Paralel Həyatlar Körpüsü

Paralel Həyatlar Körpüsü

Paralel həyatlar körpüsü:

Ənənəvi roman strukturlarından kənara çıxan bu kitab oxucuya sadəcə müşahidəçi yox, birbaşa iştirakçı olmaq imkanı verir. Hekayənin gedişatı, inkişaf xətti, hətta sonluğu belə oxucunun verdiyi qərarlardan asılı olaraq dəyişir. Kitabın əsas ideyası sadə, amma bir o qədər də cəsarətlidir: “Oxucu oxuduğu hekayəni yönləndirə bilərmi?” Cavab birmənalıdır: bəli! Bu əsərdə oxucu təkcə səhifə çevirən deyil, həm də taleyin ipini öz əlinə alan bir qəhrəmandır. Oxuduqca qarşısına seçimlər çıxır: sağa getsin, ya sola? Qaçsın, yoxsa savaşsın? Bağışlasın, ya da intiqam alsın?

Bu seçimlər isə onu fərqli zamanlara və məkanlara aparır. Bir səhifədə orta əsrlərin tozlu küçələrində dolaşır, növbəti fəsildə isə nağıllar aləmində sehrli varlıqlarla qarşılaşır. Oxucu bir yerdə qatildən qaçan bir qurban, başqa bir ssenaridə isə öz qurbanının izinə düşən bir ovçuya çevrilir.

Kitabda hadisələr ruhun dünyaya gəlməzdən öncəki seçimləri ilə başlayır. Mələk dünyaya yollanmaq istəməyən ruha sual verir. Qızı seçmək istəyirsən, yoxsa oğlanı? Hər seçimi onu fərqli həyatları yaşamağa vadar edəcək. Ruh qadını seçsə, təkrar qarşısında bir seçim açılacaq. Sevgi, yoxsa güc? Oğlanı seçərsə, iki seçim: od, yoxsa su? Kitabı hər dəfə əvvələ qayıdıb başqa bir seçimlə oxuduqca onun içində sirli qapılar açılır. Bu qapılar bəzən oxucunu gözəl həyata sürükləyərkən bəzi yanlış seçimlər də məhvə doğru sürükləyir.

Şərhlər (12)

  1. Mamed

    @Mamed

    05 avqust 25, 15:39

    Bu dəfə yeni bir şərh yazırıq. görək necə olacaq.

  2. ramil

    @ramil

    17 iyul 25, 00:27

    Oxudum kitabı və oxuduğum ən maraqlı kitab olduğunu deyə bilərəm ✨

  3. Gövher

    @Gövher

    14 iyul 25, 22:10

     Öz seçimlerim ile hekayenin eksenini dəyişmek çoxx maraqlı idi.İlk defe bele kitab oxumuşam 🤍

  4. ZeynəbNəbiyeva

    @ZeynəbNəbiyeva

    24 iyun 25, 22:40

    Çox dəyişik bir kitabdı ama çoxda maraqlıdı hər bekar olduqumda oxuyuram ama nədənsə sonum heç yaxşı olmur😂 düzü oda özümn asılıdı necə davranacaqlarımı dedim və kitabdan gördümki sonum yaxşı olmaz diyə nəticə çıxardım

  5. Fatimə Bayramova

    @Fatimə Bayramova

    18 iyun 25, 20:29

    Sadəcə mükəmməldir,hər sıxıldığım da oxuyuram

  6. SİMURQ

    @SİMURQ

    18 iyun 25, 13:23

    Oxuduğum ən fərqli, heyrətamiz kitablardan ola bilər. Adətən oxucular yazıçıların seçimlərini təxmin edir, amma bu kitabda biz öz seçimimizə görə kitabın sonluğunu görə bilirik. 

    Həmçinin burada seçdiyimiz bənd və ya yollar bizim həyatımızın aynada əksi kimidir. Çünki həyatda məhz bir ağac kimi 2 yöndən budaqlara ayrılır .Kim hansını seçsə sonunu bəlirləyə biləcək. Ya ağacda qalıb onun meyvələrindən faydalanacaq ya da kövrək budaqdan tutub qırılması ilə birgə yerə yıxılacaq.

    1. Fatimə Bayramova

      @Fatimə Bayramova

      18 iyun 25, 14:06

      Həmişəki kimi çox doğru vurğuladınız

  7. Aynur Yusifova

    @Aynur Yusifova

    18 iyun 25, 13:10

    Sonuna qədər oxumamışam.Amma oxuduğum yerə qədər maraqlı idi.Başqa yerdən oxumuşdum.Artıq hər gün gəlib baxdığım evim bildiyim saytda da var imiş.Hələ indi diqqət edirəm.Vaxt olduqca hər bir bölmünu oxuyacam.

  8. Fatimə Bayramova

    @Fatimə Bayramova

    17 iyun 25, 23:13

    Çox möhtəşəm idi,belə işlərin davamı mütləq gəlməlidir !

  9. Aytac

    @Aytac

    16 iyun 25, 21:43

    Həyat bizim seçimlərimiz əsasında yaşanır. Bəyəndiyim və sevərək oxuduğum kitablar siyahısından.

  10. Şəlalə Abdullayeva

    @Şəlalə Abdullayeva

    08 iyun 25, 23:14

    Çox qəşəngdi axı bu kitab. Oxuduqca seçimlər edirsiniz seçdikcə yeni macəralar yeni seçimlər 🫠. Sizin seçimlər sizi yolun sonuna aparır. Day orda nə olur demirəm. Onu da özünüz tapın 😄😄

    1. Aynur Yusifova

      @Aynur Yusifova

      18 iyun 25, 13:12

      Maraqlı gəldi yazdığınız rəy.Belə görünür sonuna qədər oxumusuz.Siz deməyin mən özüm taparam😊💫✨😊

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol