Kölgəli Adlar

Kölgəli Adlar

Kölgəli adlar:

“Kölgəli adlar” kitabı qadın-kişi münasibətlərini analiz edən bir kitabdır. Kitab qadın və kişi münasibətlərində qadınların buraxdığı səhvlərdən, eləcə də kişi təbiətinin yırtıcı tərəflərindən nağılvari bir dillə bəhs edir.

Qaranlıqlarda yaşayan Qız ayağına bağlandığı zəncirlərə görə işığa çıxa bilmir. Günəşə yalvarır ki, yaşadığı qaranlıqları aydınlatsın. Amma günəş gəlmir, çünki onun yanına gəlməyi ilə o qızı əridib külə döndərəcəyini bilir. Buna görə də öz mələklərindən ən təcrübəsiz olanını qızın yanına yollayır. O, Mələyi yandırıb külə döndərir və bu küllərdən yeni bir Simurq doğulur. Simurq qızın yanına gəlir və onunla tanış olur. Təcrübəsiz Simurq hər səhvində bir az daha qadın təbiətinin qaranlıq tərəflərini öyrənmiş olur. Bu yolda ona Qaraqoç adlı müdrik şəxsiyyət kömək edir.

Alleqorik üslubda yazılan bu kitabı anlamaq üçün yetərincə mütaliə, yaşanmışlığın verdiyi təcrübə gərəkdir. Müəllif həyatın içindən gələn nümunələrlə davranışların kökünü göstərir, münasibətlərdəki rolları və gözləntiləri alt-üst edərək oxucunu düşünməyə çağırır. “Kölgəli adlar” sadəcə bir rəftar kitabı deyil, həm də cəmiyyətin qadın və kişi rollarına yanaşmasına bir güzgüdür. Kitab qadınlara və kişilərə eyni anda həm tənqid, həm də anlayışla baxır. Həmçinin bu əsər yerli ədəbiyyatımlzda fərqli nəfəs kimi qəbul olunur.

Şərhlər (6)

  1. Feride

    @Feride

    20 sentyabr 25, 21:20

    Kitap maraqlı gəldi , görən davamında nə olsasıdır

  2. ZeynəbNəbiyeva

    @ZeynəbNəbiyeva

    13 iyul 25, 01:36

    Kitabın adı mənə maraqı gəldi inşallah oxuyarıq

  3. Aynur Yusifova

    @Aynur Yusifova

    18 iyun 25, 14:32

    Kitabın qiyməti diqqətimi çəkdi.İnanıram ki həmin qiymətdən də dəyərli bir kitabdı.🥰

  4. Şəlalə Abdullayeva

    @Şəlalə Abdullayeva

    08 iyun 25, 23:08

    Bir şeyə diqqət etsəniz görərsiniz ki, Uraqan bəy kitablarının adları çox qəribədir. İçi də üz qabığı kimi maraqlı və cəlbedicidir. Bu da Uraqan bəyin kitablar üzərində nə qədər həssas və diqqətcil olmasından xəbər verir 

    1. Fatimə Bayramova

      @Fatimə Bayramova

      17 iyun 25, 22:55

      Razıyam sizlə,bir də burada şərhlərin az olması məni kövrəldir

      1. Aynur Yusifova

        @Aynur Yusifova

        18 iyun 25, 14:30

        Fatimə Bayramova kövrəltməsin məndə burdayam❤️🤍💫✨

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol