Kəpənək - Proloq

Kəpənək - Proloq

Proloq

– Axı bunu onlara necə edə bilərəm? – Mələk səmada dayanıb Tanrıya səsləndi; onun səsi küləyin aramla oxuduğu bir nəğmə kimi titrədi; altında yavaş-yavaş hərəkət edən buludlar bir an dayanıb mavi sonsuzluqda donubmuş kimi göründü. – Aşiqləri bir-birindən ayırmaq... Özü də nəyin bahasına?onun qanadlarından tökülən zərrəciklər göyün rəngini dəyişirdi.

– Bu ağır sənin öhdənə düşür – Tanrının səsi eşidildi, bu əbədiyyətin rəqsindən gələn bir əks-səda idi. Hər bir söz göydə titrədi və səmada gizli bir melodiyanın notları kimi yayıldı. O anda mələyin ətrafında parlaq və şəffaf halələr yaranmağa başladı; bu sözlərin ağırlığı onun ruhuna möhürləndi.

– Yox, bunu bacarmayacağam. Onlar bir-birini dəli kimi sevirlər, – Mələk bir an dayandı, gözlərində parıltısı zəiflədi. – Sənsə deyirsən ki, oğlanı qızdan ayır, ona həsrət duyğusunu daddır. Sadə bir məsələ üstündə…

Səmadakı ulduzlar da onun tərəddüdlərinə şahidlik edirdi. Ətrafında dövr edən külək bir an sakitləşdi, mələyin qanadlarının ucunda xırda qığılcımlar parladı, sanki hər biri bir duyğu ilə yüklənmişdi.

– Dünyaya lazım olan kitab onun əlindən çıxmalıdır,Tanrının səsi həmişəki qüdrətli yayıldı.

Bu sözlər söylənən mələyin ətrafında zaman dayandı; ulduzlar bir an parıltısını itirdi və səmada qədim yazılarla dolu işıqlı bir təsvir peyda oldu.

– Xeyr, bu, mənlik deyil, başqa bir mələyə tapşır, – Mələyin səsi titrədi, qanadlarını açdı.

Külək belə onun tərəddüdünü hiss edib sakitləşdi. Onun gözlərində qüssə vardı, sanki bu qərarın doğuracağı fırtınanı əvvəlcədən görürdü.

– Bunu ancaq sən bacararsan, digərləri bu qədər qəddar ola bilməz, – Tanrının hər bir sözü mələyə zəncir kimi dolanırdı.

– Axı niyə bunu onlara yaşadırsan? – Mələk titrək səslə dedi.

– Çünki onlar bir-birinin dəyərini ölüm döşəyinə düşmədən anlamalıdılar, – Tanrının səsi indi daha dərindən gəldi. – Əgər oğlan sona qədər mübarizə aparıb bəşəriyyətə lazım olan kitabı tamamlaya bilsə, onlar yenidən qovuşacaqlar.

– Bəs əgər bunu bacarmasa? 

– Qız başqasına aid olacaq, – Tanrının bıçaq kimi kəskin sözləri mələyin ruhunu doğradı və onun ətrafındakı zərrəcikləri yox oldu.

– Hər şey sənin əlində deyilmi? – Mələk boğuq səslə soruşdu.

– Mən insana azad iradə bəxş etdim. Rəssam mən olsam da, rəsmi rəngləməyi onun öhdəsinə buraxmışam, – Tanrının sözləri bir an mələyin ətrafında işıqdan zərif naxışlar yaratdı.

– Qız üçün çox çətin olacaq bu yalnızlıq...

– Onun qarşısına qoruyucu mələk çıxacaq. – Tanrının səsi yumşaldı. – Eynən onun istədiyi kimi birisi... Oğlanın yoxluğunda onu qoruyacaq, qayğısına qalacaq. Səmada parlaq bir fiqur peyda oldu. Ətrafına işıq zərrələri yayırdı.

– Bəs oğlan? 

– Oğlan arınmalıdır. İçindəki qurdları öldürməklə deyil... Anlamalıdır ki, bu tırtıllar vaxtı gələndə kəpənəyə çevriləcək. Əgər bu kitabı tamamlaya bilsə, qız onun sevgisini heç vaxt itirməyəcək.

– Oğlan dediklərinin fərqinə necə varacaq?

Yaza-yaza… Hər şeyi ona pıçıldayacağam… 

***

Mündəricat Növbəti


Şərhlər (52)

  1. Lumos

    @Lumos

    26 fevral 26, 22:23

    Proloq çox həyəcan verici gəldi. Əslində romantik janr çox sevmirəm nə yalan deyim. Oxuyacağım nadir sevgi kitablarından olacaq) 

  2. Hevva

    @Hevva

    24 fevral 26, 23:21

    Bu kitabı 2-ci dəfə oxuyacam , əminəm ki yenə çox sevəcəm🩷

    Proloqda Tanrının tapşırığı və Mələyin bunu qəbul etmək istəməməsini oxuduq, amma onların ayrı qalması sonradan onların birləşməsi, bir-birinin dəyərini anlaması üçündür

    Biz insanlar beləyik,birinin  dəyərini ən çox  onu itirdikdən sonra anlayırıq🥲ona görə bəzən qısa ayrılıq insanların biri -birinə olan sevgisini anlamasına , biri -birilərinin dəyərini bilməsinə səbəb olur🩷 

  3. Şəms

    @Şəms

    24 fevral 26, 22:12

    Proloq belə həyəcan vericidirsə, bölümləri düşünə bilmirəm. Tanrının göndərəcəyi mələk öz öhdəsinə düşən vəzifəni yerinə yetirib qızla oğlanı ayırmalıdır, amma Tanrı onları bir məqsədlə bir araya gətirmək istəyir. Bunun üçündə qızla oğlan ayrılmalıdır. Əslində boş yerə olmuş olmur. Bu kitab tamamladıqdan sonra nələr olacaq çox maraqlıdır... 

  4. Şəbnəm

    @Şəbnəm

    24 fevral 26, 21:51

    Proloq belə güclüdürsə, əsərin davamını təsəvvür etmək belə həyəcanvericidir! Yaratdığınız atmosfer o qədər canlıdır ki, sanki sətirlərin arasından o dünyaya boylanıram.Bəzən bütöv bir kitabın verə bilmədiyi duyğunu siz sadəcə proloqda vermisiniz. İlmə-ilmə toxunmuş bir girişdir, davamını səbirsizliklə gözləyirəm! 🧶💫"

  5. Aynur Yusifova

    @Aynur Yusifova

    24 fevral 26, 21:27

    Möhtəşəm Kəpənək kitabını sonuna qədər oxumuşam.Çox gözəl və mənalı bir kitabdı.Oxuduqca həqiqətəndən də altından xətt çəkiləsi sözlər cümlələr çoxdu.Hər bir oxucuya tövsiyyə edərdim ki,bu gözəllikdən məhrum olmasınlar.Oxusunlar və zövq alsınlar

  6. Oruclu Nərmin

    @Oruclu Nərmin

    17 iyun 25, 21:29

    Bax elə həyat həqiqətəndə belədi... Umid edirəm ki digər bolumlərdə belə maraqli olar

  7. ZeynəbNəbiyeva

    @ZeynəbNəbiyeva

    17 iyun 25, 21:15

    Həqiqətən həyatdakı kimidi maraqlı bölümdü insanlar hər zaman bir birindən ayrılır çox adam səbr edə bilmiyib başqasına gedir  .səbirsizliklə digər bölümləri gözlüyürəm

  8. Röyane

    @Röyane

    17 iyun 25, 17:54

    Bu kiçik proloqda, beddi ifadə vasitələrindən çox ustalıqla istifadə edilib. 👏❤️

  9. Aytac Quluzadə

    @Aytac Quluzadə

    17 iyun 25, 17:24

    İlk bölüm çox maraqlı idi. Digər bölümləri səbrsizliklə gözləyirəm. Həqiqətən kaşki insanlar bir birinin dəyərini itirmədən öncə bilsə 🥲

  10. MinayNadirova

    @MinayNadirova

    17 iyun 25, 16:20

    Çox maraqlıdır kaş insanlar bir birinin dəyərini kaş iturmədən öncə anlasa sonra hər şey üçün gec olur hər kəsin qədrini onu itirmədən öncə bilin

  11. ZBAXTİYARLİ

    @ZBAXTİYARLİ

    17 iyun 25, 14:49

    İlk bölüm çox maraqlı idi. Digər bölümləri səbirsizliklə gözləyirəm və oxuyacam. İrəlidə olacaq hadisələr maraqlı gəlir. Ona görə bölmələri qaçırmayacam.

  12. Aylin Qasımzadə

    @Aylin Qasımzadə

    17 iyun 25, 01:24

    İnsanlar bir birinin dəyərin itirmədən anlasa görəsən gözəl olardı? Hamı bir birin sevsə səhvlər olmasa. Çox cavablı sualdı amma insanın nəfsi bunun onsuz da qabağın alır. Bəzən isə artıq təzədən qovuşmaq üçün əlində heç bir ümüd qalmır. 

  13. Şahbazlı

    @Şahbazlı

    17 iyun 25, 00:01

    Bölüm bitdi, amma mən hələdə bölümü bitirməyi bacarmamışa... Düzünə qalarsa bölümlər arasında bəlkədə ilk bölümdür ki, davamının gəlməsini gözləmək istəmirəm, elə indicə əldə etməyi bacarıb digər bölümləri oxumaq istəyirəm.🫠

    "Kəpənək" kitabı sözün əsl mənasında kəpənək olmağı bacardı. Eyni kəpənək kimi səssizcə bir anda gözəlliyi, incəliyi ilə qəlbə toxunmağı bacardı və dərin bir iz buraxdı...

  14. Leyla Həşimli

    @Leyla Həşimli

    16 iyun 25, 23:42

    elə məhz buna görə deyilir ki, hər şərdə bir xeyir var...

    hissələri əlimdə olan kitabdan oxuyuram bura ilə birgə, sizin sayənizdə💗

  15. SİMURQ

    @SİMURQ

    16 iyun 25, 22:53

    Bəzi yazılar sanki göydən yerə düşmür, əksinə  yerdən göyə yazılır. Bu proloqda qərar Tanrıdandır, amma əzab insanın payına düşür. Hiss olunur ki, burada hər cümlə seçilməyib, çəkilib… Ağrının içindən, tərəddüdün lap ortasından.

    Ayrılıqla başlayan bu yolun sonunun nə olacağı bilinmir, amma bir şey aydındır: bu hekayənin içində biz sadəcə oxucu yox, şahid olacağıq. Həm mələyə, həm də insana...

    1. Fatimə Bayramova

      @Fatimə Bayramova

      16 iyun 25, 23:05

      İnsan əzabı duymalıdır ki,mənasını anlasın💖🌌

  16. Fatimə Bayramova

    @Fatimə Bayramova

    16 iyun 25, 22:51

    "Kəpənək" -lə ruhumuz da azadlığa qovuşacaq 🌌🫠

  17. Tərgül Quliyeva

    @Tərgül Quliyeva

    16 iyun 25, 22:51

    Kəpənək kitabını kitab mağazasında görmüşdüm  ancaq azda olsa baxmamışdım .İndi daha maraqlı gəldi mənə  adətən elmi kütləvi janırlarıda kitab oxuyuram anca qrupa qoşulandan sonra vaxtım olduqca  oxuyuram birinci dəfədi oxuyuram  Kəpənək kitabını maraqlı gəldi.Çox yaxşı yazılıb ,vaxtım olduqca sayıtakı məqalələri oxuyub rəy yazacam 

  18. Əlizadə Fəxriyyə

    @Əlizadə Fəxriyyə

    16 iyun 25, 22:46

    Oxumuşam məndə bu kitabı.Oxuduqca insan kövrəlir.. Kaş ki, əlimizdə olanın qiymətin vaxtında bilsek..🥹

  19. Rana

    @Rana

    16 iyun 25, 22:45

    Maraqla oxudum. Kəpənəyə çevrilməyini səbirsizliklə gözləyirəm. Görəsən proses necə irəliləyəcək? İlk bölümdən maraq doğuran məqamlar var. Xeyirli olsun✨

    1. Fatimə Bayramova

      @Fatimə Bayramova

      16 iyun 25, 23:06

      Burda kim "kəpənək"-ə çevriləcək? İndi daha da çox bu əsərə bağlanacam

  20. Əminə

    @Əminə

    16 iyun 25, 22:20

    Maraqlı hekayədir.Daha öncə oxumuşam amma sanki ilk defedir oxuyuram Mələyin üsyanı etməsi 2 aşiqi ayırmaq istəməməsi Emin və Jalənin hekayəsi baslayir görəsən növbəti bölumlərfə bu 2 aşiqin başına nələr gələcək

  21. Feride

    @Feride

    16 iyun 25, 22:07

    Hekayə maraqlı gəldi görəsən oğlan necə təmizlənməlidir , 🤔yoxsa bu sevgilini çox sevib elə ki , heç kimi görməyəcək şəkildə . Allahdan çox nəyi sevsən onu səndən alar . Çünki , ondan başqa birini , səni yaradan və sənə heç nəyi əsirgəməyənki unudanda onun əlbətdəki xoşuna gəlməz ☺️

  22. Röya😇

    @Röya😇

    16 iyun 25, 22:07

    İlk başda elə bildim hansısa bölümün davamıdır ama ilk bölüm olduğunu dediyinizi xatırladım

    Gözəl bölümdür davamını maraqla gözləyəcəm🫠

    (Deyəsən kitabda sözü gedən oğlan sizsiniz😊)

  23. Fatimə Bayramova

    @Fatimə Bayramova

    16 iyun 25, 21:59

    Bu əsər məni o qədər dərindən sarsdı ki. Oğlan və qızın aqibəti ilə içimdə anlatılmaz bir maraq oyandı Bir sualım olacaq, burdakı oğlan sizin analoqunuzdur? Çünki bundan qabaq sevgi ilə bağlı bir məqalə yazmışdınız. Yəni bu "Kəpənək"-in gəlişinin əzəldən göstəricisi idi? 

  24. Qonaq Dərya

    @Qonaq Dərya

    16 iyun 25, 21:58

    Bura da çox saf, təmiz bir sevgi var. Mələk bu iki aşiqin ayrılmasını istəmir. Axı o necə razı ola bilər ki, sevənlər ayrılsın? Bunun üçün mübarizə aparır.. Tanrı isə onları ayırmağa çalışır. Bunun onların öz iradələrinə buraxır. " Rəssam mənəm, lakin onu rəngləməyi öz öhdələrinə buraxmışam" ..  Burda da deməyə çalışır ki, əslində hər şey bizim öz əlimizdədir. 

  25. Sunay Məmmədova

    @Sunay Məmmədova

    16 iyun 25, 21:51

    Qazanmaq üçün bədəl ödəməlisən və bədəli ödəməyə razısansa, deməkki qazanmaq sənin haqqındır, əks halda qorxursansa, bədəl ödəməkdən çəkinirsənsə qazansan belə qazandığının dəyərini anlamazsan. Böyük dəyərlər üçün bəzən də itirmək lazımdır!

     Əslində ortaya çox fikir çıxır, sadəcə olaraq tələskənlik etmək istəmərəm. Ardını və olacaqları gözləyib, yerində şərh bildirmək düşər bizədə)

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol