Kəpənək - Bölüm 1

Kəpənək - Bölüm 1

Bu hissəni görmək üçün Premium üzv olmalısınız.

Üzvlük müraciəti və ətraflı məlumat üçün aşağıdakı düyməyə klikləyərək WhatsApp-dan yazın.

WhatsApp-dan Yazın

Şərhlər (54)

  1. Orhhan_18

    @Orhhan_18

    04 mart 26, 19:57

    Axtardığım o kitab... Bir sözlə mükəmməl! Təəssüflər olsun ki, qısadır😓

  2. Rəna Cahangirli

    @Rəna Cahangirli

    28 fevral 26, 23:30

     Oxuyarkən özümü kənardan oxucu kimi hiss etmədim. Elə bil kimsə sakit səslə mənə həyatın içindən bir şeyi xatırladırdı. Kəpənək burada sadəcə bir obraz deyil, insanın gec başa düşdüyü həqiqətlər kimidir. Əlimizdə olanda dəyərini bilmədiyimiz, gedəndə isə içimizi boşaldan şeylər kimi…
    Ağacın kölgəsi, güllərin ətri, kəpənəklərin yoxluğu – bunlar mənə tanış hisslər oyatdı. Çünki biz də çox vaxt həyatın içində gözəlliyin fərqinə varmadan yaşayırıq. Elə bil həmişə orada olacaqmış kimi. Ta ki bir gün yoxluğunu hiss edənə qədər.
    Jalənin kəpənəklərə olan sevgisi çox safdır. Uşaqlıqdan qalan bir hiss kimi… Incitmədən sevmək istəyi. Emin isə mənə daha çox düşünən, içində suallar daşıyan bir insan təsiri bağışladı. Onların yanaşı oturub kəpənək görə bilməməsi sanki içlərindəki səssiz boşluğu göstərirdi.
    Gül və bağban nümunəsi məni dərindən tutdu. Orada sevginin necə zəhmət, səbr və qorumaqla bağlı olduğu çox sadə, amma çox doğru şəkildə deyilir. Sevgi sadəcə hiss deyilmiş, məsuliyyət imiş. Bunu oxuyanda insan istər-istəməz öz münasibətlərinə baxır.
    Bu bölümü bitirəndə bir az sükut istədim. Dərhal başqa şeylərə keçmək yox, bir az dayanmaq… Çünki bəzi mətnlər var ki, cavab vermir, sadəcə sual qoyur. Mənim üçün bu bölüm elə bir hiss oldu.

  3. Lumos

    @Lumos

    26 fevral 26, 22:32

    Kəpənəklər uşaqlıqdan bəri heyran olduğum canlılardır. Məncə, bir çox insan onlara baxanda gözü işıldayır. Kəpənək həmişə azad və gözəl bir simvol kimi göstərilir

    Bir qadına dəyər gördüyünü göstərmək hər şeydən vacibdir. Gül də məhz bunu xatırladır, Jaləyə qatılıram. Nəsənsə Jalə mənə gül hissi bağışladı. Sanki dəyər verilməsə, solacaq kimi görünür. 

  4. Hevva

    @Hevva

    26 fevral 26, 01:29

    1-ci bölüm çox xoşuma gəldi, bölümdəki təsvirlər çox gözəldir.

    Sevgi haqqında yazılanlar ,ağac misalı və s.

    Mən Kəpənəkləri görəndə çox vaxt biraz hüzünlənirəm, amma Kəpənəklər o gözəl gülləri ,təbiəti hiss edirlər, bir günlük ömürləri rəngarəng olur🫠 balaca qanadlarının çırpınışı insana zövq verir

  5. Şəms

    @Şəms

    25 fevral 26, 22:33

    Qadın gülə baxan zaman öz dəyərini anlayır. Kişi gülə baxan zaman sevdiyini xatırlayır. Bu güldən bir dəstə, hətta bir dənəsini belə sevdiyinə aparmaq arzusu ilə dolub daşır bəlkə də. Mənə görə kəpənəklər bu dünyanın ən zərif və incə varlıqlarıdır. Bir günlük ömürə nələr sığışdırdıqları çox maraqlıdır. Bu bölümdə təbiətə, hətta həyat hadisələrinə baxış bucağım dəyişdi. Artıq hər şeyin mahiyyəti mənə daha aydın və anlaşıqlı gəlir. Sadəcə biz əlimizdə olan şeylərin dəyərini biraz gec anladığımız üçün onu itirdikdən sonra da bu peşmançılığı çəkməyə alışmışıq sanki. "Sonrakı peşmançılıqda fayda verməz" deyib özümüzü təsəlli etməkdən başqada bir şey gəlmir əlimizdən. Halbuki, insan istəsə hər şeyə qadir ola biləcək biridir. Sadəcə bu özəlliyimizi düzgün və vaxtında istifadə etmək lazımdır... 

  6. Leyla nuriyeva

    @Leyla nuriyeva

    03 sentyabr 25, 15:50

    Məncə də qadınlarda güllər kimi incedirler güllərə necə toxunuruqsa bizqadinlarada elə nazikce qayğı ilə toxunulmalidir 

  7. AytenCelilova

    @AytenCelilova

    26 iyul 25, 21:51

    Çox gözəl idi.Hətta sonuncu cümlələrdə Jalənin dediklərinə qatılıram.Mən də hər dəfə güllərə baxanda bir gözəllik,qayğı,diqqət görürəm.Bir qadının görmək istədiyi diqqət,zəriflik,incəlik var.

  8. Çiçək

    @Çiçək

    28 iyun 25, 23:19

    Eminin verdiyi sualı bu vaxtda qədər heç düşünməmişdim. Amma Jalənin fikrinə qatılıram.

    Məncə çiçəklər qadınları xatırladır. Ona sevgi versən, ona qulluq etsən, vaxtında su versen gözəlləşər, ətiri həyəti bürüyər, baxdıqca insanın ürəyi açılar. Eləcədə qadınlar. 

    Bundan başqa bölüm ciddən qəşəng idi. Əlinizə saglıq

  9. İlahə

    @İlahə

    20 iyun 25, 20:10

    Bəlkə də, insan üçün sevgi bir kəpənək kimi yaşanır – qısa, amma iz buraxan, toxunduğu hər yeri dəyişdirən, azad və unudulmaz...

  10. Gül

    @Gül

    20 iyun 25, 09:24

    Bəlkə də, biz onların gözəlliyində öz dəyərimizi görürük – necə yetişdirildiyimizi, necə sevildiyimizi xatırlayırıq...

    Çox gözəl təsvir etmisiz. İnsan oxuduqca xəyallara dalır. Sonuncu cümlə isə mənim üçün  xüsusi oldu. Təşəkkürlər 

  11. Əlizadə Fəxriyyə

    @Əlizadə Fəxriyyə

    19 iyun 25, 22:00

    Bu kitabı oxumuşam.. Uraqan bəy  bu kitabda sevgini çox gözəl izah edib🥹💜

  12. Qonaq İlahə

    @Qonaq İlahə

    19 iyun 25, 21:00

    Bəlkə də, insan üçün sevgi bir kəpənək kimi yaşanır – qısa, amma iz buraxan, toxunduğu hər yeri dəyişdirən, azad və unudulmaz...

  13. Uraqan

    @Uraqan

    19 iyun 25, 17:30

    11111

  14. ZBAXTİYARLİ

    @ZBAXTİYARLİ

    19 iyun 25, 13:42

    Bir qadının ürəyindəki hisləri necə gözəl yansıtmısınız, bir kəpənəyi, bir gülü necə möhtəşəm təsvir etmisiniz. Bunu hər kəs bacarmaz. Əlinizə əməyinizə sağlıq. Davamını maraqla gözləyirəm. 

  15. Ağca Muradova

    @Ağca Muradova

    19 iyun 25, 12:33

    Çox təsirli bir bölüm idi. Oxuduqca hər şey göz önündə canlanır sanki yaşayırsan.

    Jalənin son fikrin çox bəyəndim. Davamını səbirsizliklə gözləyirəm 

  16. Şahbazlı

    @Şahbazlı

    19 iyun 25, 12:06

    Güllər və kəpənəklər daim mənim üçün eyni dəyəri, mənanı daşıyıb.. hər ikisi çox gözəldir, xoş görüntüləri ilə onları görən hərkəsi özlərinə aşiq etməyi bacarırlar, eyni "sonunu bildiyimiz sevgi" kimi.. hər iki mövzuda sonda ayrılığın yaşanacağını bilə-bilə bir anlıqda olsa o xoşbəxtliyi yaşamaq istəyirik. İtirdiyimiz zaman yaşayacağımız o boşluğu düşünmədən, özümüzü sanki bir axına buraxırıq..

    (Gözəl bölüm idi)

  17. Afərim

    @Afərim

    19 iyun 25, 12:01

    Bölümü oxuduqca sanki insan o an'a, həmin yerə gedir, özünü orada hiss edir. Bölümdə hər cümlə bir hiss, hər fikir bir xatirə kimi idi. Kəpənəklər, güllər, sevgi və xəyallar... Həyatın gözəlliyini və keçiciliyini bu qədər zərif bir dillə ifadə etmək inanılmazdır. Bəzən bizə lazım olan tək şey belə bir yazıdır – unudulmuş duyğularımızı xatırladan, içimizdəki səsi oyadan… 💭🦋🌺

  18. ramil

    @ramil

    19 iyun 25, 11:50

    Yeni bölümü səbirsizliklə gözləyirik 💫 ☺️

  19. Fatima

    @Fatima

    19 iyun 25, 11:40

    Bu yazı sanki bir musiqi parçaları kimi ruhuma toxundu. Hər cümlə bir not, hər bənzətmə bir akkord kimi oxucunun qəlbində melodiyaya çevrilir. “Kəpənəkləri görmək istəyirsənsə, bir-iki qurda dözməlisən” – bu sitat təkcə əsərin giriş cümləsi deyil, həm də bütün bölümdə gizlənən fəlsəfənin açarıdır. Həyatın gözəlliklərini yaşamaq üçün bəzən ağrıdan keçmək, səbr etmək, gözləməyi bilmək lazımdır – və bu ideya yazı boyunca o qədər təbii, o qədər zərif şəkildə verilib ki, insanın içində bir sükut yaranır.Jalə və Eminin dialoqları, susqunluqları, baxışları – hər biri yaşanmış hissləri xatırladır. Güllərin ətri, ağacın kölgəsi, kəpənəklərin yoxluğu – bunların hamısı bir tablo kimi göz önündə canlanır. Sevgi burada təkcə romantik duyğu kimi deyil, insanın varlığını dəyişdirən, onu yetkinləşdirən, bəzən də yaralayan bir güc kimi təsvir olunur.Ən çox sevdiyim hissə isə Jalənin “gülləri niyə sevirik” sualına verdiyi cavab oldu. Bu cavab təkcə bir qadının deyil, bir ruhun danışığı idi. Yazı bitəndə insanın içində bir həsrət qalır – həm kəpənəklərə, həm də içində yaşadığı, amma adını qoymadığı duyğulara…

    Təşəkkürlər bu qədər saf, dərin və mənalı hissləri bizlə bölüşdüyünüz üçün. Davamını səbirsizliklə gözləyirəm. 🌸

  20. Mehin

    @Mehin

    19 iyun 25, 11:37

    Bolum çox maraqlı idi.Gələcək bolumun necə olacağını düşünürəm

  21. Fatimə Bayramova

    @Fatimə Bayramova

    18 iyun 25, 20:30

    Yeni bölümü səbirsizliklə gözləyirik💐🙏🏻

  22. Şəlalə Abdullayeva

    @Şəlalə Abdullayeva

    18 iyun 25, 19:25

    Çox gözəl təsvir etmisiniz təbiəti. Oxuduqca göz önündə canlanır. 

    Romantik əlavələr etmisiniz. Bu da kitabı oxuyarkən daha xoş duyğular yaradır (kitabın ilk nəşrini oxumuşdum)

    1. Fatimə Bayramova

      @Fatimə Bayramova

      18 iyun 25, 20:31

      İlk nəşrlə daha başqa hansı fərqlər mövcuddur?

  23. İslam

    @İslam

    18 iyun 25, 11:36

    İnsan həqiqətən də bəzən əlindəkinin dəyərini anlamır. Xəyallar isə sanki insanı sonsuz və gözəl bir nağıllar aləminə səyahətdir. Bəzən hekayədə də yazılan bir agacın altı böyük xəyallar qurmağa kömək edər. Ancaq xəyalları gerçək etmək, əsl məsələ buradadır. Həm də qadınların niyə gülləri sevdiyini mənalı şəkildə ifadəsi möhtəşəm idi. Təşəkkürlər. 

  24. Rana

    @Rana

    18 iyun 25, 11:35

    Hadisələrin necə irəliləyəcəyi maraq doğurur. Həyəcanla oxudum. Bəlkə də həyat elə məhz kəpənək ömrü qədər az və dəyəri bilinməzdir...

  25. Ləman Əhədova

    @Ləman Əhədova

    18 iyun 25, 01:39

    Bu hekayə mənə kəpənək kimi həyatımız var hər an ,hər saniyə,hər dəqiqəmizin  ćox dəyərli olduğunu öyrətmişdi . Hər anımızın qədrini bilməliyik .Hər insan hərzaman ,hər an yanımızda olmaya bilər.Vaxt itirmədən sevdiklərimizin qədrini vaxtında bilməliyik gec olmadan .şeir vare yaxşılara yaxşı deyin,yamanlara ,yaman  deyin Sağliğında qiymət verin insanlara 📚😌

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol