İmadəddin Nəsimi — kimdir ?

İmadəddin Nəsimi — kimdir ?

📙İmadəddin Nəsimi – Hürufiliyin səsi, Şərqin poeziya günəşi..

İmadəddin Nəsimi təxminən 1369-cu ildə anadan olmuşdur. Doğum yeri ilə bağlı dəqiq məlumat olmasa da, ən çox qəbul edilən versiya onun Şamaxıda, yəni Azərbaycanın Şirvan bölgəsində dünyaya gəlməsidir.14-cü əsrin sonu 15-ci əsrin əvvəllərində yaşayıb və Şərq ədəbiyyatında böyük iz qoyub.

✍️ Hürufilik və yaradıcılığı

Nəsimi hürufiliyin banisi Fəzlullah Nəiminin ardıcılı idi və bu fəlsəfi təlimi poeziya dili ilə yaymağa çalışırdı. Hürufilik insanın zahiri və batini gözəlliyinin Allahın surətində yaradılmasını əsas götürən bir cərəyan idi. Nəsimi bu ideyanı şeirlərində irfan, sevgi və kamillik anlayışları ilə birləşdirmişdir.1536-cı ildə köçürülən ən qədim nüsxədə – 223 qəzəl, 54 rübai və tuyuq, 2 tərcibənd, 1 müstəzad.

⚖️ İnancı və şəhidliyi

Nəsiminin yaydığı hürufi fikirlər dini dairələr tərəfindən bidət sayılmış və onu təqib etməyə başlamışdılar. Sonda o, 1417-ci ildə Hələb şəhərində (indiki Suriya) diri-diri dərisi soyularaq edam edilmişdir.


Əsərləri 


🔖 Sığmazam ( gövhəri-laməkanamla başlayır)


🔖 Min Kərə Söylədim ( sevgi, inam, sədaqət mövzuları var )


🔖Fələklə Söhbət ( kainat və taleni əks etdirən əsərdir )


🔖 Divarları (Azərbaycan, fars, ərəb )


🔖 Nəsihatnamə ( insanların kamilliyə çatması üçün hikmətli fikirlər irəli sürür)


İmadəddin Nəsimi öz dövrünün ən güclü şairlərindən biri olub, sözə verdiyi dəyər və inandığı fikirlər uğrunda həyatını belə qurban verib. O, həm gözəl şeirlər yazıb, həm də insanın daxili aləmini, mənəviyyatını poeziya ilə ifadə etməyi bacarıb. Nəsimi bu gün də həm sözə, həm də düşüncəyə verdiyi önəmlə xatırlanır.

Şərhlər (10)

  1. Dərya Qasımova

    @Dərya Qasımova

    30 iyul 25, 12:57

    İmadəddin Nəsimi azad fikirli, qorxmayan və sözü kəskin deyən bir şair idi.  Düşüncələri dövrünə ağır gəldi, bu fikirlərinə görə dərisi diri-diri soyulub öldürüldü. Amma onun sözü ölmədi  bu gün də poeziyası oxunur, fikirləri yaşayır.

  2. Asuela

    @Asuela

    30 iyul 25, 12:05

    İmadeddin Nesimi❤️ heyatını söze qurban veren böyük şairimiz..

  3. Ağca Muradova

    @Ağca Muradova

    29 iyul 25, 23:14

    Cahana sığmayan İmadəddin Nəsimi insanların qəlbini, onların iç dünyasını ilahi ustalıqla özünəməxsus zəngin söz yaradıcılığı ılığı ilə tərənnüm edən müəllimdir, ustaddır. Şeirlərini təhlil edərkən onun bütün yaradıcılığı boyu gələcək nəsillərə verdiyi töhfələr göz önündə dayanır. Nəsiminin insanlıq, kamil şəxsiyyət haqqında təsəvvürləri olduqca yüksəkdir

  4. SİMURQ

    @SİMURQ

    29 iyul 25, 22:17

    Nəsimi söz və inanc üçün canından keçən böyük şairdir. Onun poeziyası insan ruhunun dərinliyini və kamilliyini əks etdirir. Hürufilik ideyalarını ustalıqla ifadə edib, Azərbaycan ədəbiyyatında əbədi iz qoyub.

  5. Fatima

    @Fatima

    28 iyul 25, 22:58

    Nəsimi sözün və düşüncənin qəhrəmanıdır. Hürufiliyi poeziya ilə yayaraq insanın daxili aləmini ucaldıb. Əqidəsinə sadiq qalaraq canını belə fəda edib. Əsərləri bu gün də düşündürür və ruhu oyadır. Onun sözündə həyat, inam və ilahi dərinlik var.

  6. Əlizadə Fəxriyyə

    @Əlizadə Fəxriyyə

    27 iyul 25, 23:54

    Sevdiyim şairlərdən biridir.. Məlumata görə təşəkkür.

  7. Ruqiyyə Vəliyeva

    @Ruqiyyə Vəliyeva

    27 iyul 25, 23:23

    Zahidin bir barmağın kəssən, dönüb həqdən qaçar,

    Gör, bu gerçək aşiqi sərpa soyarlar, ağrımaz!

    Qoca Nəsimi, sən bu millətin incilərinin başında yer alırsan. Heyif sənin qoyduğun bu irsə çox az bir kütlə dəyər verir. Amma günü gələcək, sənin izində gedənlər bir yığın insan deyil, qocaman bir bəşər olacaq!...Rahat yat, dahilərin dahisi...

  8. Sunay Məmmədova

    @Sunay Məmmədova

    27 iyul 25, 23:01

    Məşhur 'Sığmazam' qəzəli Azərbaycan poeziyasının incilərindəndir🤌🏻.

  9. Leyla Həşimli

    @Leyla Həşimli

    27 iyul 25, 21:22

    yazıçılarımız haqqında geniş məlumat öyrənmək çox qəşəngdir, texliklə bütün yazıçılar haqqında gikirləri oxuyacağam

  10. Aynur Yusifova

    @Aynur Yusifova

    27 iyul 25, 21:17

    Nəsimi deyəndə ilk ağlıma gələn Sığmazam qəzəli olur.

    Birdə onun diri diri dərisinin soyulması faciyəvi ölmü.

    Mən məktəb vaxtı şairlərimi oxuyanda ədəbiyyat müəllimlərimiz onların başqa mənbələrdən də tapıb oxumağımızı istərdi.O dövr üçün biraz çətin olardı.Kitbxanalardan falan tapıb oxuyardıq.Ev tapşırığı olaraq Nəsimin kinosunu baxmağı tapşırmışdı.Təsəvvür edin bir kinoya hissə hissə 4 dəfə baxmışdım.İşiqlarımız yanmırdı o zaman doğru düzgün.Amma o qədər həvəsli olurduq ki buna...

    Paylaşımınızla yenə də məni məktəb həyatıma apardınız.

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol