Epi - kimdir? Həyatı, yaradıcılığı, fəaliyyəti

Həyatı

15 yanvar 1999-cu ildə Bakı şəhərində anadan olmuşdur. 2005–2016-cı illərdə Bakı şəhəri 45 nömrəli orta məktəbdə təhsil almışdır. 2016–2018-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. O, İkinci Qarabağ müharibəsinin iştirakçısıdır və döyüşlərdə göstərdiyi xidmətlərə görə “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Daha sonra “Vətən müharibəsi iştirakçısı” medalı ilə də mükafatlandırılmışdır.

Karyerası

Musiqi fəaliyyəti ilə 2013-cü ildən etibarən peşəkar şəkildə məşğul olmağa başlamışdır. İlk dövrlərdə BizimEra Studio ilə əməkdaşlıq etmişdir. 2014-cü ildə Bar Home adlı qrup yaratmış və qrup fəaliyyətini dayandırana qədər ona rəhbərlik etmişdir. 2014–2015-ci illərdə yayımlanan “Qırmızı Winston” və “Şərab olmuşuq” trekləri ona geniş tanınma qazandırmışdır.

Yaradıcılığı

2015-ci ildə 6 trekdən ibarət “Epinin ədəbiyyatı” adlı albomu işıq üzü görmüşdür. 2017-ci ildə “Olanı de” adlı ilk solo konsertini təqdim etmişdir. 2018-ci ilin avqustunda FTB, RZZA və Dadash ilə birlikdə Dörd2Sıfır adlı rep qrupunu yaratmışdır.

O, 2013-cü ildən etibarən battle-rep janrında da aktiv fəaliyyət göstərmişdir. Azərbaycanın ən böyük battle-rep layihələrindən biri olan Kəllə-Kəlləyədə iki rəqibini məğlub edərək qalib gəlmişdir. 2020-ci il 15 avqust tarixində “Epidemiya” adlı albomu yayımlanmışdır.

18 noyabr 2023-cü ildə şəxsi Instagram hesabında yaşadığı şəxsi problemlər səbəbindən ölkədən köçdüyünü və rep fəaliyyətinə ara verdiyini açıqlamışdır. 10 aprel 2024-cü ildə isə iyun ayında baş tutacaq “Comeback” adlı solo konsertin posterini paylaşaraq musiqiyə geri döndüyünü elan etmişdir. 

Albomlar

Epinin ədəbiyyatı (2015)

Epidemiya (2020)

Random (2023)

Sinqllar

Qırmızı Winston (2014)

Tək Qalmışam (2017)

Əkbər Novruzlu (2017)

Mən sual, sən nida (2018)

Taxi (2019)

Göylərə aşiq biri (2019)

Epi kimdi?! (2019)

Boş şeylərdir (2019)

Bəlkə bizdə nəsə alınar (2020)

120 (2021)

Komendant Saatı (2021)

Tрезвый Скотт (2021)

Başqa?! (2021)

İstər-istəməz (2021)

Düşdüm Dərinə (2021)

Salam Aleykum (2022)

Mənim Qaqalarım (2023)

Təltif və mükafatları

24.06.2021 — “Xocavəndin azad olunmasına görə” medalı

24.06.2021 — “Füzulinin azad olunmasına görə” medalı

24.06.2021 — “Şuşanın azad olunmasına görə” medalı

10.02.2022 — “Vətən müharibəsi iştirakçısı” medalı