HOST - kimlərdir? Yaranması, fəaliyyəti, dağılması, albomları

H. O. S. T (digər adla H. O. S. T. Alliance) — 2007–2012-ci illərdə fəaliyyət göstərmiş, 8 musiqiçidən — AiD, Dərviş, Feck, Felon De Jure, ErranT, Jamal Ali, Qaraqan və Prometedən ibarət rep qrupu. H. O. S. T adı Hava, Od, Su, Torpaq sözlərinin qısaltmasıdır. Qrup 2007-ci ilin fevral ayında Bakı şəhərində yaranmışdır. Azərbaycanda alternativ musiqi mədəniyyətinin formalaşması və kütləviləşməsində bayraqdarlardan biri sayılır.


Yaranma

redaktə

Qrupun yaranma tarixinə qədər də, üzvlər ayrılıqda rep fəaliyyəti ilə məşğul olub, konsertlərdə çıxış edib. Promete, Qaraqan, Jamal Ali, Felon De Jure daha öncə ayrı-ayrılıqda və ya birgə rep və beatmakerlik fəaliyyəti məşğul olublar. 2005–2006-cı illər ərzində əsası qoyulan Baku Clan uşaqlıq dostlarını özündə birləşdirib. Baku Clan'ın "Sənsiz (Love Story)" adlanan ilk hiti məhz o dövrdə yazılıb. Elə həmin dövrdə Baku Clan üzvləriylə yaxın dostluq əlaqələrinə malik olan PRoMete də SRB-nin (Sumqayıt Rep Birliyi) nəzdində çıxış edirdi. Birliyin yaradıcısı bir neçə konsert verməklə bərabər Baku Clan'la da bir sıra tracklər yazdırır. 2006-cı ilin dekabrında artıq sıx-sıx görüşməyə başlayan bu dost əhatəsi, yalnız repi yox, bir sıra digər məsələləri də müzakirə edə-edə ortaq nöqtələr və onları birləşdirən hədəflər tapır. Elə həmin müzakirələr və danışıqlar gələcəkdəki hərəkatın təməlini qoyur. 2007-ci il fevralın 13-də isə artıq bu dostluq əhatəsi yekdilliklə qərar verərək özünü – H. O. S. T Alliance adlandırır. Bu birliyə elə həmin dost əhatəsində olan Dərviş və AiD də daxil olur.

 

2008–2012-ci illər: Populyarlıq

redaktə

Qrup üzvləri AiD və PRoMete 2009-cu ildə İsveçrədə baş tutan "Azərbaycan Günləri" adlı tədbirdə Azərbaycanı "Addım-addım", "Enigma", "Qurtul" və "Dinlə" trekləri ilə təmsil etmişlər. Bu illərdə qrupun 50-dən çox konserti baş tutub ki, onların ən böyüyü də 2012-ci il, 4 mart tarixində Dəniz vağzalında keçirilmiş "Beşikdən Məzara" adlı konsertdir. İlk konsertləri isə 2007-ci ilin 9 dekabrında "Yuğ Dövlət Teatr"ında baş tutub. Əlavə olaraq da "Reinkarnasiya"(21.02.2009), "Rekviem"(2010), "Qısa Qapanma"(2011), "Biz İnsan Deyilik"(2011) kimi konsertlər ən yadda qalan və geniş auditoriyalı konsertlərdəndir.

 Konsertləri 

“Reinkarnasiya” (21.02.2009)

“Rekviem” (2010)

“Qısa Qapanma” (2011)

“Biz İnsan Deyilik” (2011)

daxildir.

Dağılması

2012-ci ildə H.O.S.T Alliance fəaliyyətini dayandırdı. Buna baxmayaraq, qrup üzvlərinin əksəriyyəti solo karyeralarını davam etdirərək Azərbaycan rep səhnəsində aktiv qaldılar.

Albomları

Proloq (2007)

Qarada Qırmızı (2008)

Qısa Qapanma (2009)

EP v.01 (2009)

Biz İnsan Deyilik (2010)

14 (2011)

İşıq (2011)

Filmoqrafiya

Sirat körpüsü (film, 2007)

Qanadlarıma sığal çək (film, 2008)

Yalançılar (film, 2008)