Xpert - kimdir? Həyatı, yaradıcılığı, fəaliyyəti
Həyatı və təhsili
Şəhriyar Atababayev 1990-cı il sentyabrın 30-da Bakı şəhərində anadan olub. 1996–2007-ci illərdə Bakı şəhəri 292 saylı orta məktəbdə təhsil alıb.
Ali təhsilini Qafqaz Universitetinin Türk dili və Ədəbiyyatı fakültəsində alıb. 2007-ci ildə bakalavr, 2012-ci ildə isə magistratura pillələrini bitirib. Ailəlidir və Məryəm adlı bir qızı var.
Erkən yaradıcılığı
2009-cu illər
Xpertin repə ciddi marağı 2009-cu ildə A4 ləqəbli repçi ilə tanışlığından sonra formalaşır. A4-ün dəstəyi və digər iki repçinin iştirakı ilə “OD, ForMat” adlı ilk musiqi parçası ərsəyə gəlir. İlk dövrlərdə onun sözləri əsasən türkcə olur. Sonradan Naqan, SertOzan və A4 ilə birgə bir neçə musiqi işi üzərində çalışır.
2010-cu illər
2010-cu ildə fars əsilli repçilərin Azərbaycan repinə yönəlik diss-cavablarına cavab olaraq “DissPersia” adlı musiqi parçasını yazır. Bu, Xpertin Azərbaycan dilində yazdığı ilk rəsmi işi olur.
Sonrakı dövr və müasir mərhələ
2020-ci illər
2020-ci ildə YouTube-da “İkiqat” kanalında “Yerli Dalğa” layihəsi çərçivəsində 3 sinql yayımlayır.
2021-ci ildə özünə məxsus “101MoonAve” leybli altında “7EDDİ” albomunu buraxır. Elə həmin il Okaber ilə əməkdaşlıq edərək onun “Mercury” albomunun prodüseri olur. Bu əməkdaşlıq Xpertin prodüserlik fəaliyyətində yeni mərhələ açır.
Studiya albomları
Makar10 (2011)
Akula (2013)
Qassab (2016)
TRASHTAPE 1 (2019)
TRASHTAPE 2 (2019)
Kollaborativ albomlar
Sunset Riders (2023) – Luter ilə
Yığma albomlar
Qanun Beatz – Maddə 1: The Mixtape
Rapsychology (bootleg)
EP-lər
Sarkoma EP
La Poax
7EDDİ
One More Chance EP
Ümumi baxış
Xpert Azərbaycan repində texniki flow, aqressiv lirika və alternativ səs dünyası ilə seçilən sənətkardır. O, təkcə ifaçı deyil, həm də prodüser kimi yeni səslərin və layihələrin formalaşmasında aktiv rol oynayır.
Şərhlər (0)