Elxan Elatlı — kimdir?

Elxan Elatlı — kimdir?

🌟 Elxan Elatlı – Hadisələri sadə dillə danışan, maraq doğuran yazıçı.


Elxan Əbdürrəhman oğlu Osmanov, 19 dekabr 1962‑ci ildə, Şamaxı rayonunun Sis kəndində anadan olub.

📑 Təhsil

Orta təhsilini doğma kənddə alıb, daha sonra Bakıdakı Fizika‑Riyaziyyat təmayüllü Respublika 1 saylı məktəbində oxuyub.

1980–1985‑ci illərdə Bakı Dövlət Universitetinin Mexanika‑Riyaziyyat fakültəsində təhsil alıb.

1985–2001‑ci illərdə fənn müəllimi, rayon icra hakimiyyətinin nümayəndəsi və məktəb direktoru kimi fəaliyyət göstərib.


2001-ci ildən etibarən Bakı şəhərində yaşayır və yaradıcılıqla ciddi şəkildə məşğuldur.


📗 Əsərləri

"Ağrıyır ürəyim, ağrıyır yaman" (şeirlər)

"Səhv edirik biz" (şeirlər və qəzəllər)

"Axtar məni" (şeirlər və qəzəllər)

"Seçilmiş şeirləri" (şeirlər, poemalar)

"Düşün bir az" (məntiqi riyaziyyat məsələləri)

"Maraqlı məntiq məsələləri"

"Yeddinci mərtəbədə qətl" (Nemət Sabirli&Qanbay Qasımlı, detektiv povest və hekayələr)

"İtmiş qızın axtarışı" (detektiv povest və hekayələr)

"Pəncərədə görünən kölgə"(Qanbay Qasımlı)

"Xəyanət" (Qanbay Qasımlı)

"Qan ləkəsi" (Ələmdar Məlikov & Allahverdi Əbilov)

"Bakıdan gələn xəfiyyə" (Qanbay Qasımlı)

"Dilənçi qadının sirri" (Qanbay Qasımlı)

"Cəhənnəmdən gələn səs" (Ələmdar Məlikov — həmçinin rus dilində "Голос из ада")

"Görünməyən izlər"(Qanbay Qasımlı)

"Qisas gecəsi" (Mübariz İbrahimova həsr olunmuş qəhrəmanlıq romanı)

"Arxalı canavar" (Qanbay Qasımlı & Ələmdar Məlikov)

"Ələkeçməz yaquar" (Ayxan Asayev & Melissa Kazakova)

"Ən yaxın planet" (Ələmdar Məlikov, Gültən Dəmirli)

"Seçilmiş cəza"(Qanbay Qasımlı)

"Adsız tablo" (Qanbay Qasımlı)

"Mərtəbələr" (psixoloji roman)

"Niyə susursan, polkovnik?"(Qanbay Qasımlı)

"Qanunsuz əməliyyat" (Ələmdar Məlikov & Gültən Dəmirli)

"Xəstə ruhlar" (tarixi-detektiv roman, Qanbay Qasımlı)

"Məhəbbətin gizli kodu" (Qanbay Qasımlı)

"14-cü Adam" (Pisxoloji roman, Firdovsi&Qanbay Qasımlı)

"Ölüm ağacının kölgəsində" (Məhhəbət romanı&Dedektif, Ələmdar Məlikov & Gültən Dəmirli)

"Eksperiment" (Karyera romanı)

"Qanbay Qasımlının xəfiyyələri" (detektiv — Seldan Ayazlı və Elmar Bayarlı)

"Armed Mişel" (Tarixi roman)

"Uğursuz gecə" (Qanbay Qasımlı)

"Alternativ əməliyyat" (Ələmdar Məlikov, Gültən Dəmirli, Ayxan Asayev)

"Susan qadın" (Qanbay Qasımlı)

"Qazinin ölümü"

"Belçika ovçarkası"(Qanbay Qasımlı & Ələmdar Məlikov)

"Şantaj" (psixoloji roman)

Ölümsüz qətl (Qanbay Qasımlı)

Şərhlər (7)

  1. Leyla

    @Leyla

    14 yanvar 26, 20:37

    onun şantaj kitabı mənə çox təsir etmişdi hər bir gənc qız bu kitabı oxumalıdı məncə

  2. ramil

    @ramil

    30 iyul 25, 08:17

    İlk oxuduğum kitab Elxan Elatlı'nın "Ələ Keçirilməz Jaquar" romanı olub. Bu kitabı hərbi xidmət dövrümdə oxumuşdum. Oxuyarkən onun yazı üslubu, hadisələri təqdim etmə tərzi və kitablarında olan səmimiyyət məni özünə cəlb etdi. Elə bu maraq nəticəsində Elxan Elatlı'nın daha 3-4 kitabını da oxudum.

    Uğurlar✨

  3. Röyane

    @Röyane

    30 iyul 25, 01:10

    Sade, aydın anlaşılan dili olduğuna, bütün kütle terefinden başa düşüldüyüne göre belkede çox sevilir Elxan müellimin eserleri. En çox beyendiyim, bir müddet tesirinden çıxa bilmediyim eseri "xeste ruhlar" eseridir.

  4. Ağca Muradova

    @Ağca Muradova

    29 iyul 25, 22:46

    Elxan Elatlı bəyəndiyim yazıçılardandır. Ən çox mənə təsir edən əsəri "Şantaj" idi. 2-3 gün əsərin təsirindən çıxa bilmədim. Qızın başına gələnlər çox təsir etdi. Hal-hazırda "Qan ləkəsini" bitirməyə çalışıram.

    Məlumat üçün təşəkkürlər. 

  5. Fatima

    @Fatima

    29 iyul 25, 22:03

    Elxan Elatlı oxucunu ilk baxışdan cəlb edən yazıçılardandır. Sadə, axıcı dili ilə mürəkkəb hadisələri aydın şəkildə çatdırır. Xüsusilə detektiv janrında yaratdığı Qanbay Qasımlı obrazı onu fərqləndirir. Yazdıqları həm düşündürür, həm də maraqla oxunur. Müasir ədəbiyyatda öz dəst-xətti olan müəlliflərdən biridir

  6. SİMURQ

    @SİMURQ

    29 iyul 25, 21:58

    Elxan Elatlı  sadə, aydın və qəlbdən yazan, həyatın müxtəlif üzlərini sözə çevirən yazıçıdır. Əsərləri səmimiyyəti və dərinliyi ilə oxucuya özünü tapdırır.Bəzi oxucular mənfi rəy bildirsə və önyarğı ilə yanaşsa da istisna əsərləri var ki özünəməxsusluğunu qoruyur. 

  7. Aynur Yusifova

    @Aynur Yusifova

    29 iyul 25, 20:18


    *Az bilinən fakt:* Elxan Elatlı əvvəlcə hüquq sahəsində çalışıb və uzun illər daxili işlər orqanlarında işləyib. Bu da ona real cinayət təcrübəsindən bəhrələnərək daha inandırıcı detektiv süjetlər qurmağa imkan verib. Onun “İz”, “Xəyanət”, “Cinayət təfərrüatı” kimi romanları geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanıb.


    Əsərlərində milli ruhu, ədalət anlayışını və insani dəyərləri qoruyaraq oxucunu düşündürməyi bacarır.

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol