İyirmi Manatlıq Müsabiqə

İyirmi Manatlıq Müsabiqə

İyirmi manatlıq müsabiqə:

“ manatlıq müsabiqə” satira və yumorun incə qatlarla yoğrulduğu, yazıçının oxucusu ilə sarkazm vasitəsilə danışdığı qeyri-adi bir əsərdir. “İyirmi manatlıq müsabiqə” devizi ilə başlayaraq hər səhifəsində oxucunu həm güldürür, həm də düşündürür.

Kitabın ilk hissəsi optimist bir çağırışla başlayır: “Bu kitabı al və iyirmi manatlıq müsabiqəyə qoşul!” Lakin oxucu irəlilədikcə başa düşür ki, bu müsabiqə də digərləri kimi, əslində, sadəcə görüntüdən ibarətdir – çünki qalib onsuz da əvvəldən bəllidir: yazıçının “bacoğlusu”!

Müəllif bu ironik yanaşma ilə saxta müsabiqələrə, qeyri-obyektiv seçimlərə, cəmiyyətdəki qohumbazlığa güzgü tutur. “Bacoğlu” obrazı isə sadəcə bir “adam” deyil – o həm satirik fiqurdur, həm də müəllifin cəmiyyətlə ironik dialoqunun canlandırılmış formasıdır. Yazıçı ona “məsləhətlər” verir – amma bu məsləhətlər nə doğrudan-doğruya faydalıdır, nə də tamamilə zarafatdır. Onlar reallığın içində bir sarkazm tufanı kimi dolaşır: oxucunu gah güldürür, gah da içində gizlətdiyi kədəri üzə çıxarır.

Bu kitab doya-doya gülmək, eləcə də dərindən düşünmək istəyənlər üçündür. Bu kitabı oxuyanda təkcə bir satira ilə qarşılaşmırsan – öz həyatının müsabiqəsinə düşürsən və sonda başa düşürsən ki, qalib olmaq üçün tanışın yoxdursa, heç olmasa ağlın və yumor hissin olsun...

Şərhlər (8)

  1. Feride

    @Feride

    03 yanvar 26, 21:45

    Mənə bu bir yeri xatırladır ama haranı 😅

  2. Sevda

    @Sevda

    12 noyabr 25, 13:55

    Xeyirli uğurlu olsun 

  3. Aynur Yusifova

    @Aynur Yusifova

    12 avqust 25, 18:00

    Bir gün oxumaq diləyilə deyirəm...Bacıoğlu🤭

  4. ZeynəbNəbiyeva

    @ZeynəbNəbiyeva

    13 iyul 25, 01:37

    İnşallah bir gün haqqın qazanar

  5. Fatimə Bayramova

    @Fatimə Bayramova

    17 iyun 25, 22:58

    Bu kitabda öz haq elədiyi dəyəri görəcək bir gün...🙏🏻✌🏻

  6. SİMURQ

    @SİMURQ

    16 iyun 25, 23:05

    Əslində başlıqla tərkibinin ziddiyətli olması çox maraqlıdır. Dərin məqamlara diqqət yetirməyənlər bu kitaba adi bir hekayə oxuyurmuşcasına yanaşır. Amma heç də elə deyil. 

  7. Şəlalə Abdullayeva

    @Şəlalə Abdullayeva

    11 iyun 25, 14:32

    Uğurlar sizə ✨🌟

  8. Gul

    @Gul

    21 may 25, 01:47

    Xeyirli ugurlu olsun))

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol