Bölüm On Doqquz

Bölüm On Doqquz


"Həyatın ən qaranlıq anları, ən parlaq fikirlərin doğulduğu anlardır."
— Ernest Hemingway

Bölüm On Doqquz

Günlərin bir günü teatra gedəndə içimdə qəribə bir narahatlıq başladı. Ətrafımdakı insanlara baxışım sanki dəyişmişdi. Hər tərəfdə siqaret çəkən, içkili vəziyyətdə gəzən gənclər vardı — oğlanlar da, qızlar da. Amma qızların bu mənzərədə çoxluq təşkil etməsi içimi daha da sızlatdı. Çünki bir millətin təfəkkürünü dəyişdirmək istəyirsənsə, ya onun gəncliyini, ya da qadınlarını hədəf almalısan.

Teatrın yaxınlığına çatanda mənzərə dəyişmədi. İçkili gənclər, tüstü içində itən sözlər, boş baxışlar. Bütün bunlar boğucu idi. Sanki nəfəsim tutuldu. Daxilimdə sıxılma başladı. Gəldiyim kimi teatrın qapısından çıxıb, özümü çölə atdım. Evin yolunu tutdum. O gün, sadəcə yorğun deyildim — dərin bir düşüncə içindeydim.

Depressiya deyil, amma qəribə bir ruhi çöküntü. Hər gün gördüyüm mənzərə idi, amma bu dəfə fərqli təsir etmişdi. 1 həftə boyunca otağımda yalnız bir sualla yaşadım:

*"İnsanlıq hara gedir?.."*

Və bu sual içimdə elə bir güc yaratdı ki, həftənin sonunda oturub *Allahsızlar Şəhəri* kitabımın ilk bölümlərini yazmağa başladım.

*"Yaradıcılıq, bir şeyə inanmaq və o inancın ardınca getməkdir."*

*— Steve Jobs*

*Allahsızlar Şəhərinin* ilk bölümü yazılanda içimdə qəribə bir duyğu vardı. Bu dəfə əvvəlki hekayələr kimi deyildi. Bu dəfə ssenarinin sonunu bilmirdim. Bəlkə də məni yazmağa daha çox səsləyən bu idi. Sanki özüm də oxucumla bərabər bu şəhərin içində itirdiklərimi axtarırdım.

Düşünmürdüm ki, rejissorum yenə "bizdən yaz" deyəcək. Qorxmurdum. Çünki bu dəfə başqa cür yazırdım. Hekayənin içinə özümə yaxın olan adamların obrazlarını yerləşdirdim. Ssenaristim Fikrət Məmmədova "Əyyaş" və "Ölüm", rejissorum Namiq Ağayevə isə "Narkoman" və "Şeytan" rollarını verdim.

Ssenarini götürüb Namiq müəllimin yanına getdim. Oxudu. Susdu. Və nəhayət, bir müddət sonra başını qaldırıb dedi:

— Hə, bax bunu deyirdim. Bizdən yaz!

Sanki illərlə qulağımda əks-səda kimi qalan o söz, bu dəfə bir qəbul, bir təsdiq idi.

*"Uğur, hədəfinizə çatmaq deyil, hədəfə doğru getdiyiniz yolda inkişaf etməkdir."*
*— Zig Ziglar*

Namiq müəllim ssenarini o qədər bəyəndi ki, dərhal dedi:

— Gəl, bunun filmini çəkək.

Bax o an başa düşdüm: bəli, bu mənim yazıçı kimi ilk real uğurum idi. Amma uğur həmişə sadə gəlmir. Film çəkmək üçün büdcəmiz yox idi. İdeya böyük idi, amma imkanlar kiçik. Və beləcə, layihə ürəyimizdə qaldı.

Amma mən geri çəkilmədim. O an anladım ki, mən ssenaristlik oxusam da, əslində yazıçı olmaq üçün doğulmuşam. Yazıçı olmaq — təkcə yazmaq deyil, eyni zamanda yaradıb yaşatmaqdır. Və əgər film çəkə bilmiriksə, o zaman bu hekayəni başqa bir yolla həyata keçirməliyik.

Elə də etdim.

Teatr aktyorlarını bir araya yığdım. Hər obraz üçün onların üz cizgilərinə uyğun illüstrasiyalar çəkdirdim. Ssenarini kitablaşdırdım. Bəzi obrazları canlandırmaq üçün teatr üzvü olmayan şəxslərlə də əlaqəyə keçdim. Taleh Yüzbəyov, Kamran Yunis, Vüsal Hacı Qədir, İlqar Cahangir, Rasim Balayev kimi sənətkarlarla müəllimlərim vasitəsilə əlaqə yaratdım. Kitabın ideyasını onlara danışdım.

Heç biri tərəddüd etmədi. Pulsuz şəkildə bu layihədə yer almağa razılıq verdilər. Çünki hamısı bu ideyanın gücünü hiss etmişdi.

İndi isə qarşıda bir tək məsələ qalmışdı:
Bu kitabı çap etdirmək üçün lazım olan vəsaiti haradan tapacağam?..

Şərhlər (5)

  1. Gülər

    @Gülər

    30 noyabr 25, 23:40

    Həqiqətən sizə və sizin kimi yazıçılara heyanam. Deyesen sevdiyim müəlliflər sırasında 1ci yere keçməyə yavaş yavaş hazırlaşırsınız🥰

  2. Feride

    @Feride

    29 iyun 25, 15:45

    Maraqla oxuyuram görəsən axırda nə olacaq 🤯🤗

  3. ZeynəbNəbiyeva

    @ZeynəbNəbiyeva

    26 iyun 25, 02:16

    Bəli insanlıq tamamən məhv olur insanlarşn düşüncəsi baxış açısı fərqlənir sanki  məhv olmaq üzrə hərəkət edirlər .... ən gözəl fikirlər ən yorqun ən qaranlıq anda ortaya  çıxır tamda düzdü

  4. SİMURQ

    @SİMURQ

    16 iyun 25, 23:47

    Qaranlıq içində doğan fikirlər, ən parlaq işıq olur; yolumuzun ən dərin künclərində isə əsl yaradıcılıq başlayır.

    — Uraqan Abdullayev

  5. Aynur Yusifova

    @Aynur Yusifova

    16 iyun 25, 22:21

    Oxumuşdum hər bölümünüzü amma saydan keçməmiş.indi isə təkrar birdə oxuyub rəy yazzmağı özümə borc bildim.

    İnsanlıq hara gedir...

    Hərdən məndə bu sözü çox düşünürəm

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol