Sorğu: Müasir Azərbaycan yazıçı və şairlərindən...

Sorğu: Müasir Azərbaycan yazıçı və şairlərindən...
Sorğu: Müasir Azərbaycan ədəbiyyatının nümayəndələri ilə bağlı vacib bir sorğu keçirməyi qərara aldıq.

Əziz oxucular, saytımızda müasir Azərbaycan ədəbiyyatına daha geniş yer ayırmaq məqsədilə sizin fikir və təkliflərinizi öyrənmək istərdik.

Zəhmət olmasa, aşağıdakı suallara cavab verin:

  • Günümüzdə yaşayan hansı yazıçı və ya şairlərin şeir və hekayələrini saytımızda görmək istərdiniz?

  • Gənc ədiblərdən kimlərin yaradıcılığına yer verilməsini arzu edirsiniz?

Sizin fikirləriniz bizim üçün dəyərlidir və seçimlərimizə birbaşa təsir edəcək.

Təşəkkür edirik!
Uraqan.com komandasından sevgilərlə.

Şərhlər (43)

  1. Ruqiyyə Vəliyeva

    @Ruqiyyə Vəliyeva

    11 iyul 25, 20:43

    Müasir azərbaycanlı yazıçılarla bağlı çox da məlumatım yoxdur. Çünki mənə görə uğurlu əsərlər ərsəyə gətirənlər çoxdan ötüb keçdi. Yenə də gələcək də qarşıma çıxarsa bunun haqqında nəsə bildirərəm

    1. Uraqan

      @Uraqan

      11 iyul 25, 21:01

      Təşəkkür edirəm

  2. Altunay Nuri

    @Altunay Nuri

    11 iyul 25, 20:42

    Rövşen Abdullaoğlunun hekaleyerini görmek isterdim. Gelecek ixtisasımla əelaqedar olaraq psixoloji saheye önem verirem ve Rövşen beyin yazilarinin daha çox taninmasini isterdim

    1. Uraqan

      @Uraqan

      11 iyul 25, 21:00

      Təşəkkürlər cavabladığınız üçün

  3. Xəyalpərəst

    @Xəyalpərəst

    11 iyul 25, 20:42

    Sözün düzü heç birini tanımıram. Sosial şəbəkələrim də yoxdu. Burda paylaşılsa böyük məmnuniyyətlə oxuyuram həm də tanımış olaramm

    1. Uraqan

      @Uraqan

      11 iyul 25, 21:00

      Faydamız dəyirsə, nə xoş bizə

  4. Aynur Yusifova

    @Aynur Yusifova

    11 iyul 25, 20:40

    Siz sağ olun müəllim.Soruğuya da cavab verəcəm...

  5. Dərya Qasımova

    @Dərya Qasımova

    11 iyul 25, 20:32

    Xəzər Süleymanlını görmək istərdim. Sanki sadə sözləri ilə insana dərin duyğular bəsləyir. Digər gənc yazıçı və şairlərimizin hər birinə, uğurlar arzulayıram 

    1. Uraqan

      @Uraqan

      11 iyul 25, 20:33

      Cavabladığınız üçün çox təşəkkür edirəm.

  6. SİMURQ

    @SİMURQ

    11 iyul 25, 19:45

    Rövşən Abdullaoğlunun yazılarını görmək istərdim. Gənc ədiblərdən isə sətirlərində hiss və dərinlik daşıyan fərqli qələmlərə yer verilməsini arzu edirəm.

    1. Uraqan

      @Uraqan

      11 iyul 25, 20:33

      Qısa hekayələri varsa ola bilər.

      1. İmarət C.

        @İmarət C.

        12 iyul 25, 12:31

        Salam. Bu səhifəyə rast gəldim. Maraqlanıb baxdım. Nə vaxtdan mövcuddur bu səhifə? 

        Qısa hekayələr, məqalələr dərc edərsinizsə, göndərə bilərəm. Əlbəttə, əgər uyğun bilsəniz. 

        Sualınızın cavabına gəldikdə isə, məncə, çox orijinal yazı üslubu olan müəlliflərin yazıları dərc edilsə, maraqlı olar. 

        Uğurlar.

        Hörmətlə. 

  7. Aynur Yusifova

    @Aynur Yusifova

    11 iyul 25, 19:28

    Sözün düzü günümüzdəki yaşan şair və yazıçılardan demək olar heç birini tanımıram.Bəlkə də hansısa sosial şəbəkədə qarşıma çıxa bilər.Amma mən tanlmadığım və bilmədiyim üçün heç biri haqda geniş məlumatım yoxdu.Hər iki sualınıza cavab vermək üçün biraz məlumat toplayıb yazacam.

    1. Uraqan

      @Uraqan

      11 iyul 25, 20:33

      Cavabladığınız üçün çox sağ olun 🙏

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol