Kəpənək - Bölüm 1

Kəpənək - Bölüm 1

Bu hissəni görmək üçün Premium üzv olmalısınız.

Üzvlük müraciəti və ətraflı məlumat üçün aşağıdakı düyməyə klikləyərək WhatsApp-dan yazın.

WhatsApp-dan Yazın

Şərhlər (54)

  1. Aygül

    @Aygül

    18 iyun 25, 00:50

    Sevgi məsafəli olduqda saf,təmiz qalır. Qovuşulmayan sevgilər dastana döndü.  çünki çirklənmədi  ləkələnmədi.  İnsan sevəndə özü yaradır qarşısındakı insanı. Onun bütün mənflərini görməzdən gəlib müsibətlərinə qatqı qatıb gözündə əvəzolunmaza çevirir.

  2. Röyane

    @Röyane

    18 iyun 25, 00:23

    Duğu dolu bir bölüm oldu. Peyzaj hissesini o qədər gözəl tesvir edilib ki, sanki təbiətin tablosu sözlərlə çəkilib, boyanıb. Bir insani sevdiyimizi sanırıq, əslində onun bizə yaşatmış olduğu duyğuları sevırık. Bəzəndə səbəbsiz sevirik, olmayacağını bildiyimiz halda, bu sevgi bizi uçuruma aparır anlayırıq, ancaq özümüzə belə etiraf etmirik.gerçekleri unudub, xeyallarımınzla xoşbext oluruq.

  3. SİRİUS

    @SİRİUS

    17 iyun 25, 23:25

    Emin cox derin bir hisslə sevib . Bu sevgi onun ruhunun dərinliklerinden gelir . Bunu yazıda da hiss etmək mümkündür. Düzdü eşq bir kəpənəye bənzəyir . Tutmaq istəsən uçub gedir senden . Elə bir kəpənək olsun ki gerek özü gəlib sənin qəlbinə qonsun. Elə bir toxunsun ki ruhuna unudulmaz bir iz buraxsın. Elə bir iz ki heç vaxt silinməsin!

  4. Aytac Quluzadə

    @Aytac Quluzadə

    17 iyun 25, 23:08

    Təbiəti o qədər gözəl danışıbsız ki. Özümü təbiətdə hiss elədim. Növbəti bölümləri səbrsizliklə gözləyirəm ✨

  5. Ruqiyyə Vəliyeva

    @Ruqiyyə Vəliyeva

    17 iyun 25, 22:57

    "Kəpənəklər" qəribədir...:^

    Cümlələrdəki o ədəbi ahəng valeh edir insanı. Sükanı belə saxlayın🙂‍↕️

  6. Fatimə Bayramova

    @Fatimə Bayramova

    17 iyun 25, 22:47

    Bu bölümün şərhlərini də oxudum,o qədər incəliklə yazılıblar ki,necə oxumayandan. Hər birinizə uğurlar arzulayıram. Sizə də ömrünüzə rəng qatacaq o "kəpənək"-i tapmanız ümidi ilə...

  7. Əminə

    @Əminə

    17 iyun 25, 22:43

    Bu bolum bir çox meselelere toxunulur Tebietin ahəngi  elə təsvir etmisizki sanki göz önündə canlanır. 

  8. Sevda🤍

    @Sevda🤍

    17 iyun 25, 22:35

    Cümlələri oxuduqca təbiətin ahəngini hiss edirəm.Sanki bir melodiya səslənir.Elə xoş təsir bağışlayır ki🤍

  9. Aylin Qasımzadə

    @Aylin Qasımzadə

    17 iyun 25, 22:27

    Kəpənəkləri çox sevirəm. Çox zərif və gözəldirlər. Hekayədə onalrın olmaması bu gədər gözəlliyi göz ardı etdirir. Bəlkə də burda sevgi bir kəpənəkdir. Çox az ömrü olan amma çox gözəl olan kəpənəklər. Bəlkə də kəpənəklərin orda olmaması bizə bir işarədir. 

    Qadınlar gülləri niyə çox sevir sualı bir növ qadınların sevgiyə necə baxdığın necə öz əlləri ilə səbirlə böyüdüb hər qışdan ayazdan qoruması kimdir. 

  10. Musayeva Aydan

    @Musayeva Aydan

    17 iyun 25, 22:19

    "Kəpənək" kitabını oxumamışdım oxumaq mənim üçün maraqlı idi. Mən xoşbəxtliyi kəpənəyin ömrünə bənzədirəm qısa olur gözəl görsənir insana. Sevgi isə həqiqətən sevirsense itirməkdən qorxmaq, bitməməsini istədiyin bir duyğudu, əgər insan vecsiz davranib itirməyi gözə alırsa, dəyərini bilmirsə bu sevgi deyil.

  11. Röya😇

    @Röya😇

    17 iyun 25, 22:16

    Təbiəti o qədər gözəl anlatmısınız ki insan düşündükcə dalıb gedir. Oxuduqca gözümdən qısa bir film kimi keçdi bu bölüm. Çox qəşəngdir əllərinizə,əməyinizə sağlıq🫠🌹

  12. Həmyə

    @Həmyə

    17 iyun 25, 22:06

    Bəlkə də sevginin özü bir kəpənək kimidir.O,həyatımıza rəngarəng qanadlarını çırparaq daxil olur,ancaq onun gözəlliyini yalnız uçub getdiyi zaman anlayırıq.İnsanlarda adətən bu boşluğu anlamağa çox gecikirlərr..🤌

  13. Əlizadə Fəxriyyə

    @Əlizadə Fəxriyyə

    17 iyun 25, 22:05

    Oxuduqca onları yaşayırmış kimi hiss edirəm..Sevgini,dəyəri çox gözəl izzah etmisiz..

    Mən fikirlermi tam yaza bilmirəm çətinlik çəkirəm.. Üzürlü sayın buna görə..

  14. Fatimə Bayramova

    @Fatimə Bayramova

    17 iyun 25, 21:57

    Bölüm maraqlı idi, ümumiyyətlə sevgi mövzusunu "kəpənək"-lərlə izahı bir başqa möhtəşəmdir,mən isə düşünürəm ki,həyatımıza toxunan insanların təsiri elə çoxdur ki,ömrü də uzada bilər. Bəlkə də ,iki gənc sevgilərindəki çatışmazlıqları fərq edib onlar üzərində çalışacaq və bu əlaqə bir ad tapa biləcəklər,buna görə də davamını gözləyəcəm. Uğurlar! 🙏🏻

  15. Aynur Yusifova

    @Aynur Yusifova

    17 iyun 25, 21:56

    Təbiətin gözəlliyini o qədər təsəvvur etdim ki oxuduqca.Bir anlıq özümü həmin yerlərdə hiss etdim.

    Kəpənəyin ömrü az olsa da yaşadığı müddətdə ətrafa o qədər gözəllik bəxş edər ki insan onu tutmaq yoxda yaşaması üçün birazda ömür verməsini istər.

    İnsan xəyallarla yaşar.Əsas odu həmin xəyallar gərçəkləşmiş olsa...

    Qadınlar gülü niyə bu qədər çox sevir? 

    Sualını isə o qədər gözəl anlatmış ki...

  16. Xədicə Həmid

    @Xədicə Həmid

    17 iyun 25, 21:49

    Kitab özü maraqlı məlumatlar ilə doludur. Yazarın geniş biliklərə malik olduğu görünülür. Elə məlumatlar var ki onu bu kitabı oxuyandan sonra bildim 

  17. SİMURQ

    @SİMURQ

    17 iyun 25, 21:46

    Kəpənəkləri uşaqlıqdan bəri çox sevirəm. Amma bu dəfə yoxluqları daha çox toxundu mənə. Yazıda sanki onların susqunluğu danışırdı. Hər şey yerində idi . Günəş, güllər, yarpaqlar... amma yenə də bir şey çatışmırdı. Hiss edilən, amma adını qoya bilmədiyin bir boşluq kimi. Məncə, ən incə duyğular məhz yoxluğunda daha çox görünür.Jalənin gül haqqında dediklərini oxuyanda dayandım. Orda sadəcə “qadınlar gülləri sevir” deyil, “qadınlar necə sevilmək istəyir” yazılmışdı. Mənim üçün də gül bəzən sadəcə bir gözəllik yox, içində gizlənən bir qayğının, bir səbrin, bir dəyərin rəmzidir.

    Bu bölüm elə bil sükutun içində sakit bir tonda danışır, amma çox şey deyir. Çünki bəzən ən güclü hisslər qışqırmadan da keçə bilir insana. Mənə görə bu yazı yalnızca kəpənəklər haqqında deyil. Gözlədiyimiz, amma gəlməyən  və buna baxmayaraq içimizdə yer ayırdığımız hər şey haqqında idi.Bu xəyallarda ola bilər qədrini yoxluğunda anlayıb gec qaldığımız insanlar da... 

  18. Qonaq Dərya

    @Qonaq Dərya

    17 iyun 25, 21:35

    Ağaclar bizə kölgə verir, lakin biz onun dəyərini itirdikdən sonra anlayırıq bu çox gözəl vurğulanıb. Həyat da bəzən nəyinsə, dəyərini sonradan başa düşürük. Əgər kəpənək görmək istəyirsənsə bir iki qurda dözməlisən. Həyatın yaxşı tərəflərini, görmək istəyirsənsə gərək onun bütün çətinliklərini dözməlisən. İstədiyinə Nail olmaq üçün mübarizə aparmalısan. Sadə bir şeyə görə, əzmini itirməməlisən. Bu hal da bütün gözəllikləri görə biləsən. 

    Axır da Jalənin qadınların niyə gülləri sevdiyi haqqında dediyi sözlər isə ən gözəl, ən məntiqli cavab idi. 🤌🏻

  19. Fatima

    @Fatima

    17 iyun 25, 21:35

    Oxuduqca ruhuma toxunan, sətirləri ilə düşündürən, hisslərə bürüyən bir yazı oldu. Kəpənəyin timsalında azadlıq, sevgi və fanilik mövzularının bu qədər incə və duyğusal təsviri valehedicidir. Jalə və Eminin dialoqu isə sevginin səssiz dərinliyini gözəl əks etdirir. Ən çox güllər və bağban barədə olan hissəyə heyran qaldım – sevginin sadəcə hiss deyil, əməklə, səbrlə yoğrulan bir bağ olduğunu xatırlatdı. Uğurlar, yazının davamını səbirsizliklə gözləyirəm

  20. Feride

    @Feride

    17 iyun 25, 21:34

    Hə məncə bu bizə gerçək sevginin təkcə sevməylə yox bunun üçün  əməy ,  qayğı gösdərməli , hörmət etməli , nə yaxşı nə pis hər zaman hər şəraitdə birgə dik durmağı bilməkdir və ən əsası gözəl sevməkdir ❤️ ki  , başqalarına baxıb kaş belə olaydıq deməyək ☺️

  21. ramil

    @ramil

    17 iyun 25, 21:33

    Sanki,oxumadım yaşadım)

    Qadınların niyə gülləri bu qədər sevdiyini ,çox göz izzah edib.Növbəti bölümləri səbirsizliklə gözləyirik 💫

  22. Sunay Məmmədova

    @Sunay Məmmədova

    17 iyun 25, 21:25

    Bu gün ki, "Biz" bir zamanlar xəyalını qurduğumuz 'Biz'lərik. Amma nədənsə hər dəfə dünən arzuladığımız bu günki, 'mən' yox, sabah olacağımız 'mən' arxasınca qaçırıq. "İnsan əlindəkilərinin dəyərini onu itirmədən anlamalıdır"-klassikləşən cümlə artıq hər kəsin eşitdiyi və itirdikdə mənasını iliklərinə qədər hiss etdiyi cümlədir. Sadəcə olaraq, bunlardan dərs çıxarmır yenədə əlimizdəkini yox, daha fazlasını istəyirik. Hər dəfə daha artığını arzulayırıq, amma heç nə yetmir bizə. Həm hiss etdiyimizi demir, zamanın qədrini bilmir, həm də əlimizdəkilərin dəyərini əlimizdəykən daha az bilir və belə-belə itirərək anlayırıq)

  23. Xəyalpərəst

    @Xəyalpərəst

    17 iyun 25, 21:25

    Kaş ki kitabın özü məndə olaydı. Çox gözəl bölüm idi, bu səbəbdən tez bitti. Böyük bir zövqlə oxudum. Səbirsizliklə davamını gözləyirəm🙂🤍

  24. Aytac

    @Aytac

    17 iyun 25, 21:23

    "Sanki bu sevginin təkcə şahidi kəpənəklər idi — çünki yalnız onlar bizim kimi səssizcə toxunub, heç nə demədən hiss edirdilər."

  25. Nigar

    @Nigar

    17 iyun 25, 21:20

    Qadınların bir gülü bu qeder sevmesinin sebebini çox qeşeng açıqlayıb. 

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol