Saybu - kimdir? Həyatı, yaradıcılığı, fəaliyyəti
Həyatı və yaradıcılığı
Erkən illəri
İfaçının musiqi fəaliyyətinə ilk addımları 2014–2015-ci illərdə atılmışdır. Onun ilk rəsmi musiqi videosu olan “PSYCHO” adlı mahnı YouTube platformasında 100 mindən çox baxış toplayaraq sənətçini qısa zamanda tanıtmışdır. Təxminən 5 ay sonra yayımladığı “Asta Dur” adlı növbəti sinqlı isə 115 mindən çox baxış əldə etmişdir.
2016-cı ildə sənətçi Orxan Qarabasma ilə tanış olmuş və həmin il birgə layihə üzərində əməkdaşlıq etmişdir. Bu əməkdaşlıq nəticəsində ərsəyə gələn “Qruz Brat” adlı trek YouTube-da 1 milyondan çox baxış toplayaraq onun karyerasının ən uğurlu işlərindən biri hesab olunur.
Sonrakı illər
2020-ci ildə sənətçi Pasterin “BINA” adlı albomunda yer almışdır.
2022-ci ildə Azərbaycanda keçiriləcək rep festivalına dəvət almışdır. Elə həmin il ilk studiya albomu olan “Van Allen” albomunu yayımlamışdır.
Sənətçi eyni zamanda “1 albom, 1 klip” konsepti ilə Azərbaycanda ilkə imza atmış və bu ideya musiqi ictimaiyyəti tərəfindən maraqla qarşılanmışdır.
Şəxsi həyatı
İfaçı 2022-ci ildə, 31 yaşında ailə həyatı qurmuşdur.
Diskoqrafiya
Psycho (2015)
Asta Dur (2016)
Qruz Brat (2016)
Million $ (2016)
Səndən bir müddət ayrı qalmaq (2016)
Çəkmə (2016)
Dünyam Ol (2016)
Yox qaçacağın yer (2017)
Fuck dat shit (2017)
Molly Molly (2017)
Əsrarəngsiz (2017)
Kütlə Seçməyib (2017)
Yada Salma (2018)
Şans Tanı (2018)
Get, Gəlirəm (2018)
e.Q (2018)
Gecələr (2018)
Hər sənə baxanda (2018)
Yarı Zarafat (2019)
U.t.a.n (2019)
Söz (2020)
Yolumuz Açıq (2020)
Flou'u (2021)
İçdim Şərab (2021)
Yüksəyə Doğru (2021)
Növbəni Gözlə (2021)
Lachino Boy (2021)
Hey-Hey (2022)
Alo De (2022)
Oğru (2023)
Dom Perignon (2023)
Adəm (feat. Miri Yusif)
Albomlar
Van Allen — 2022
Trek siyahısı:
1. Elektrik — 2:40
2. Ləçər — 3:36
3. Swag — 3:29
4.Bəxtə Bax
Şərhlər (0)