OGB - kimdir? Həyatı, yaradıcılığı, fəaliyyəti
Həyatı
Orxan Oktay oğlu Abbasov (səhnə adı: Orxan Qarabasma) – Azərbaycan reperi, söz yazarı və prodüserdir. O, 18 oktyabr 1987-ci ildə Bakı şəhərində anadan olub. 2005–2009-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsində təhsil alıb.
Musiqi karyerası
Orxan rep səhnəsinə 2006-cı ildə “Qarabasma” qrupunun tərkibində başlayıb və 2008-ci ildən solo fəaliyyətini davam etdirir. 2015-ci ildə reper RG ilə birlikdə AFTERMAD leyblini yaradıb, 2017-ci ildən isə Synaps leybl ilə əməkdaşlıq edir. O, “Kəllə-Kəlləyə” və bir çox cypher tipli rep layihələrinin həmmüəllifi kimi tanınır. Bundan əlavə, Orxan bir çox məşhur müğənnilərə mahnıların müəllifi kimi töhfələr verib.
Albomlar
Mini (2017)
Qara Qutu (2019
Solo ifalar (bəziləri):
Kino (2012), Çıx get (2012), Game Over (2013), Ata (2014), We are trapking (2015), Dünən getdin (2014), 3 nəfər zombie (2015), Səndən bir müddət ayrı qalmaq (2015), 30 qram qruz (2015), Bad Trip (2016), Qara eynək (2016), Başa düşməz (2016), Minintro (2016), 2 Cahan (2017), Etibar (2018), Yatacam öləndə (2019), İntrOGB (2019), Bayram (2019), Vaxt (2019), Güzgü (2019), Kim oldun (2019), Zombilər (2019), Təkrar (2019), Daha aşağı (2020), Gördün, ə?! (2020), Heaven (2020), Just Business (2020), Veteren (2021), Random (2021), Alt/Ust (2022), Cəhənnəm (2022), GUCCİ (2022), Stalker (2023), Portal (2023), 1998 (2024), Absurd (2025), Ultra (?).
Müəllifi olduğu mahnılar (bəziləri)
Miri Yusif — Oyna, Hərdən, Yuxu, Tərki Dunya, Ad günü (2016)
Səmra Rəhimli — Tərs gedir (2017)
Natavan Həbibi — Qayıt geri (2017)
Ceyhun Zeynalov & Rauf Əhmədov — Birinci ol (2017)
Kazım Can — Dağıdaram, Mənimlə (2018), Ömrüm (2019), Fevral (2020)
Sevda Ələkbərzadə — İstəmirəm (2019)
Emil Bədəlov — Tony Montana (2019)
Yaşar Yusub — Kimdir (2020)
Nərmin Kərimbəyova — Yana-yana (2020)
Aygün Kazımova — Dəli fikirlər (2020), Parol (2023), SOS (2024)
Murad Arif & Elşad Xose — Get iş tap işlə (2020)
Faiq Ağayev — Aman (2021)
Günay İbrahimli — Kimə Nə (2023), Mən Beləyəm (2024)
Aygün Kazımova & Kazım Can — 1 (2024)
Nur Cəfərli & Ruzigar Qədirov — Qara Gözlüm (2024)
Xüsusi layihələr və əməkdaşlıqlar
Orxan həm solo reper kimi, həm də prodüser və müəllif kimi Azərbaycan musiqi səhnəsində aktiv iştirak edir. O, həm rep, həm də pop ifaçıları üçün uğurlu mahnılar yazmış, bir çox musiqi layihələrində həm ifaçı, həm də müəllif kimi yer almışdır
Şərhlər (0)