Bölüm On Beş

Bölüm On Beş

"Uğur, hazırlıq və fürsətin qovuşduğu nöqtədə yaranır."

- Bobby Unser

Bölüm On Beş

İnsanlar azərbaycanlı olduğumu bildikdən sonra iki fərqli reaksiya ilə qarşılaşdım. Bir qismi "Eh, azərbaycanlı yazarları oxumuram," - deyərək marağını itirirdi. Digər qismi isə təəccüblə, *"Azərbaycanda belə yazıçılar da var imiş?"* - deyib məni izləməyə başlayırdı.

Vəziyyət o yerə gəlib çatdı ki, əvvəllər kitab təklif etdiyimdə mesajıma cavab belə verməyən kitab bloggeri səhifələri indi özləri yazıb kitabı oxumaq istədiklərini bildirirdilər. Təbii ki, kin saxlamadım, "o vaxt məni geri çevirmişdiniz" demədim. Sadəcə kitabı hədiyyə etdim. Bir müddət sonra İnstagram dünyasında *Hərbidən Qeydlər* haqqında danışmayan adam qalmadı.

İş o həddə çatdı ki, küçədə gedərkən məni saxlayıb soruşurdular:

- Siz Uraqansınız?
- "Hərbidən Qeydlər" kitabının müəllifisiniz?
- Şəkil çəkdirmək olar?

Bu diqqət əvvəlcə məni sevindirdi. Amma zaman keçdikcə bir az qorxu da yaratdı. Çünki bəzən belə mesajlar alırdım:
*"Sizi küçədə gördüm, yanınızda bir qız var idi..."*

Bu cür mesajlar məni narahat edirdi. Sosial bir insan olsaydım, bəlkə də şəxsi həyatım demək olar ki, olmayacaqdı.

Bütün bu maraq içində hələ də kitabı rəsmi satışa çıxarmamışdım. Oxucuların marağı əsasən kitabı əldə edən tanınmış insanların xoş sözlərindən qaynaqlanırdı. Mən isə rəsmi satış üçün imza gününü gözləyirdim.

İmza günü əvvəlcədən təyin olunmuşdu, amma 20 gün ertələndi. Bu müddətdə marağı diri saxlamaq üçün qərara gəldim: bir müsabiqə keçirəcəyəm. Şərtlər sadə idi: 7 oktyabrda kitab satışa çıxdıqdan sonra oxucular kitabın içindən çıxan əlfəcini saxlamalı idilər. İmza günündə isə həmin əlfəcinin üzərinə öz ürək sözlərini yazıb qapalı bir qutunun içinə atacaqdılar. Tədbirin sonunda bir nəfər təsadüfi şəkildə seçiləcək və ona 20 AZN-lik hədiyyə kartı veriləcəkdi.

Bu addım da uğurlu oldu. İmza günü, bir çox yazıçının doldura bilmədiyi salonu mən doldura bildim. Yəni anlayacağınız, müsabiqə keçirmək çılğınlığı daha o vaxtlardan mənimlə birlikdə gəlmiş və təcrübə qazandıqca bu cür təşəbbüslər daha da təkmilləşdi.

İmza gününün videosu:
https://youtu.be/g_yI6d8NsxY?si=kIV2MpMuFXpoN9wM


Şərhlər (5)

  1. ZeynəbNəbiyeva

    @ZeynəbNəbiyeva

    26 iyun 25, 02:01

    Uğura getmək çətindi ama mümkünsüz deyil çox çalışmaq iradəli olmaq inafkar olmaq tələb edir. İmza gününün videosuna baxmışam bəli. 

  2. Aytac

    @Aytac

    17 iyun 25, 00:36

    Uğura gedən yol həqiqətən riski gözə almaqdan keçir.

  3. SİMURQ

    @SİMURQ

    16 iyun 25, 23:41

    Uğur, insanın özünə inandığı an başlayar; səbir və yaradıcılıqla zənginləşən hər addım, sonunda qələbəyə çevrilər.Videoyu izləmişdim və oxucularınıza qarşı səmimiliyinizin zamanla daha da artığına şahid olmuşdum.. 

  4. Aynur Yusifova

    @Aynur Yusifova

    16 iyun 25, 22:02

    İmza gününün vidyosuna da baxmışam.Düzdü axıra kimi baxmamışam uzun olduğu üçün.Bir gün asudə vaxtımda bitirəcəm.

  5. Aynur Yusifova

    @Aynur Yusifova

    22 may 25, 10:14

    🌟🌟🌟🌟🌟🌟⚡⚡⚡⚡⚡Mükəmməl

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol