Allahsızlar Şəhəri

Allahsızlar Şəhəri

Allahsızlar şəhəri:

İlk baxışdan adına görə qınanılan bu əsər Azərbaycan oxucusu üçün bir yenilikdir. Kitabın içində keçən adların hər biri insani keyfiyyətlərimizi əks etdirir. Bir də bu keyfiyyətlərimizi yoldan çıxaran bir şeytan obrazı... Şeytan onları yoldan çıxartmağa çalışdıqca onlar öz həqiqətlərini tapmağa başlayırlar.

Kitab alleqorik üslubda yazılıb və kitabın bütün obrazlarını Azərbaycanın məşhur aktyorları canlandırıb. Bu simalardan Rasim Balayev, Taleh Yüzbəyov, Kamran Yunis, Fikrət Məmmədov və Namiq Ağayevin adlarını çəkmək olar.

Hər şey “Ölüm dükanı”nda çalışan Ölümün əyyaşa və narkomana həyat qısaldan maddələri satması ilə başlayır. Onların gedişindən sonra Həqiqətə zərərli maddələri sata bilməyən satıcı onu yaşadığımız cəmiyyətdən qovub uzaqlaşdırmağa çalışır. Halbuki Həqiqətin cəmi bir sualı var idi: öldürürsə, bunları bizə niyə satırsınız?

Həqiqət qaçıb gizlənir, insanlardan uzaqlaşmağa başlayır. O nə qədər uzaqlaşmağa çalışsa da, insanlar onu axtarmağa davam edirlər. Tapanda isə dözməyib ona lənət oxuyur, səsini kəsib susdurmağa çalışırlar. Çünki biz çılpaq həqiqəti qəbul edə bilmirik, çılpaq olanlara isə təklikdə baxmağı sevirik.

“Allahsızlar şəhəri” kitabı daha çox mütaliəyə yeni başlayan oxucular, eləcə də yeniyetmələr üçün daha münasibdir. Həmçinin, “Cəhənnəmin xəritəsi” kitabının alt qatlarını anlamaq istəyənlər üçün bu kitab mütləqdir.

Şərhlər (30)

  1. Qonaq Əlizadə Fəxriyyə

    @Qonaq Əlizadə Fəxriyyə

    28 fevral 26, 20:26

    Oxumağa dəyər həqiqətən Çox maraqlı kitabdı.Oxuduqca Zamanın dəyərin daha çox anlayır insan..

  2. Fatimə

    @Fatimə

    12 dekabr 25, 17:58

    Nəhayət ki,vaxt edib oxuya bildim.

    Təsirli idi.

    Zehninin daimi açıq və var olsun.

    🙏

  3. Tutu

    @Tutu

    02 dekabr 25, 00:10

    Dəyərli Yazarimiz. Yazann əlləriniz var olsun. 

    Güzgüdəki qız kitabı qədər maraqlıdır. 

    Bu kitabda insan özünü, keyfiyetini tapır. Var olasınız Emin bəy 💫💫

  4. Ayxan

    @Ayxan

    01 dekabr 25, 22:10

    Salam Əziz Yazıçı 

    Kitablarınız çox gözəldir Sizə yazı həyatınızda uğurlar 

  5. Na An

    @Na An

    01 dekabr 25, 22:08

    Salam əziz yazıçı 

    Bu əsəriniz çox gözəldir,oxuyuram və hər zaman oxuyacam.Sizə yazı həyatınızda uğurlar arzulayıram😊🤗🥰

  6. Mahizər

    @Mahizər

    01 dekabr 25, 22:08

    Oxumasamda gözəl əsər olacağına inanıram 🤍

  7. Leyla Həşimli

    @Leyla Həşimli

    24 iyul 25, 01:58

    tez bir zamanda kitabı oxuyacağam, yazılan şərhlər buna məni daha da həvəsləndirdi düzü

  8. Gövher

    @Gövher

    14 iyul 25, 22:20

    Belə bir dünyada heç kim kimliyini gizlədə bilməzdi, çünki adlar maska deyil, aynadır,men bele tamamlayardım

  9. Nurayhuseynli

    @Nurayhuseynli

    14 iyul 25, 21:00

    Axırkıı bu kitabıda sonlandırdım və bir sözlə deyə bilərəmkii Uraqan Abdullayev möhtəşəmdirr 👍

  10. Sevda🤍

    @Sevda🤍

    05 iyul 25, 00:06

    Adı qədər özü də maraqladır.İmzalı şəkildə əldə etsəm də saytda oxumaq da xoş olacaq.

    1. Leyla Həşimli

      @Leyla Həşimli

      24 iyul 25, 01:59

      məndə də həmçinin kəpənək kitabının imzalı forması varr amma sizin də dediyiniz kimi burdan oxumaq da çooox gözəldir

  11. ramil

    @ramil

    04 iyul 25, 09:00

    Belə baxıramki Uraqan bəyin satışda kitabları yoxdur,

    Ona görə tapa bilmirik .inşAllah bu  kitabları oxuma diləyi ilə 🌟

  12. AytenCelilova

    @AytenCelilova

    01 iyul 25, 12:00

    Bu kitabı oxumağı çox istəyirəm.İlk baxışda adı belə cəlbedici gəlir.Mövzusu haqda da qısa məlumatım var və çox maraqlı olduğunu düşünürəm.İnşallah bir gün oxumaq qismət olar.

  13. E....

    @E....

    30 iyun 25, 20:53

    Salam.bu kitabı oxumağı çox istiyirəm inşəallah birgün qismət olar çox maraqlı gəldi mənə olduqca maraqlı və gözəl kitab olduğunu düşünürəm 

  14. ZeynəbNəbiyeva

    @ZeynəbNəbiyeva

    25 iyun 25, 00:55

    Kitabı həvəslə axtarıram ama tapa bilmirəm belə oxuduqlarıma baxaraqdan gözəl kitaba bənzəyir ama adı qəribədi niyə məhz Allahsızlar şəhəri 

  15. Fatimə Bayramova

    @Fatimə Bayramova

    17 iyun 25, 22:52

    Adı bir çox insanı qorxudan kitab ... Həmin insanlar ki özlərinə "Cəsarət" , "Sədaqət" adlandırırlar, düşünürəm cəhd edib oxumağa çalışmazlar ,öz fikirlərini dəyişənə qədər 

  16. Aynur Yusifova

    @Aynur Yusifova

    17 iyun 25, 08:03

    İnşallah tez bir zamanda oxumaq diləyilə.✨✨💫

  17. SİMURQ

    @SİMURQ

    16 iyun 25, 22:57

    Bu dünyada adların ruhu, xarakteri əks etdirməsi fikri məni dərindən silkələdi. Özümü düşündüm  mən kiməm, hansı adın altında gizlənmişəm? Hər səhifədə öz xasiyyətimlə üzləşdim, yaxşıları və zəifləri. Oxuduqca anladım ki, bu kitab təkcə hekayə deyil, özümü tapmaq, dürüst olmaq üçün bir güzgüdür.

    1. Aynur Yusifova

      @Aynur Yusifova

      18 iyun 25, 13:02

      Sizin yazarlığınızda möhtəşəm.Hərdən rəyləriniz belə məni məndən alır.💫✨

  18. Şəlalə Abdullayeva

    @Şəlalə Abdullayeva

    16 iyun 25, 22:49

    Sevdiyim və oxuduqca düşündüyüm kitab 🫠✨

    1. Fatimə Bayramova

      @Fatimə Bayramova

      19 iyun 25, 11:53

      Siz kitabları haradan oxuyursunuz?

  19. MinayNadirova

    @MinayNadirova

    16 iyun 25, 22:38

    Əladı bəyəndim

  20. Ağca Muradova

    @Ağca Muradova

    16 iyun 25, 22:29

    Bu kitabı oxumuşam o qədər maraqlı və axıcı idi ki, yarım saata bitirdim və bir sıra fikirlər heç vaxt unudulmaz 

  21. Elnur

    @Elnur

    15 iyun 25, 23:13

    Kitabı nece əldə ede bilərəm

  22. O.N

    @O.N

    15 iyun 25, 17:06

    Özünü sevən insan

  23. Altunay Nuri

    @Altunay Nuri

    14 iyun 25, 13:12

    Bu kitabı sizdən imzalı şəkildə alib elə həmin gündə oxumusdum çox maraqlı idi😍

  24. Feride

    @Feride

    11 iyun 25, 11:28

    Bu kitab çıxsa oxuyram ☺️

    1. Fatimə Bayramova

      @Fatimə Bayramova

      19 iyun 25, 11:57

      Mən də həmçinin, maraqlıdır 

  25. Şəlalə Abdullayeva

    @Şəlalə Abdullayeva

    08 iyun 25, 22:58

    Deməli belə. Kitabın adı qədər özü də maraqlıdır. Kitabı oxuyarkən reallıqlarla üzləşəcəksiniz və kitab sizi bir müddət çox düşündürəcək. Kitabın adı niyə məhz Allahsızlar şəhəridir? Bunu kitabı oxuyanda biləcəksiniz. Kitabla ilk rastlaşanda məndə adına baxıb qəribə olmuşdum amma sonra fərqinə vardım. Bir yaxşı xüsusiyyəti isə balaca olmasıdır. Çantaya çox rahat yerləşir 

    1. Fatimə Bayramova

      @Fatimə Bayramova

      19 iyun 25, 11:58

      Siz kitabların fiziki formasını haradan əldə edirsiniz?

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol