Orxan Zeynallı - kimdir? Həyatı, yaradıcılığı, fəaliyyəti

Həyatı və təhsili

Orxan Zeynallı 1989-cu il iyunun 5-də Bakı şəhərində anadan olub. Orta təhsilini Bakı Türk Liseyində alıb. 2006-cı ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinə daxil olub. Ali təhsilini başa vurduqdan sonra 2010–2011-ci illərdə hərbi xidmət keçib.

2014-cü ildə İngiltərənin Lids şəhərində yerləşən Leeds University-nin MBA proqramına qəbul olunsa da, şəxsi səbəblərə görə təhsilini davam etdirməyib. 2015-ci ildə ailə həyatı qurub, 2016-cı ilin avqustundan isə ABŞ-da yaşayır.

Musiqi karyerası

H.O.S.T dövrü (2007–2012)

AiD musiqi fəaliyyətinə 2007-ci ildə başlayıb. Dostları ilə birlikdə yaratdığı H.O.S.T qrupunun tərkibində 5 il ərzində yüzlərlə mahnının, 50-dən çox konsert və çıxışın ərsəyə gəlməsində aktiv iştirak edib. Qrup Azərbaycan underground rep mədəniyyətinin simvoluna çevrilib.

2009-cu ildə H.O.S.T tərkibində keçirilən 1300 nəfərlik “Reinkarnasiya” konserti Azərbaycan rep tarixinin ən çox müzakirə olunan hadisələrindən biri olub.

Solo yaradıcılığı

AiD-in ilk solo albomu “Biz İnsan Deyilik” 2010-cu ildə buraxılıb və ilk dəfə olaraq dinləyici görüşləri vasitəsilə satılıb. Albom İstanbulda çap olunub.2 011-ci ildə eyni adlı solo konsertdən sonra “Bəlkə də nə vaxtsa” klipi təqdim edilir. Ardınca yayımlanan “Hekayəm” və “Karusel” klipləri Azərbaycan rep tarixində YouTube-da 1 milyon baxışı keçən ilk iki rep klipi olur.

Konsert fəaliyyəti

Solo konsertləri:

GEMINI (2023, Elektra Events Hall)

Buz Uşağı (2024)

Klipləri

Bəlkə də nə vaxtsa (2011)

Hekayəm (2011)

Karusel (2011)

Mavi Qızılgüllər (2012)

Beş Günlük Dünya (2012)

Mənim Şəhərim (2012)

Satılmış Səhnələr (2013)

Dəyişir Həyat (2014)

Dərində (2015)

Şərbət, Nil (2016)

Atalar və oğullar (2019)

40-cı Paralel (2019)

Vecsiz (2021)

Layihələr və əməkdaşlıqlar

AiD kommersiya və media layihələrində də aktiv iştirak edib:

2012 – ATV ilə Freezone verilişi üçün soundtrack

2013 – Jeep Azerbaijan üçün “Saf Qan Amerikan” jingle

Müxtəlif tədbirlərdə canlı musiqi bandı ilə çıxışlar