Ramil Nabran – kimdir? Həyatı və Yaradıcılığı fəaliyyəti
Həyatı
Ramil Akif oğlu Şamilli 8 noyabr 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur. Təxəllüsündə “Nabran” adının olması onun Nabrandan olması ilə bağlı deyil. Sadəcə 2005-ci ildə “Nabran” adlı rep ifası ona uğur gətirdiyi üçün sənətçi dostları tərəfindən bu adla çağırılmağa başlanmışdır.Ramil atasını 1978-ci ildə, hələ bir yaşı tamam olmamış itirmişdir. Atası Akif Ağakərim oğlu 34 yaşında vəfat etmiş, şeiriyyat və qəzəllərlə məşğul olmuşdur. Bu poetik istedad sonradan oğlu Ramilin yaradıcılığında da öz əksini tapmışdır.
Təhsili
Sovetski məhəlləsində doğulan Ramil iki yaşında Əhmədli qəsəbəsinə köçmüş, uşaqlıq illərini Qaçaq Nəbi küçəsi 4 ünvanında keçirmişdir. O, 261 saylı orta məktəbi bitirmiş, daha sonra 31 saylı Texniki Peşə Məktəbində üç il təhsil almışdır.
1996–1999-cu illərdə Azərbaycan Sərhəd Qoşunlarında hərbi xidmət keçmişdir.
Yaradıcılığı
Ramil rep musiqisinə 1993-cü ildə başlamış, ilk səs yazması isə 2000-ci ildə baş tutmuşdur. 2005-ci ildə yazdığı “Nabran” adlı rep ifası ona ilk uğurunu qazandırmış və həmin ildə “Klan A Plan” adlı alternativ rep qrupuna daxil olmuşdur
İlk iş fəaliyyəti MİR telekanalında və “Savaş” studiyasında olmuşdur. Sonradan “Klan A Plan” qrupunun səs yazma studiyasında fəaliyyətini davam etdirmişdir.
2010-cu ildə qrupun mərhum üzvü, “Ryder” təxəllüsü ilə tanınan Rüfət Əfəndiyevin 26 yaşında vəfatından sonra Ramil özünə qapanmış, 2012-ci ildən etibarən solo fəaliyyətə başlamışdır.
Bu günə qədər bir çox hit mahnıların ərsəyə gəlməsində iştirak etmişdir. Replərindəki ruh yüksəkliyi kütlə arasında onun haqqında “özü ilə yay gətirən insan” obrazını formalaşdırmışdır. Sənətçi TURAN sevgisinə və SOYDAŞ anlayışına böyük önəm verir.
Mahnıları
2012 – Sevgiyə bir addım
İfaçı: Ramil Nabran ft. Xəyalə
2013 – Günəşə daha da yaxın
İfaçı: Ramil Nabran
2013 – Oyna
İfaçı: Ramil Nabran
2013 – Ragga Muffin
İfaçı: Ramil Nabran
2013 – Gürzə
İfaçı: Ramil Nabran ft. Trino
2017 – Monopoliya
İfaçı: Ramil Nabran ft. Okan On, DJ Kantik
2020 – Salam Qarabağ
İfaçı: Ramil Nabran
Sözlər: Ramil Nabran
Bəstəkar: Kamran
Aranjiman: Kamran
2021 – Abracadabra
İfaçı: Ramil Nabran
Sözlər: Ramil Nabran
Bəstəkar: Kamro
2021 – Tractor S. C
İfaçı: Ramil Nabran
Sözlər: Ramil Nabran
Şərhlər (0)