Okaber - kimdir? Həyatı, yaradıcılığı,fəaliyyyəti
Həyatı
Okaber 1987-ci il iyun ayının 18-də Gürcüstanın Marneuli şəhərində anadan olub. Orta təhsilini başa vurduqdan sonra 2005–2009-cu illərdə Odlar Yurdu Universitetində ali təhsil alıb. Gənc yaşlarından musiqiyə və xüsusilə hip-hop mədəniyyətinə maraq göstərib.
Yaradıcılığı
Okaber hip-hop fəaliyyətinə 2005-ci ildən başlayıb. Həmin ildən 2011-ci ilə qədər R. O. C (Rap Out Clan) qrupunun üzvü kimi çıxış edib və underground rep səhnəsində tanınmağa başlayıb. Qrupun dağılmasından sonra solo karyerasına start verib və fərdi yaradıcılığı ilə daha geniş auditoriya qazanıb.
2012-ci ildə Qaraqan, RG, Əli Xəyyam və AiD ilə birlikdə MadHouse Community adlı yaradıcılıq birliyinin ilk üzvlərindən birinə çevrilib. Bu dövr onun sənətində mövzu və üslub baxımından daha ciddi və konseptual mərhələnin başlanğıcı hesab olunur. Hazırda müstəqil artist kimi fəaliyyətini davam etdirir.
Okaber yaradıcılığında sosial problemlər, insan psixologiyası, həyatın sərt reallıqları və şəxsi düşüncələr ön planda yer alır. O, müxtəlif dövrlərdə Qara Dərviş, Xpert və digər yerli sənətkarlarla əməkdaşlıq edib. Musiqi fəaliyyətində Mərkəz Records, Synaps Production və MadHouse Community ilə əlaqəli olub.
Diskoqrafiya
“011” (2011)
Bu albom Okaberin solo yaradıcılığının formalaşmasında mühüm yer tutur.
Trek siyahısı
1. İkinci Səhifə
2. Hər Günah İz Buraxır
3. Axtarma
4. Bu Sadəcə Həyatdır
5. Sizdə Boldur (feat. Remo Neal)
6. Qarnizon
7. Rekviem
8. 8 Mart
9. Pianoçu
10. Skit
11. Canavar Ünvanında
“Okapella Of Underground” (2012)
Underground rep ruhunu əks etdirən konseptual albomdur.
Trek siyahısı:
1. Introlagiat
2. Proqress var
3. Sizə Noolub?
4. Beşikdən məzara
5. Primate Party (feat. Bandit, Nadeer & Anıl Piyancı)
6. Training Day (Skit)
7. Game Over (feat. Nadeer)
8. Pace Control
9. Throw ’Em Thangz
10. OOU Chronics (feat. Nadeer)
11. Mazafaka
Ümumi məlumat
Ləqəbləri: Okaber, Oka, Karabin
Janr: Rep, hip-hop
Fəaliyyət illəri: 2005-ci ildən
Şərhlər (0)