Bölüm On Altı

Bölüm On Altı

"Bəzən həyatın ən böyük hədiyyələri, ən gözlənilməz yerlərdə tapılır."

- Roy T. Bennett

Bölüm On Altı

*Hərbidən Qeydlər* satışa çıxdı və çox sevildi. Amma özüm də yaxşı bilirdim ki, tək bir kitabın uğuruna arxalanmaq olmaz. Yazıçı olmaq - dayanmamaqdır.

Günlərin birində bir dostumla şəhərdə dolaşırdıq. Nizami metrosunun yaxınlığından, Şahmat məktəbinin arxa küçəsindən keçərkən qəribə və diqqətçəkici bir qapı gördüm. O qapının üzərindəki əl izləri, rəngləri və quruluşu hərbi xidmətdə yazdığım bloknotun üz qabığına bənzəyirdi. Həmin bloknotun üzərində müxtəlif rəngli əl izləri vardı - elə bu qapıda da olduğu kimi.

Bu təsadüf mənim üçün çox təsirli idi. Elə bil, bloknotun özü məni ora gətirib çıxarmışdı. Dostuma "gəl qayıdaq" dedim və həmin qapının zəngini basdım.

Qapını uzun saçlı, sakit, amma parlaq gözlü bir kişi açdı.

- Salam.

- Salam.

- Bağışlayın, bura haradır?

O, gülümsədi. Bir anlıq susdu, sonra çox aramla cavab verdi:

- Bura?.. Teatrdır.

Şərhlər (4)

  1. Qonaq Xədicə

    @Qonaq Xədicə

    02 dekabr 25, 10:05

    Yaşadığımız hadiseler təsadüfdi mi belkede təsadüf deyil her yolun sonu ya bir xoşbəxtliye yada vur uçuruma aparır

  2. ZeynəbNəbiyeva

    @ZeynəbNəbiyeva

    26 iyun 25, 02:08

    Bəzən ruhumuzun aəsinə qulaq asıb irəliləməliyik bəlkədə doğru yol elə tamda oradır

  3. SİMURQ

    @SİMURQ

    16 iyun 25, 23:42

    Bəzən keçmişin izləri gələcəyin qapılarını açar. Ruhumuzun səsi, bizi ən gözlənilməz yerlərə aparar.

  4. Aynur Yusifova

    @Aynur Yusifova

    16 iyun 25, 22:05

    Bəzən təsadüflər ən böyük sevgimiz yadda qalan günlərimiz olar

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol