Utancaq

Utancaq

Utancaq
İlahi, öz ruhundan
Mənə üfürməmisən?
Niyə belə qorxağam?
Cəsarət verməmisən?
Özümdən utanıram.
Ömrümün sarayından
Hər gün bir daş sökürəm
Namaza əyilmirəm
Qapaza diz çökürəm
Dizimdən utanıram
Ucuza satılıram
Bahalı geyinirəm
Duz-çörək əvəzinə
Sözlərimi yeyirəm
Sözümdən utanıram
Nahaqqa haqq verirəm
Haqqına kor oluram
Qorxudanda od-olav
Qorxanda qor oluram
Közümdən utanıram
Gücsüzün qapısını
Bir təpiklə yıxıram
Güclünün qapısından
Dalın-dalın çıxıram
İzimdən utanıram
Halallıq ver, ilahi
Bəsdi haram yediyim
Canımın qorxusundan
Ürəyimdə dediyim
Düzümdən utanıram

Şərhlər (3)

  1. Qonaq Aytac Abdullayeva

    @Qonaq Aytac Abdullayeva

    31 may 26, 10:40

    Çox sevdim çox gözəl çıxıb 

  2. M.Aliyeva

    @M.Aliyeva

    31 may 26, 10:05

    Çox gözəl yazmısınız. Qəlbinizə sağlıq,təbinizə qüvvət.👏

  3. Şəbnəm

    @Şəbnəm

    31 may 26, 08:58

    Ruhunuza sağlıq, qələminizə qüvvət. Çox gözəl şeirdir. Çox bəyəndim ✨ 

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol