PRomete - kimdir? Həyatı, yaradıcılığı, fəaliyyəti
Həyatı və təhsili
PRoMete 1986-cı ildə Siyəzən rayonunda anadan olub. Atası Ramiz uzun illər dəmiryolçu, sonralar isə dülgər kimi çalışıb, anası isə evdar qadın olub. Ailədə valideynləri və bacısı ilə birlikdə böyüyüb.
Orta təhsilinə Sumqayıt şəhər 13 saylı orta məktəbdə başlayıb, 3-cü sinifdən etibarən isə “Təfəkkür” liseyində davam etdirib. Uşaqlıq və gənclik illəri Sumqayıtda keçib.2004-cü ildə Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinə daxil olub və 2008-ci ildə “Sığorta işinin təşkili” ixtisası üzrə ali təhsilini başa vurub. Məktəb illərindən etibarən ədəbiyyata böyük maraq göstərib, erkən yaşlardan şeirlər yazıb. Həmin dövrdə Azərbaycanda yeni formalaşan rep mədəniyyətini maraqla izləyib, xüsusilə Anar Nağılbaz və Dəyirman yaradıcılığı onun dünyagörüşünə ciddi təsir edib.
Musiqi karyerası
SRB – Sumqayıt Rep Birliyi (2004–2006)
PRoMetenin musiqi karyerası 2004-cü ildə başlayır. Space TV-də yayımlanan “Mən də varam” verilişinin iştirakçısı Vüsal Jordan Sumqayıtda rep mədəniyyətini inkişaf etdirmək məqsədilə bir neçə gənci bir araya gətirir. MC Virus, Samir və Mete arasında ilk görüş 2004-cü il 1 noyabrda Sumqayıt şəhəri Cəfər Cabbarlı adına Mədəniyyət Sarayında baş tutur. Həmin tarix SRB (Sumqayıt Rep Birliyi)nin yaranma günü kimi qəbul edilir.
Prodüserlik fəaliyyəti
PRoMete zamanla musiqi prodüseri kimi də tanınmağa başlayır. O, Coco, Offside kimi yerli qruplar və bir çox reperlərlə çalışıb, çoxsaylı sinql və layihələrin prodüserliyini üzərinə götürüb.
Onun prodüser kimi iştirak etdiyi əsas albomlar:
Əli Xəyyam – “Xamuş”
Xan & Monk – “HeadSpam”
Uran – “Mənasız Şeylər”
Həmçinin Sailor ilə musiqi prodüseri kimi əməkdaşlıq edib. Hazırda PicMus Production-un baş prodüseri kimi fəaliyyət göstərir.
Səs rejissoru karyerası
PRoMete peşəkar səs rejissoru kimi kino, musiqi və reklam sahəsində geniş fəaliyyət göstərir. O, müxtəlif illərdə ATV, ANS, Space, Bakıfilm kimi televiziya və studiyalarla əməkdaşlıq edib. Kino sahəsində isə səs rejissoru, səs mühəndisi və səs dizayneri kimi bir çox layihədə yer alır
Albomları:
14 (2011)
Köhnə mahnılar (2013)
Yaylıq
2006–2015 Sinqllar (2016)
Şərhlər (0)