Qaraqan - Elxan Zeynallı Kimdir?

Qaraqan - Elxan Zeynallı Kimdir?

Qaraqan - kimdir? Həyatı, yaradıcılığı, əsərləri, kitabları


Elxan Aqşin oğlu Zeynallı, daha çox Qaraqan səhnə adı ilə tanınan azərbaycanlı repçi, musiqiçi və yazıçıdır. 3 aprel 1987-ci ildə Bakıda anadan olan Qaraqan, Azərbaycan Yazıçılar Birliyinin üzvü və Milli Kitab Mükafatının ilk qalibidir.

Orta təhsilini Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyində alan Elxan Zeynallı, peşəkar musiqi karyerasına 2005-ci ildə "Baku Klan" qrupunda başlamışdır. Daha sonra 2007-ci ildə yaranan "H. O. S. T." qrupunun solisti olmuşdur. Qrup üzvləri 2012-ci ildən etibarən solo fəaliyyətə başlasalar da, Qaraqan "Madhouse Community"də yoluna davam etmişdir.

2007-ci ildən etibarən yazıçılıq fəaliyyətinə başlayan Qaraqan, bu günə qədər 9-u Azərbaycan, 1-i rus dilində olmaqla 10 romanın müəllifidir. Əsərlərində ədalət hissini təbliğ edən yazıçı, 2007-ci ildə AYB-nin ən gənc üzvü seçilmişdir. Həmin ildə "A" romanı Azərbaycanda bestseller olmuşdur.

2008-ci ildə "İlin Gənci" adına layiq görülən və 2009-cu ildə Prezident təqaüdü ilə təltif olunan Qaraqan, 2010-cu ildə hərbi xidmətdə olmuşdur. 2011-ci ildə "Qısa qapanma" adlı solo konsertini vermiş və "Uşaq yardım" kampaniyasında iştirak edərək "Bir" trekinə klip çəkdirmişdir. 2012-ci ildə "Dəniz vağzalı"nda "Beşikdən Məzara" adlı konserti baş tutmuş, həmçinin Ankara və İstanbulda konsertlər vermişdir. Həmin ildə "A" romanı ABŞ-də çap olunan ilk azərbaycanlı yazıçıların kitabı olmuşdur. Fantastik-dram-faciə üslubunda yazdığı "Mələk" romanı MDB ölkələrində bestsellerə çevrilmişdir.

2013-cü ildə Moskvada "Коpоткое Зaмыкaние" adlı konsertini təqdim etmiş və "Evakuasiya" romanı maraqla qarşılanmışdır. Həmin ilin noyabr ayında trilogiyasının birinci hissəsi olan "Birinci addım: Beş anonim milyonçu"nu təqdim etmişdir. 2014-cü ildə "İkinci addım", 2016-cı ildə isə "Üçüncü addım" kitablarını çap etdirərək trilogiyanı tamamlamışdır. 2019-cu ilin aprel ayında "Art və Xaos" kitabı oxuculara təqdim olunmuşdur.

2023-cü ilin sentyabr ayında "Söz" adlı treki ilə musiqi karyerasına yenidən başlamışdır. Bu günə qədər 4 albom çıxarmışdır.

Kitabları:

A

Bir milyon dollarım olsaydı

Mələk

Evakuasiya

Birinci addım (Beş anonim milyonçu)

İkinci addım (Həqiqətin beş adı) 

Üçüncü addım (Rəqəmsal meşə)

Art və Xaos

Günahkarın gizli etirafı

Şərhlər (17)

  1. Dost

    @Dost

    09 fevral 26, 16:56

    13 Qaraqani axtarir Urraaqan

    1. Dost

      @Dost

      09 fevral 26, 16:57

      Bilmirem belkede deli olmusam amma bu icimdeki 13 nedirse bunu ancaq bilse bilse Qaraqan biler 

  2. Sevinc

    @Sevinc

    21 sentyabr 25, 23:44

    Qaraqanı "Host"la tanımışam."A" romanından "Şeytanın kitabı"na qədər bütün əsərlərini oxumuşam.Elxan mənim düşündüklərimi,hiss etdiklərimi qələmə alıb sanki.Hər cümləni oxuduqca "eynən" demişəm.Onun təfəkkürünün mənim ruh yolçuluğumda çox köklü rolu olub.Onu mütaliə etdikcə  yalnız olmadığımı dərk etmişəm.Görüşmək alınmayıb.Amma onun da mənə bələd olduğunu hiss edirəm.Elxan,seçilmiş ətrafını yarat xahiş edirəm.

  3. Adıgözəl_12

    @Adıgözəl_12

    31 iyul 25, 18:31

    Qaraqanı yenidən dönüşündən sonra tanıdım, onun haqda çox araşdırdım. Kitabların oxumağa başladım, mahnılarında məna axtardım. Ən sevdiyim kitabı "Şeytanın Kitabı"dır.

  4. Aytac

    @Aytac

    22 iyul 25, 00:38

    Qaraqanı mahnılarına daha çox qulaq  asmışam amma hələ romanlarını oxumaq qismət olmayıb.

  5. Sunay Məmmədova

    @Sunay Məmmədova

    21 iyul 25, 22:16

    Həm musiqi, həmdə ədəbiyyatda öz dünyasını quran, eyni zamanda isə düşünən və düşündürən sənətçidi.🤌🏻

  6. Musayeva Aydan

    @Musayeva Aydan

    21 iyul 25, 21:33

    Qaraqan haqqında eşitmişdim amma məlumatım yox idi. Rep sevmədiyim üçün əsərlərini oxumaq fikrim olmayıb.o fikir yarandı oxuyacam

  7. Asuela

    @Asuela

    21 iyul 25, 21:28

    Qaraqan🥰 tanımamaq ne mümkün,uşaqken ona aid qara kapişonum bele vardı🫠

    bezi uşaqlara baxanda düşünürem ki,meğerse ne doğru insanlara önem vermişik..

    onun oxuduqları da,yazdıqları da bir nesli formalaşdırdı..

    onu ilk tanıyanlardan olmağın verdiyi qürur🥰

  8. SİRİUS

    @SİRİUS

    21 iyul 25, 20:42

    20 yaşinda 10 kitabı yazıb çap etdirib. O alqişlanmağa layiqdir. 👏👏👏👏👏 Halal olsun. Belə gözəl məlumatlari bizimlə paylaşdığınız üçün təşəkkür edirəm. 

  9. Röyane

    @Röyane

    21 iyul 25, 20:29

    Mən rep dinlemediğim görə heç eşitməmişdim Qaraqanı. Sizi tanıdıqdan sonra tanıdım. Kitablarını oxumaq heleki qismet olmayıb. Ama planlaşdırıram inşallah. Məlumat üçün çox sağ olun🙏

  10. Əlizadə Fəxriyyə

    @Əlizadə Fəxriyyə

    21 iyul 25, 19:41

    Qaraqanı çox sevirəm 2.3 kitabın olar ki, oxumamaşam..Qalan bütün kitabların Severek oxumuşam...Deyedim kitabı sevdiren mənə Qaraqan olub..Sonra kitab oxumağa həvəsim artdı..

    Daha sonra Uraqan bəyin kitabı qarşıma çıxdı..Herbden Qeydler çox beyendim..Sonra Uraqan bəyin yazıların oxudum..Çox bəyendim..Çox gözəl fikirlərin çatdırır.. Uraqan beydendə çox şey örgendim..Çox sağolsun həqiqətən minnətdaram.. Deyerdim mənim özümü  inkişafımda çox böyûk rolu var..Çooxx Sağolun Uraqan bey.. Sevilirsiz 💜

  11. Dərya Qasımova

    @Dərya Qasımova

    21 iyul 25, 19:26

    Qaraqanın yazdığı əsərləri, bəyənirəm. Onun yazdığı sadəcə sözləri deyil, bir insan çırpıntısı, bir cəmiyyətin boğulan qışqırığı uğurunda apardığı səssiz mübarizəsidir. Məlumat üçün təşəkkürlər 🤍

  12. Xəyalpərəst

    @Xəyalpərəst

    21 iyul 25, 19:22

    Qaraqanı ilk dəfə "Mən və Sən" musiqisindən tanımışam. Sonralar Orxan Zeynallı-ya verilən sualı cavablayanda tanıdım. Yazıçı olduğunu yeni-yeni bilirəm. Qaraqanın əsərlərini burda görmək ümidi ilə 🌸🤍

  13. ramil

    @ramil

    21 iyul 25, 19:17

    Qaraqanın hal hazırda 2 kitabını(A romanı,birdə 2 çi addım kitabını )oxumuşam.Dünyaya xüsusi bir baxış bucağı var,buda onu tamam fərqli biri edir.Treckleride mənim üçün xüsusi bir yer tutur.

    Məlumata görə təşəkkürlər 🙏 

  14. Fatimə Bayramova

    @Fatimə Bayramova

    21 iyul 25, 19:16

    Qaraqanın əsərlərini burada da görmək diləyi ilə...

  15. XeYka

    @XeYka

    21 iyul 25, 19:16

    Bu yazılanların hamısını bilməyin verdiyi zövq😎.

    Qaraqan Azərbaycanda Çox sevilən yazar və musiqiçidi. RESPECT QQ🖤

  16. Aynur Yusifova

    @Aynur Yusifova

    21 iyul 25, 09:58

    Eyni ilin yetirməsiyik.Amma ilk dəfədi bilirəm ki belə istedadlı bir şəxsiyyət var.Bu gunə kimi nə bilmişəm nə eşitmişəm nə oxumuşam.Məlumatınız üçün təşəkkürlər.

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol