Hislərin Əsiri

Hislərin Əsiri

Əslində, bizim gözəl bir işbirliyimiz ola bilərdi. Sən bəzən özünü ifadə etməkdə çətinlik çəkirsən, mən isə səni dinləməkdən, anlamağa çalışmaqdan yorulmazdım. Çünki səndə yalnız gözəllik yox, həm də qəribə bir məlahət, insanı özünə çəkən səssiz bir dərinlik var.

Sən bir az uşaq kimisən: bir az şıltaq, bir az kövrək, bir az da qorunmağa ehtiyacı olan. Amma baxışların yüz ilin tənhalığına toxunur. Elə bir tənhalıq ki, insanı bitirmir, külə çevirir. Mən külə dönsəydim, küləyə qarışıb yenə sənin yanına gələrdim. Bəlkə sən məni yanında qəbul etməzdin, çünki küldən həmişə yanmış bir hissin qoxusu gəlir. Amma unutma: bəzən bir gülü gözəl qoxudan şey, onun dibinə qarışmış küllər olur. Mənim küllərim də sənin gül qoxulu baxışlarına qarışıb ətrafa əlvan bir rəng bəxş edərdi.

Mən səninlə danışmaqdan çox, səni dinləmək istəyirəm. Səsini yox, içindəki sakitliyi. Çünki bəzən bir insanın susqunluğu kitabxanadakı min kitabdan daha çox danışır. Sənin sükutun da belədir: adamın içinə çökür, bir az həsrət, bir az istilik, bir az da izahı olmayan doğmalıq buraxır.

Əgər sən yanımda uşaq kimi kövrəksənsə, mən də sənə nağıl danışan adam olum. Hər gecə bir az da yaxın gəlim, səni qorxudan kölgələri öz addımlarımla uzaqlaşdırım. Qəhrəman olmaq iddiam yoxdur. Mən sadəcə orada olum: sənin qorxularının azaldığı, yuxularının sakitləşdiyi, varlığının özünü təhlükəsiz hiss etdiyi bir yerdə.

Bilirəm, bu dünya çox tələskəndir. Hər kəs harasa qaçır, heç kim dayanıb baxmır. Amma mən dayandım. Sənə baxdım. Və baxdıqca özümü unutdum. Bəlkə də insan yalnız birinə həqiqətən baxanda özünü unudur. Çünki o an varlığının bir hissəsini qarşısındakına verir.

Sən bəlkə bunu bilmirsən. Bəlkə hiss də etmirsən. Amma bu, vacib deyil. Mən səni sevirəm deyə sən nəyisə etməyə məcbur deyilsən. Sevgi borc deyil. Sevgi bəzən insanın yoxluğu belə sevilən birinə çevirməsidir. Sən olmasan da, sənin yoxluğunda sənə qovuşmaqdır.

Mövlanənin dediyi kimi: gəl, gör, eşq məni nə hala saldı...

Şərhlər (62)

  1. Şəbnəm

    @Şəbnəm

    09 mart 26, 13:20

    Çox qəşəngdi axı🥰Ruhunuza sağlıq, qələminə qüvvət. Sevgi iki ayrı bədəndə yaşayan tək bir ruh, iki fərqli ürəkdə döyünən tək bir ritmdir❤️

  2. Qonaq Fatimə

    @Qonaq Fatimə

    23 yanvar 26, 11:02

    Kitabn məzmunu çooox çooox gözlədiii Kitabn adı "hisslərin əsiri" daha fərqli ola bilərdi, amma güzel 💞💞💞💫💫

    Sanki mən danisilmiş kimmm mənə yazilmiş kimi gəldi oxuduqcaaa,belə kitablar gəlsinnnn🌟🌟🌟🌟

    1. Uraqan

      @Uraqan

      28 yanvar 26, 22:16

      Bu kitab deyil. Yenə də xoş sözləriniz üçün təşəkkürlər)

  3. Aygül

    @Aygül

    16 dekabr 25, 15:35

    Sevgi ülvi hissdir hər kəs bacarmır sevməyi. Bəzən də həyat insana elə oyunlar oynuya bilirki artıq gözəl duyğular belə yad ola bilir insana. 

    Yenədə gözəl təsvir etmisiz sevgini

  4. Emine

    @Emine

    16 dekabr 25, 11:15

    İnsan setileri oxuduqca üreyi isinir çox gözeldiii ✨💖

  5. Röyane

    @Röyane

    16 dekabr 25, 11:09

    Adam lap bu soyuq qış günündə bu cür sevilmək istedi. Elleriniz ürəyinizə sağlıq. ❤️

  6. Qonaq Xədicə

    @Qonaq Xədicə

    16 dekabr 25, 10:34

    Çoxxx qəşəngdiiiiii🥰🫠

  7. Aytən Alıyeva

    @Aytən Alıyeva

    16 dekabr 25, 10:08

    Nə gözəl yazmısız. Həqiqətən insan birini sevende özünü unudur. Hər anını ona verir. Sanki o olmasa yaşaya bilməz. Her planını onun üzerinde qurur...

  8. Məmmədova Tutu 💫

    @Məmmədova Tutu 💫

    09 dekabr 25, 23:07

    Cox Gözəl ifadədir ki, bu dünya teleskendir. Her kes qaçır.hec kim dayanıb baxmır.Dayanib baxmaq isdeyendede hərşey çox gec olur. Cox Gözəl ifadə etmisiniz Sevgini.💫🩵 Gedən başqasını tapır qalan isə özünü.🥀🖤

    Əllərinizə sağlıq Emin bəy 💫 

  9. Nurcanizm

    @Nurcanizm

    14 oktyabr 25, 21:31

    Yenidən sizinlə yollarımızın kəsişdiyi üçün qədər sevinirəm təxmin eləyə bilməzsiniz Emin bəy❤ qələminizə söz ola bilməz. Bəzi kitablar adamın gözünə söz yığını kimi görünür. Sizin kitablarınızda, yazılarınızda isə bu belə deyil. Sözlər gah yarpaq kimi havada uçuşur, gahda səssizcə anlaşılmağı gözləyir..  Daha yüksək zirvələrdə olanda belə sizinlə olacağıq😇

  10. Çinarə

    @Çinarə

    14 oktyabr 25, 09:46

    Təsirli həqiqətən♥️♥️♥️

    Kaş qarşi tərəf bizi dəyişdirməyə kaş olduğumuz kimi qəbul edib sevə 😏😏

  11. Xədicə Qədirli

    @Xədicə Qədirli

    13 oktyabr 25, 23:18

    Bu sözlər bir növ Məhəmməd Füzulinin sevgi məhəbbət qəzəllərinin  təhlilidir.

  12. Feride

    @Feride

    13 oktyabr 25, 23:01

    Bu sətirlərin bəzisi bir yerdən tanışdır , ama qalanları əladır 🫶çox , xoşuma gəldi ❤️ Təkrar təkara oxudum 🥰

  13. Baln_7

    @Baln_7

    14 iyul 25, 20:43

    Sevgini çox gözəl və mənalı ifadə etmisiniz.Uğurlar.

  14. Sevda🤍

    @Sevda🤍

    28 iyun 25, 22:55

    Bir sevgi ancaq bu qədər gözəl ifadə oluna bilərdi.Sözlərin ahəngində itirəm sanki.Sözlərə qarışıram,ruhumla hiss edirəm 

  15. ZeynəbNəbiyeva

    @ZeynəbNəbiyeva

    25 iyun 25, 00:37

    Əsil saf sevgi  bax budur. Yanımızda uşaqlaşan insanlar sevək onları qoruyaq. Sən uşaqlaşırsansa məndə sənə naöıl deyən adam olum sözü çox gözəl idi qorumaq istəyi toxunmadan danışmadan sevmək istəyi çox gözəl idi. 

  16. Aytac

    @Aytac

    23 iyun 25, 08:17

    Sevgi gözlə deyil, qəlblə görünər. Onu nə toxunmaqla, nə də izah etməklə başa düşmək olar — sadəcə hiss edərsən."

  17. Şəlalə Abdullayeva

    @Şəlalə Abdullayeva

    16 iyun 25, 22:50

    Çox qəşəngdi axı 🥹 🫠 

  18. Fatimə Bayramova

    @Fatimə Bayramova

    16 iyun 25, 22:33

    Bundan qabaq "Kəpənək" də öz şərhimi bildirmişdim və yenidən bura geri qayıtdım. Sanki bu yazı "Kəpənək"-in gəlişinin bir işarəsi imiş 💖

  19. Aynur Yusifova

    @Aynur Yusifova

    14 iyun 25, 16:35

    Bir dəfə oxumuşdum .Təkrar yenə oxudum heç sıxılmadan❤️

  20. Aygül

    @Aygül

    12 iyun 25, 23:30

    Mükəmməl 

    Əsl sevgi qarşılıq gözləmədən hiss edilən duyğulardır 

  21. Feride

    @Feride

    11 iyun 25, 11:44

    Sevgini təsvir edən çox gözəl cümlələrdir 💖

  22. Hüseyin Novruz

    @Hüseyin Novruz

    06 iyun 25, 00:03

    Sevgini elə gözəl izah etmişik ki bir sözlə mükəmməl sevgini indiki dövrdə öpüb qucaqlaşmaq bilənlər görsünlərki bəzən gözlərinə baxaraq belə sevgi yaşanır

  23. Vüsalə

    @Vüsalə

    03 iyun 25, 19:50

    Səninlə danışmaq istəmirəm, sadəcə dinləmək istəyirəm...... Bir sözlə mükəmməll.....

  24. Fexriyye

    @Fexriyye

    02 iyun 25, 21:07

    Sevgi yoxluğunu qoxunla dəyişib sən olmasan da yoxluğuna qovuşmaqdır... Belkede sevgi basqa cur  bu qeder gozel kelimlerle ifade edile bilmezdi 
     

  25. Röyalə

    @Röyalə

    31 may 25, 21:39

    Hiss, sevgi, məhəbbət və s. Ancaq bu qədər gözəl izah oluna bilərdi məncə... Uşaq ruhlu, şıltaq, kövrək qız mənə birini xatırlatdı. O ruhu incidmədən sevmək gərəkdir.... Oxuyarkən keçirdiyim hissləri sözlə ifadə edə bilmirəm. Bir sözlə möhtəşəm... Əməyinizə sağlıq. 

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol