Kəpənək - Proloq

Kəpənək - Proloq

Proloq

– Axı bunu onlara necə edə bilərəm? – Mələk səmada dayanıb Tanrıya səsləndi; onun səsi küləyin aramla oxuduğu bir nəğmə kimi titrədi; altında yavaş-yavaş hərəkət edən buludlar bir an dayanıb mavi sonsuzluqda donubmuş kimi göründü. – Aşiqləri bir-birindən ayırmaq... Özü də nəyin bahasına?onun qanadlarından tökülən zərrəciklər göyün rəngini dəyişirdi.

– Bu ağır sənin öhdənə düşür – Tanrının səsi eşidildi, bu əbədiyyətin rəqsindən gələn bir əks-səda idi. Hər bir söz göydə titrədi və səmada gizli bir melodiyanın notları kimi yayıldı. O anda mələyin ətrafında parlaq və şəffaf halələr yaranmağa başladı; bu sözlərin ağırlığı onun ruhuna möhürləndi.

– Yox, bunu bacarmayacağam. Onlar bir-birini dəli kimi sevirlər, – Mələk bir an dayandı, gözlərində parıltısı zəiflədi. – Sənsə deyirsən ki, oğlanı qızdan ayır, ona həsrət duyğusunu daddır. Sadə bir məsələ üstündə…

Səmadakı ulduzlar da onun tərəddüdlərinə şahidlik edirdi. Ətrafında dövr edən külək bir an sakitləşdi, mələyin qanadlarının ucunda xırda qığılcımlar parladı, sanki hər biri bir duyğu ilə yüklənmişdi.

– Dünyaya lazım olan kitab onun əlindən çıxmalıdır,Tanrının səsi həmişəki qüdrətli yayıldı.

Bu sözlər söylənən mələyin ətrafında zaman dayandı; ulduzlar bir an parıltısını itirdi və səmada qədim yazılarla dolu işıqlı bir təsvir peyda oldu.

– Xeyr, bu, mənlik deyil, başqa bir mələyə tapşır, – Mələyin səsi titrədi, qanadlarını açdı.

Külək belə onun tərəddüdünü hiss edib sakitləşdi. Onun gözlərində qüssə vardı, sanki bu qərarın doğuracağı fırtınanı əvvəlcədən görürdü.

– Bunu ancaq sən bacararsan, digərləri bu qədər qəddar ola bilməz, – Tanrının hər bir sözü mələyə zəncir kimi dolanırdı.

– Axı niyə bunu onlara yaşadırsan? – Mələk titrək səslə dedi.

– Çünki onlar bir-birinin dəyərini ölüm döşəyinə düşmədən anlamalıdılar, – Tanrının səsi indi daha dərindən gəldi. – Əgər oğlan sona qədər mübarizə aparıb bəşəriyyətə lazım olan kitabı tamamlaya bilsə, onlar yenidən qovuşacaqlar.

– Bəs əgər bunu bacarmasa? 

– Qız başqasına aid olacaq, – Tanrının bıçaq kimi kəskin sözləri mələyin ruhunu doğradı və onun ətrafındakı zərrəcikləri yox oldu.

– Hər şey sənin əlində deyilmi? – Mələk boğuq səslə soruşdu.

– Mən insana azad iradə bəxş etdim. Rəssam mən olsam da, rəsmi rəngləməyi onun öhdəsinə buraxmışam, – Tanrının sözləri bir an mələyin ətrafında işıqdan zərif naxışlar yaratdı.

– Qız üçün çox çətin olacaq bu yalnızlıq...

– Onun qarşısına qoruyucu mələk çıxacaq. – Tanrının səsi yumşaldı. – Eynən onun istədiyi kimi birisi... Oğlanın yoxluğunda onu qoruyacaq, qayğısına qalacaq. Səmada parlaq bir fiqur peyda oldu. Ətrafına işıq zərrələri yayırdı.

– Bəs oğlan? 

– Oğlan arınmalıdır. İçindəki qurdları öldürməklə deyil... Anlamalıdır ki, bu tırtıllar vaxtı gələndə kəpənəyə çevriləcək. Əgər bu kitabı tamamlaya bilsə, qız onun sevgisini heç vaxt itirməyəcək.

– Oğlan dediklərinin fərqinə necə varacaq?

Yaza-yaza… Hər şeyi ona pıçıldayacağam… 

***

Mündəricat Növbəti


Şərhlər (52)

  1. Nigar

    @Nigar

    16 iyun 25, 21:40

    Bir insanı itirdikden sonra onun deyerini anlamağın ne faydası olacaq.? Mence hemin insanı itirmeden önce deyerini anlamalıdır. Ki bu müddet de elinden geldiyi qeder de yer versin. Bir insana özünü değersiz hiss etdirdikden sonra onun deyerini anlamağın menası yoxdur. 

  2. Aynur Yusifova

    @Aynur Yusifova

    16 iyun 25, 21:39

    Oğlan öz sevgisini kəpənəyə çevirməz.Qızda onun sevgisindən məhrum olmaz.Kitabı gözəl şəkildə tamamlayacağına umud edərək başqa bölümləri də səbirsizliklə gözləyəcəm.

    1. Fatimə Bayramova

      @Fatimə Bayramova

      16 iyun 25, 22:54

      Zaman göstərəcək sonunu ... 🫠

  3. Ruqiyyə Vəliyeva

    @Ruqiyyə Vəliyeva

    16 iyun 25, 21:38

    Gələcək bölümü səbirsizliklə gözləyirəm, çünki tam fikirlərim o zaman formalaşacaq. Amma nə yalan deyim, qəribə hiss etdirdi...

  4. Şəlalə Abdullayeva

    @Şəlalə Abdullayeva

    16 iyun 25, 21:37

    Salam hər vaxtınız xeyir olsun. Sizinlə öz fikirlərimi bölüşürəm. Bu kitabı artıq 3-cü dəfədir oxuyuram. Buna baxmayaraq sanki ilk dəfədəki həyacanla oxuyuram. Və sizin qədər növbəti bölümün çıxmasını səbrsizliklə gözləyirəm 

    İki sevən insanın özlərinin də xəbəri olmadan ilahi imtahandadırlar. Bir insan ya depressiv olur, ya da hər şey əlindən çıxanda qələmi güclənir. Çünki o an öz hissləri ilə qələm vasitəsilə kağızla vahid olur. Bəzən nəyisə yaratmaq üçün nəyisə qurban verməliyik. Nəcə ki, oğlan bəşəriyyətə lazım olan kitab üçün öz sevgisini qurban verir. Qurban verir ya yox, bunu gələcək bölümlərdə biləcəyik... Mübarizə, yaradıcılıq və fədakarlığın simvoludur.  

    Mələk üsyan edirdi. Çünki iki sevən arasındakı sevgi bağının nə qədər güclü olduğunu görürdü. Necə qıya bilərdi ki bu sevgiyə? Onların sevgisinə görə Tanrıya qarşı çıxırdı.  

    Tanrı insanlara azad iradə verib, onların yolunu özlərinin seçməsini istəyir. İki sevənin arasına ayrılıq salır, bundan sonra baş verənlər artıq iki gəncin öz iradələrinə qalır. "Rəssam mən olsam da, rəsmi rəngləməyi öz öhdələrinə buraxmışam." ifadəsi mənə Qaraqanın "Həyat rəngarəngdir, hər bir rəng olmalıdır həyatda. Əgər mənim bəxtimə qara rəng düşübsə, sadəcə onu rəngləməyə davam etməliyəm." sözlərini xatırlatdı.  

    Tanrı insanın seçimlərini hökmranlıqla idarə etmir, lakin nəticələri qabaqcadan bilir. Bu, ekzistensial bir mübahisəyə işarədir. Həm də yazıçı Tanrının dili ilə çatdırmaq istəyir ki, sevginin və sevdiyiniz insanın qiymətini ayrılıq, ölüm və ya itki zamanı anlamaq çox gec ola bilər... Hər anın dəyərini bilin.  

    Sizə xoş mütaliələr 🌟✨

  5. SİRİUS

    @SİRİUS

    16 iyun 25, 21:36

    Bəs niyə görəsən insan sonda qazanacaği şeyi əvvəlcədən itirir? İndiden kitabın qalan bölümleri maraqlı gelir. Görəsən o tırtıl kəpənəyə donuşecek? Görəsən Emin Laleye qovuşacaq? Oxuyarkən ister istəməz gözlerim doldu 🥹. Sanki biri menim hekayəmi gizlicə yazıb.Aradaki fərq sadəcə oğlanin yerinə menim qız olmağim idi. Özümü tapdım orda. Çox içden ve ən səmimi duyğularla yazılıb. Əminəmki hekayələr çox bənzərdir . Sadəcə nəticəler ferqlidir. 

  6. Aynur Yusifova

    @Aynur Yusifova

    16 iyun 25, 21:34

    Hər şey sənin əlində deyilmi...

