-hişə belə görməmisən. – qadın daha da yaxınlaşdı, sözləri yumşaq, amma bir qədər çağırışlı idi.

– Niyə görməmişəm. Görmüşəm.

Bəlkə də. Amma heç vaxt yanlarında olmamısan.

– Yox, niyə olum ki?

– Nə deyirsən, bəlkə ilkin mən olum?

– Yox. Sevgilim var.

Yaxşı da sən canı. Ətimi tökmə mənim. Yanıma elə adamlar gəlir. Baxsan arvad uşaqları, amma yenə də gəlirlər. Niyə? Çünki mən onlara arvadlarının verə bilmədiklərini verirəm.

– Nə verirsən?

– Bolca ehtiras. Onların arvadı isə bu ehtirası onlara verə bilmir. Qorxur, qorxurlar ki, ərləri onları əxlaqsız kimi tanıyar. Ona görə də ərlərini əxlaqsız saydıqları qadınların yanlarına yollayırlar.

– Bunların mənə nə aidiyyatı?

Aidiyyatı odur ki, hələ safsan. Kirlənmə-misən. Amma vaxt gələcək sən də onlardan biri olacaqsan.

– Niyə mənim tale yazmağa çalışırsan?

– Bilirəm də hamınınız ssenarisini.

– Bəs sənin ssenarin? – Elyas bir anda sual verdi. – Deyəcəksən ki, məni sevgilim aldatdı, yoldan çıxartdı. Ya da deyəcən ki, “əmimoğlu uşaq vaxtı zorlayıb, ona görə belə oldum?”

– Yox, elə bir şey deməyəcəm. Digərlərindən fərqli olaraq mənə görə fahişəlik acizlik yox, əsl gücdür.

– Güc? – Elyas anlamadı.

– Hə, güc. Hələ uşaq vaxtınnan hiss edirdim içimdəki bu potensialı. Ona görə də kiminləsə evlənib camaatı bədbəxt eləmək istəmədim. Amma kaş ki, mən də başqaları kimi olardım.

– Başqaları necədir?

– Özün bilirsən, ağzımı açdırma mənim.

– Fərqi nədir, özün evlənməsən də, digər evlənənləri və sevgilisi olanları yoldan çıxartmağa çalışırsan.

– Hə, amma fərq ondadır ki, gecənin bir vaxtı baxır hardasan. Fahişəxanaya gəlib məni niyə yoldan çıxardırsan deyə bilməzsən.

Burda fahişəxana sözü yazıldığını heç bilməzdim. – Elyas başını qaldırdı. Ayağa qalxıb dayanacağın üstünə bir qədər baxdı.

– Maşallah, dilin açılır yavaş-yavaş. Bu dayanacaqlar gizli fahişəxanalardır.

– Açarı da “siqaretiniz olmaz?” sözüdür?

– Bu gizli koddur. Başa düşən düşür. Yoxsa sənin kimi saflar anlamaz.

Elyasın içində bir qarışıq hiss təəccüb, iyrənmə və qəribə bir maraq qanadlandı. Gecənin soyuğu bir anlığına onun üçün daha kəskin göründü:

– Niyə bu saatda gedib müştəri tapmaq əvəzinə gəlib mənimlə vaxt öldürürsən? – Elyas soruşdu.

– Sən mənə maraqlı gəldin. Belə də ki, maşın keçsə, yenə gedəcəm də.

–Yox, müştəri axtaranlar bax orda durur. – Elyas əli ilə yolun kənarındakı digər faişələri göstərərək dedi:

–Yaxşı, düzünü deyəcəm. Sanki söhbətə ehtiyacın var idi. Gəldim ki, danışaq. Amma yataqda da danışa bilərik istəsən.

– Sən insanların ehtiyaclarını ödəyirsən. Bəs sənin ehtiyaclarını ödəyən olmur?

– Əslində mənim o qədər də ehtiyacım yoxdur. Yemək və danışmaq doğrultusunda başqa bir ehtiyac hiss eləmirəm. Bir az da yatıb rahatlamaq...

Elyas bir anda fikirlərə daldı. Fahişə qadının son dediyini eşitmədi. Fahişə danışır, o isə onu dinləmir, sanki divara danışan bir qadının divarı olmuşdu. Anasının necə öldüyünü bir az əvvəl öyrənmiş, indi isə oturub hansısa fahişənin dərdlərini dinləyirdi. Gözünü astaca yumdu, açdığında isə gördü ki, qadın onun gözünün içinə baxırdı.

– Alo! Sənnən e – Fahişə Elyasın onu dinləmədiyini görüb dedi – Yuxun gəlir get yerində yat.

– Yuxum gəlmir. Əksinə Yata bilmədiyim üçün bu saatda burdayam.

– Nə dediklərimi eşitdin heç olmasa?

– Düzünə qalsa yox.

– Gəl onda yenidən başlayaq. Amma bu dəfə qulaq as mənə.

– Əslində tək qalmaq üçün çıxmışdım həyətə. Amma söhbət etməyə ehtiyacım var deyə düşünürsənsə ilk sualı mən verim. – Elyas bir qədər düşünüb sual verdi – Atan və anan var sənin?

– Atam yoxdur. Anam var.

– Sən niyə onun yanında deyilsən?

– O xəstədir. Ona baxmağa məcburam. Ona görə gecələr başqa işdə işlədiyimi düşünür, gündüzlər oxuduğumu. Kaş anam cavan olaydı...

– Bir şeir var, bəlkə eşitmisən. Hacıbala Mahmudov yazıb.

– Yox – Elyasın sözündən sonra qadın gülümsədi.

Qadının şeirdən xəbərsiz olduğunu anlayan Elyas şeiri asta səslə deməyə başladı:

– Kaş anam otuz il cavan olaydı. Qazanın dibini yandıran yaşda. Babama mətbəxdən çay aparanda stəkan-nəlbəki sındıran yaşda. Üzünə nisbətən ovuclarında anamın daha çox qırış olaydı. Heç mən də dünyaya gəlməzdim hələ, atamla yenicə tanış olaydı. Kaş... anam otuz il cavan olaydı. Mən də ki, yenicə dil açan uşaq. İlk dəfə ürəkdən ana deyəydim, bütün deyəcəyim sözlərdən qabaq. Kaş anam otuz il cavan olaydı. Səsinə laylalar bəstələnərdi. Kaş zaman sürətlə keçməsin deyə, saatın əqrəbi xəstələnəydi.

Elyas sözlərini bitirəndə qadın əvvəlcə susdu. Gözlərinin dərinliyində qırılıb tökülən bir uşaq xatirəsi işıldadı. Dodaqlarında zorla saxladığı təbəssüm titrədi, sonra dağıldı. Gözləri doldu, kirpiklərindən süzülən damcı yanaqlarındakı ağır makiyajı yuyub apardı. O an qadın artıq küçənin sərt, soyuq fahişəsi deyildi – anasının qucağını arzulayan balaca bir qız idi. Dodaqları titrədi, gözləri yerə dikildi.

– Nə oldu? – Elyas susqunluğun ağırlığına dözməyib soruşdu.

– Heç nə. – Qadın dərin nəfəs aldı, amma cavabı pıçıltı kimi çıxdı:

Elyas qaşlarını çatdı, onun gözlərində gizlənmiş kölgəni görməzlikdən gələ bilmədi:

– Düzünü de. Nə oldu?

– Anamı istədim... – dedi asta səslə. Əllərini dizlərinin üzərində sıxdı, barmaqları bəyazladı. Gözlərində qırılmış işığın izi vardı.

Elyas bir anlıq susdu, sanki bu cavab otağın havasını daha da ağırlaşdırdı.

– Niyə yanına getmirsən onun?

– Kim pul qazanacaq bəs? – dedi, sanki özünə cavab verir kimi.

– Başqa bir iş tap.

– Nə iş? – Qadın acı-acı gülümsədi,

– Axtaran tapar.

– Sənin kimilər üçün demək asandır. Atan yanında, anan yanında.

– Anam yoxdu mənim. Atamın isə ayaqları... Anamın necə öldüyünü də bir az əvvəl öyrəndim.

Qadın ani olaraq titrədi, sanki kimsə sinəsinə daş qoydu. Üzündəki maska dağıldı, səsindəki kobudluq itdi:

– Üzr istəyirəm... – dedi, məyusluğunu gizlətmədən.

– Ona görə gecənin bir vaxtı həyətə düşdüm. Boğuldum. Boğulurdum.

– Həqiqətən bağışla, – qadın pıçıltı ilə dilləndi, barmaqları əsdi. Sonra bir az toparlanaraq əlavə etdi: – Sənin anan yoxdur, mənimsə atam. Bir-birimizi daha yaxşı başa düşürük, məncə. Sənin atan sağlam deyil, mənimsə anam. Və gecənin bir vaxtı ikimiz də burdayıqsa, deməli ikimiz də travmalıyıq. Yalnız bu peşə ilə məşğul olanlar travmalı deyil, onların yanına gələn insanlar da ən az onlar qədər travmalıdılar.

– Belə olmağa məcbur deyilsən. Evinə get.

– Demək asandır. Bəs ev üçün pulu kim tapacaq?

Qadın başını aşağı saldı. Dayanacağın dəmir oturacağında uzun müddət susqun oturdu. Sonra birdən ayağa qalxdı. Addım atdı, amma dayanıb geri döndü. Gözləri qaranlıq yol ilə Elyas arasında get-gəl edirdi. Qalxmaqla oturmaq, getməklə qalmaq arasında qalmışdı. Dayanacağın zəif işığında kölgəsi gah böyüyür, gah da qısalırdı – sanki içindəki mübarizəni göstərirdi. Nə ayaqları onu aparırdı, nə də oturacaq buraxmaq istəmirdi. Gecənin dərin sükutu isə onun hər qərarsızlığını daha aydın eşidirdi.

Qadının getmək istədiyini görən Elyas soruşdu:

– Dayan. Hara gedirsən?

– Evə gedəcəm – Fahişə zorla da olsa gülümsündü. – Anamın mənə ehtiyacı var.

– Bəs pul? – Elyas qadının az öncə yaşadığı narahatlığı yaşadı.

– Allah bir qapı açar – Dedi və üzünü çevirərək qaranlıq küçələr boyunca gözdən itdi.

Qadın getmişdi. Hava isə getdikcə ağarmağa doğru gedirdi. Yol kənarında bir neçə qadın hələ də dayanmışdı – sanki gecənin çöküntüsü, sabahın ilk işıqlarıyla yox, sonuncu müştərinin gələcəyi ümidi ilə qalırdılar. Elyas düşündü: Onlara yaxınlaşıb nəsə demək olarmı? “Dəyişin, evinizə gedin” desə, guya kim onu eşidəcəkdi? Onsuz da hər kəs özünə filosofdur – biri “pulu kim qazanacaq?” deyə sual edir, biri “Allah qapı açar” cavabı verir. Çox güman, onun sözləri də küçənin zibil qutularında yatmış itlər qədər dəyərli olacaqdı.

Axı dəyişmək elə-belə söz deyil. “İstəsən dəyişərsən” – bu cümlə həyatı boyunca heç nəyə ehtiyacı olmayanların dilində şirin aforizmdir, amma ac qarınla küçədə oturan üçün qulaq batıran məsxərədir. Elyas bir qadını evə qaytara bildi, bəs sabah? Sabah qadının telefonuna tanışlardan zəng gələndə, “hə, gəl, müştəri var” deyəndə, o yenə burda olmayacaqmı? Kim zəmanət verə bilər? Qadının özü, yoxsa onun taleyi? Yoxsa, bəlkə, bu küçənin qaranlıq lampaları – hər gecə günahı işıqlandıran, amma heç vaxt söndürülməyən o lampalar?

Bəlkə də sabah o qadın yenə qayıdacaq, çünki insan köhnə çevrəsindən asanlıqla qopmur. Nə qədər paradoksal olsa da, bəzən pislik insanın ən rahat yuvasıdır. Belə çıxır ki, dəyişmək üçün yalnız istək yox, həm də təzə həyatın kirayəsini ödəyəcək bir möcüzə lazımdır. Amma möcüzələr çoxdan pulu olanlara satılıb.