    Əslində tanrı bizi yaratsa da bəzən bu sözü çox düşünürəm və həqiqətə varıram ki, əslində hər şey bizim əlimizdədir.O deyirlər ey QİSMƏT.Bax bu sözdə adicə bir sözdü.Qisməti də yaradan elə özümüzük.Sadəcə olaraq nələrsə alınmayanda qısmət deyib özümüzə təsəlli veririk.

    1. Fatimə Bayramova

      @Fatimə Bayramova

      16 iyun 25, 22:56

      Bəli,qismət insanın əlindədir. Elədiyimiz seçimlər bizi yönləndirir

  7. Həmyə

    @Həmyə

    16 iyun 25, 21:29

    İnsanlar bir-birinin dəyərini itirmədən anlamalıdırlar.(ilk bölümdü deyə elədə çox fikirim yoxdu gələcək bölümlərdə öz fikirlərimi bölüşəcəm)

    1. Fatimə Bayramova

      @Fatimə Bayramova

      16 iyun 25, 22:58

      Bəlkə də ,burada dəyərdən çox ,"Tanrı"-nın boyunlarına qoyduğu imtahandan daha çox bəhs eləməyə çalışır. Çünki ,hər bir insana səbir edə biləcəyi qədər yük verilir və sonda mükafatlandırılır. Sonda bizə daha da çox məlum olacağını düşünürəm 

  8. Musayeva Aydan

    @Musayeva Aydan

    16 iyun 25, 21:28

    Allah bizə azad iradə bəxş edib, seçim şansı verib öz seçimlərimizlə qismətimizi yazırıq. Maraqlı bölümdür ardın səbirsizliklə gözləyirəm uğurlar Uraqan bəy💫

  9. İslam

    @İslam

    16 iyun 25, 21:26

    Tanrının niyə yalnız bu işi həmin mələyə tapşırdığı və digər mələklərə bunu onlar edə bilməz deməsi səbəbi məni maraqlandıran bir yer oldu. İnsanların isə əksər hissəsinin həqiqətən birini itirdikdən sonra dəyərini bilməsi kədərlidir. Mələyin nə kimi hərəkət edəcəyi və qızın reaksiyayını səbirsizliklə gözləyirəm. Ən əsas da oğlanın kitaba yazacaqları. 

    1. Fatimə Bayramova

      @Fatimə Bayramova

      16 iyun 25, 22:59

      Bu mələyim ölüm mələyi olduğunu düşünürəm, çünki əsərin bir yerində qəddar olduğu qeyd edilib. Sadəcə fikirdir,amma gələcək bölümlərdə aydınlaşa bilər

  10. Ağca Muradova

    @Ağca Muradova

    16 iyun 25, 21:26

    Fərqli yanaşmadır, çox maraqlı gəldi,oxuduqca  hadisələr göz önündə canlanır sanki yaşayırsan. Davamını səbirsizliklə gözləyirəm 

  11. SİMURQ

    @SİMURQ

    16 iyun 25, 21:24

    Bu kitabınızı daha öncədən oxumağıma baxmayaraq  yenə də ən kiçik detallarıda gözdən qaçırmamaq  üçün başdan sona dəyərləndirdim.Oxuyanda içimdən tək bir hiss keçdi: bu, sadəcə başlanğıc deyil. Bu, artıq başlanmış bir taleyin ilk etirafıdır. Sözlərin içində gizlənən o qərarsız mələyi oxuyarkən, sanki yazmaq və sevmək arasında qalıb susan bir ruhun iç səsini eşitdim. O “bacarmayacağam” deyə titrəyirdi, amma bu tərəddüd elə gerçək idi ki, yazan biri kimi içimdə o anı bütün reallığı ilə yaşadım.

    “Rəssam mən olsam da, rəsmi rəngləməyi onların öhdəsinə buraxmışam.” – bu təkcə Tanrının sözləri kimi oxunmadı. Elə bil bu, sizin oxucuya gizli şəkildə ötürdüyünüz bir ismarıc idi: "Seçim onun əlindədir." Və bu mənzərə hadisə deyil, həqiqətin ta özüdür. Sətirlər bir yerdə gerçəklərə dərindən toxunuşlar edib. 

    Sevgi bu hekayədə sadəcə bir duyğu deyil. Vasitədir. Ayrılıqsa cəza yox, bir sınaq kimi təqdim olunub. Mələyin etirazı, içimizdəki qorxunu, amma eyni zamanda sevgini necə daşıya bilmədiyimizi göstərir. Və bu duyğuların hər biri o qədər doğru yerə toxunur ki… Deyə bilərəm ki, bu məhz mənim də yazmaq istədiyim bir həqiqətin dilə gəlmiş formasıdır.Oxuduğum an anladım ki, bu yazı bəyənilmək üçün yazılmayıb. Bu yazı kimin üçünsə bir oyanış, bir dönüş nöqtəsi olacaq. Mənim üçünsə artıq oldu...Ümid edirəm müsbət məqamları tərif  olaraq qəbul etməzsiniz. 

  12. Xəyalpərəst

    @Xəyalpərəst

    16 iyun 25, 21:21

    İlk bölüm çox xoşuma gəldi. İki gəncin bir-birindən ayrı qalması... Davamlı olsun səbirsizliklə gözləyirəm🤍🌷

  13. Fatima

    @Fatima

    16 iyun 25, 21:21

    Tanrı ilə mələk arasında keçən bədii və fəlsəfi dialoqdur. Mərkəzdə iki aşiqin ayrılması məsələsi dayanır. Mələk buna qarşı çıxır, çünki onların sevgisi saf və dərin hiss olunur. Lakin Tanrı insanların böyüməsi, dəyəri itirmədən anlaması üçün bu ayrılığı zəruri sayır.Oğlan bir kitab yazmalıdır – bu, onun mənəvi yetişməsi üçün bir sınaqdır. Əgər buna nail olsa, sevgisinə qovuşacaq. Qız isə bu müddətdə qorunacaq, tək buraxılmayacaq. Mətn sevgi, azad iradə, və ilahi plan anlayışlarını birləşdirir. Dərin, təsirli və düşündürücüdür.

    1. Fatimə Bayramova

      @Fatimə Bayramova

      16 iyun 25, 23:01

      Dediyiniz kimi və məncə də ,uzaq məsafəli sevgilər daha güclü olur ki,bu da əsərdə əks olunur.

  14. ramil

    @ramil

    16 iyun 25, 21:19

    İlk şərh 

    Çox gözəl bir hissədi,amma bitdi)

    İlk hissə olduğu üçün o qədərdə böyük bir düşüncə formalaşmadı deyə bilərəm.Amma insanın marağına səbəb olacağ kitablardan biridir, deyə bilərəm))

    İkinci bölümü səbirsizliklə gözləyirik 😊 

    1. Fatimə Bayramova

      @Fatimə Bayramova

      16 iyun 25, 23:02

      Bəli,razıyam sizlə

  15. Röya

    @Röya

    16 iyun 25, 21:17

    İlk başda elə bildim hansısa bölümün davamıdır ama ilk bölüm olduğunu dediyinizi xatırladım

    Gözəl bölümdür davamını maraqla gözləyəcəm🫠

    (Deyəsən kitabda sözü gedən oğlan sizsiniz😊)

  16. Aytac

    @Aytac

    16 iyun 25, 21:17

    "Hər şey sənin əlində deyilmi? – Mələk boğuq səslə soruşdu.

    – Mən insana azad iradə bəxş etdim. Rəssam mən olsam da, rəsmi rəngləməyi öz öhdələrinə buraxmışam, – Tanrının sözləri bir an mələyin ətrafında işıqdan zərif naxışlar yaratdı.🦋🫠"

  17. Mehin

    @Mehin

    16 iyun 25, 21:16

    Tanrı mələyi çarəsiz buraxmışdı.Mələyin qəlbi yumuşaq olsada çətinliklərin üstəsindən gələ biləcək gədər güclü olduğunu bilirdi tanrı.bəlkədə bir vaxtlar mələkdə onların yerində olduğu uçun onlari başa düşürdü.

  18. Xədicə Həmid

    @Xədicə Həmid

    16 iyun 25, 21:16

    Kitabı əyani formada oxumuşam. Təəssüratlarımı hissə hissə yazmağı istərdim. İlk əvvəl kitabda hiss və həyəcan çox gözəl verilib. Və ən bəyəndiyim hissələr məs əsas qəhrəmanın öz hisslərini ifadəsi olmuşdur 

  19. Ləman Əhədova

    @Ləman Əhədova

    16 iyun 25, 21:14

    Ən çox sevdiyim kitab məndə kitabın özü var zatən  oxumuşam və təkrar açıb oxuyuram . Bir insanın kəpənəyə dönüşməsi, fərqli, maraqlı sevgi hekayəsidi məncə

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol