Kəpənək - Bölüm 12 - SON.

Kəpənək - Bölüm 12 - SON.

Göy bulanıq idi. Hava kədərli bir sükut içindəydi. Kəpənək bədənindəki son enerjini də toplayıb irəlilədi. Hər kəsin bir çatacağı yer, bir son məqamı olurdu — onunki bəlkə də bu idi. Amma o, ümidlə, ağrıyla, inadla uçurdu. 

Kəpənək nəhayət, ağacın yanına çatdı. Ancaq gördüyü mənzərə qarşısında donub qaldı. Koğuş artıq yox idi, sanki heç vaxt mövcud olmamışdı. Ağac özünü örtmüş, keçid bağlanmışdı. Emin çaşqınlıq və qorxu ilə ətrafına baxdı. Bir an nəfəsi kəsildi, ürəyi dərin bir boşluğun içinə düşdü. O anda yoxluğun və boşluğun fərqini ilk dəfə belə aydın hiss etdi. Boşluq heç olmasa bir ümid verir, bir şeyin mövcud olduğu hissini yaşadırdı. Amma yoxluq daha qəddar idi. Yoxluq heç nə vəd etmirdi. Nə bir yol, nə bir işıq, nə də bir son... Emin bu amansız fərqi anlayaraq özünü daha da kiçik və aciz hiss etdi.

Hər şey sanki zamana bağlı idi və indi zaman onun əleyhinə işləyirdi. Geri dönmək üçün son şansını əldən vermişdi. Ağac susurdu – nə bir rüzgar, nə bir işarə, nə də onu geri çağıran hər hansı bir səs vardı. Emin səssizcə durub bu möcüzəli və amansız səssizliyi dinşədi. Boşluq yox idi, yoxluq isə onun ruhuna nüfuz etmişdi.

Yoxluq səni incitməz, çünki heç vaxt var olmamış bir şeyin sənə nə gətirəcəyini bilməzsən. O, səssiz bir kölgə kimidir – nə iz qoyar, nə də bir duyğu oyadar. Yoxluq həyatın boş bir səhifəsi kimidir – sənə toxunmaz, bir şey vəd etməz. Bu səssizlik bəzən ürəyi sakitləşdirmək əvəzinə, dərin bir hissizliyə bürüyər. Həyatın sənə nəsə borclu olduğunu hiss edərsən, lakin onun nə olduğunu anlaya bilməzsən.

Boşluq fərqli şeydir Əgər həyatında yer eləmiş insan yoxa çıxsa, dünya gözünə maraqsız görünər. Boşluq səni tanıyan birinin artıq sənin həyatında olmadığını bilməkdir – bu, sadəcə itki deyil, həm də mövcud olmuş bir sevginin izidir. Boşluq hissi var olan bir nəsnənin və ya insanın sonradan səni tərk etməsi, ya da yoxa çıxıb getməsi deməkdir.

Emin Jalənin yanına qayıtmaq istəyirdi ki, qaraltının yox olduğunu gördü və ağacın yanında ərafa düşdüyünü hiss etdi. Sanki nə cənnətə qayıda bilir, nə də cəhənnəmə gedə bilirdi.

Kəpənək daha geri dönə bilməyəcəyini anlayıb təkrar arxaya baxaraq uzaqda olan qaraltını gördü. Nə etməli olduğunu özü də bilmirdi. Bəlkə də, Jalənin yanına bir kəpənək kimi qayıtmalı, kəpənək kimi də onun yanında ömrünü başa vurmalı idi... Emin onu tərk etmişdi, barı kəpənək geri qayıdaydı...

İçindəki mübarizə daha da şiddətlənirdi. Geri dönmək istəyi ilə irəli getməyin bilinməzliyi arasında qalmışdı. Jalənin təbəssümü gözlərinin önündə canlandıqca ürəyində bir istilik yaranırdı. Bəlkə də, geri dönsə, Jalə onu tanımayacaqdı. Sevgidən doğan həsrət, qorxudan doğan şübhə ilə hərəkət edirdi. Həyat bəzən ürəyi isitmək üçün onu yandırmaqdan çəkinməz.

Vaxt ötdükcə qanadları daha da ağırlaşırdı. Geri dönməyə cəhd etdikcə hava sıxlaşır, ağacların kölgələri ona doğru uzanırdı. Hətta yerin cazibəsi belə onun yuxarı qalxmasını əngəlləyirdi.

Bağlanan keçidə baxmağa davam etdikcə geri dönə bilməyəcəyini anlayırdı. Qanadı zədəli olduğundan getdikcə ağırlaşır, zəifləyir, çətinliklə nəfəs alırdı. Kədəri durmadan artan kəpənəyin ömrünün son anlarında gözləri önündə xatirələri canlanırdı. Soyuq külək də bir tərəfdən onu vahimələndirirdi. Dünyanı öz avazı ilə dolaşan küləklər kəpənəyə ölüm laylası bəstələyirdi. Xeyr, bu, yuxu deyildi... Heç bilmirdi bu yaşananlar nədir...

Hər keçən saniyə göz qapaqları ağırlaşırdı. Həyatı kabusa çevrilsə də, bunun yuxu olmadığını bilirdi. Əgər bu bir yuxu idisə, onda nəyi görmüşdü? Jalənin sevgisini, ona olan duyğularını, çəkdiyi həsrəti bu röyada hiss edə bilmişdimi? Jalə də onu hamıdan çox sevir, onu bütün təhlükələrdən qoruya biləcəyinə inanırdı. Bu inam onların sevgisini gün keçdikcə daha da artırmışdı.

Bəlkə də həyat sadəcə uzun bir yuxudur, ölüm isə o yuxudan oyanmaqdır. Kəpənək üşüməyə başladı. Elə bil dünyanın bütün yükü onun incə qanadlarına yüklənmişdi. Amma o dayanmadı. Çünki hər qanad çırpması Jalənin həsrət dolu baxışlarında doğulan bir arzunu yaşatmağın son mübarizəsi idi.

Birdən ayın işığı ağacın digər tərəfinə düşdü. Bu parıltı sanki kəpənəyin qəlbində qalmış son ümidin işığı idi. Amma qanadları artıq bu işığı daşımaq üçün çox zəif idi. Elə bil bu işıq ona deyirdi ki, ölmüş ümidlər belə yenidən doğula bilər.

O, son dəfə bütün gücünü toplayaraq bir az da irəli uçmağa çalışdı. Qanadındakı zədə uçuşu daha ağrılı, daha ağır edirdi. Ruhundakı sevgi sanki onu irəli çəkən yeganə güc idi. Bu uçuş Jalə üçün bəstələnən bir sevgi nəğməsi idi. Onun üçün yaşamağa dəyərdi...

Yolun sonuna çata bilməyəcəyini anladığı anda ağırlaşan qanadları onun ən böyük yükü oldu. İrəliləmək üçün ya ən dibə enməli, ya da zirvəyə yüksəlməli idi. İkisi də bərabər dərəcədə çətin və qaçılmaz idi. Dərindən nəfəs aldı – elə bil bu, dünyanın ona verdiyi son pay, həyatla bağını qırmazdan əvvəl aldığı ən qiymətli hədiyyə idi...



Gözləri artıq aydın görmürdü, amma hələ də irəli getmək istəyirdi. Qanadlarını çırpmağa davam etdi – hər çırpıntı bir dua idi... Bəlkə də, heç vaxt eşidilməyəcək bir dua... Hər nəfəs vida idi... Həm dünyaya, həm də onu həyata bağlayan hər şeyə... Amma o dayanmadı. Çünki yolun sonu nə qədər uzaq olsa da, onun ürəyində ümid vardı.

Dibi görən kəpənək ağacın digər tərəfinə varmaq üçün bütün gücünü topladı. Hərəkəti ağır, məqsədi dəqiq idi. Son qanad çırpıntısı bədənini titrətdi — həm sonun qorxusu, həm də içində hələ yaşayan sevginin ümidi ilə. Son çırpıntıdan sonra o, yavaş-yavaş qaranlığın içində itdi. İşığa bənzəyən qaranlıq indi kəpənəyin məskəni idi. Kəpənəyi görmək artıq mümkün deyildi, amma onun varlığı sanki havada qalan bir pıçıltı kimi öz izini qoymuşdu. Bəlkə də, o getmişdi, amma sevgisi, ümidinin çırpıntısı hər an qaranlığı yaran bir işıq kimi qalmaqda davam edəcəkdi.

Dəyərdimi bir arzu uğrunda özünü fəda etməyə? Bəlkə də, bu, həyatın ən böyük sualı idi. Amma bəzən ən dəyərli şeylər ən böyük qurbanlar tələb edirdi. Kəpənəyin mübarizəsi bir əsgərin vətəni qorumaq üçün döyüş meydanına yollanmasına bənzəyirdi. Əsgər ölə bilərdi, amma vətən yaşayacaqdı. Kəpənək də yolun sonuna çatmışdı, amma onun qanadlarında daşıdığı sevgi Jaləni yaşadacaqdı.

Şərhlər (30)

  1. Orhhan_18

    @Orhhan_18

    06 aprel 26, 09:18

    Hər bir hekayənin sonu gözəl bitmir. Acı olsada həyatın gerçəyi budur.

  2. Aytac

    @Aytac

    11 iyul 25, 01:26

    Emil özünü fəda etsə də, onun sevgisi hər zaman Jalənin qəlbində hiss ediləcəkdir. Gah birini sevdiyimizi demək üçün, gah da birinin bizi sevməsinin fərqinə varmaq üçün gec qalırıq. Bəlkə də Jalə sevgisini dilə gətirməzdi, amma Emil şübhəyə qapılmayaraq, hekayəni başqa cür tamamlayardı.

  3. Çiçək

    @Çiçək

    10 iyul 25, 21:42

    Sonunu belə kədərli gözləmirdim...

    Son abzas çox düzdür. Sevgi qurban tələb edə bilər. Amma o qurban biz olmamalıyıq.

  4. Aynur Yusifova

    @Aynur Yusifova

    09 iyul 25, 22:41

    Bəzi uçuşlar yerə enməz,çunki onlar artıq qəlbin göyündə yaşayır...

    Belə bir cümlə ilə Kəpənək kitabına təşəkkür etmək istədim.

  5. Əlizadə Fəxriyyə

    @Əlizadə Fəxriyyə

    09 iyul 25, 21:30

    Sonu kederlidi çox həyəcanladım oxuyanda😔🥹

  6. ZeynəbNəbiyeva

    @ZeynəbNəbiyeva

    07 iyul 25, 00:33

    Hrç gözləmədiyim bir son.... çox pis təsir elədi... buda sevənlərin qocuşa bilməməyinin bir sübutu

    Sevgi qurban tələb edir bəli sevgi alovların içində buzdan bir gəmiylə hərəkət etmək kimidi sevgi bir alovlu yanasan gərək rşq yolunda yanmaqda donmaqda lazımdl

    Bəzən biz nə qədər sevsək brlə qovuşa bilmirik....  sevfi heç nəyi həll eləmir.... ama sevdiyinin xoşbəxt olduqun görmək nəyə dedəm dəyər bu həyatda

  7. Xədicə Həmid

    @Xədicə Həmid

    06 iyul 25, 22:59

    Ümumi olaraq yuvarlaşdırsam müşahidəlırimi (təbii ki şəxsi müşahidələrimi):

    Mövzu- məhəbbət ətrafında hadisə baş verir

    Janr- psixoloji fantastika

    Quruluşu - sadə aydın axıcı. Mürəkkəblilik və aydın olmayan məqamlar yoxdur 

    İdeya- hisslərin yeri yerində yaxın adama ifadə etmək

  8. Aylin Qasımzadə

    @Aylin Qasımzadə

    06 iyul 25, 21:52

    Bunu gözləmirdim. Mən kəpənəyin hər şeyə baxmayaraq qalib gələcəyini düşünürdüm. O indi getdi amma arxada qalan bir Jaləsi bir sevgisi qaldı. Heç var olmamış kimi yox həmişə var olacaq kimi. 

  9. Aytac Quluzadə

    @Aytac Quluzadə

    06 iyul 25, 20:14

    İnsan həyatda bir dəfə sevər. Bəzən qovuşar bəzənsə vazkeçər. Sonunu belə gözləmirdim. Əks sevənlər həqiqətən qovuşmur))

  10. Fatima

    @Fatima

    06 iyul 25, 20:13

    Oxuyanda məni çox duyğulandırdı. Kəpənəyin o çarəsizliyi, son ana qədər ümidini itirməməsi çox təsir etdi. Həyatda bəzən elə olur ki, geri dönmək istəyirsən, amma yol artıq bağlanıb. Hekayə sadəcə bir sevgi deyil, həm də insanın içində apardığı mübarizəni, qəbul etdiyi itkiləri göstərir. Çox səmimi, çox dərin yazılıb. Sonunu belə gözləmirdim. Musiqi ilə oxumaq əsəri dərindən anlamağa kömək edir.

  11. İslam

    @İslam

    06 iyul 25, 19:54

    Sonunu belə gözləmirdim və həqiqətən təsirli oldu... Bu möhtəşəm hekayəni bizimlə paylaşdığınız üçün təşəkkürlər. 

  12. ZBAXTİYARLİ

    @ZBAXTİYARLİ

    06 iyul 25, 18:09

    Çox təsirli bir sonluq oldu. Heç belə gözləmirdim sonun. Kəpənəyin ölümü məni kövrəltdi. Sevərək oxuduğum bir hekayə oldu. Təşəkkürlər

  13. Ruqiyyə Vəliyeva

    @Ruqiyyə Vəliyeva

    06 iyul 25, 16:27

    Kövrəldim, bu sonluğa görə neçə gecə yata bilməyəcəm, amma dəydi. Bu gözəl əsərə görə bir daha təşəkkürlər

    Sevgi insanı bəzən zəiflədər, bəzən isə bəşərin ən güclüsü edər. Sevgi bir güldür, tikanlı gül. Sevən isə ona qatlanan, hər nazını əziyyətini sinəyə çəkən bağbandır. Sevilən isə bağbana dəyər verən ev sahibidir. Sevgi bəzən solar, çürüməyə vadar olar, lakin əgər sevən varsa, onu dirildər, hətta yeri gələndə özünü də gözdən çıxarar. Əsl sevgi, əsl məhəbbət təmənnasız fədakarlıqdır...

  14. Ləman Əhədova

    @Ləman Əhədova

    06 iyul 25, 12:20

    Fədakarlıq bəzən yaxşıdı,bəzən çox fədəkarlıq üzüntü gətirir .🥲

  15. ramil

    @ramil

    06 iyul 25, 06:49

    Sözün açığı sonu belə gözləmirdim.

    "Sevgi qurban tələb edir, amma o qurban itki deyil, əbədiyyətin toxumudur.✨ "

  16. SİRİUS

    @SİRİUS

    06 iyul 25, 01:23

    Sonunun bu qədər qəmli olacağıni gözləmirdim 🥹 oxuyarkən bir yerə diqqət etdim ,insan var olduğunu müddətcə sevgisi heç vaxt bitmir. Ruhlar kimi bəzi sevgilərdə əbədidir . Əslində sevgi heç vaxt bitmir,bitti kimi görunə bilir, ama əsla heç vaxt bitmir. Emin geriye qayıda bilmədi...

    Axı niyə əsl sevənlər qovuşmur?❤️‍🩹 Bəlkəde onlar qovuşmamalidir?  Deyəsən sevgi tək qovuşmaq deyil🥲,onu bütün varlığınla qucaqlamaqdir. Hiss etməkdir. Və bir ömür yaşatmaqdır. Oxuyarkən sanki cümlələr içimden qopdu getdi...

    Özümde bilmədən özümü tapdım o sətirlərdə.

    Ayrıca musiqi bu hekayəni daha derinden anlamaq üçün böyük bir güc oldu. 

  17. Sunay Məmmədova

    @Sunay Məmmədova

    05 iyul 25, 23:36

    Yoxluq və boşluq arasındakı, fərqi gözəl izah olunubdur. Hazırdada elə bir boşluqdayamki, bir müddət əvvəl deyib-güldüyün insan artıq yoxdur. İstəsən belə əlin çatmır, nə də əlindən artıq nəsə gəlmir. Bacarmırsan, nə o boşluğu doldurmaq olmur, nə də vaz keçmək. Sadəcə keçmiş anı və xatirələri göz önünə gətirib, kədərli gülüş yaradırsan üzündə)

  18. Dərya Qasımova

    @Dərya Qasımova

    05 iyul 25, 23:27

    Sevgi fədakarlıq tələb edir. Və bəzən qovuşulmayan sevgilər daha saf, daha təmiz qalar..

  19. Feride

    @Feride

    05 iyul 25, 23:22

    Sonu təsirli idi 🥹 , doğru deyiblər gerçək sevənlər heç vaxt bu dünyada qovuşmurlar , bu dünya onların saf sevgisi üçün çox çirklidir 💔

    1. SİRİUS

      @SİRİUS

      06 iyul 25, 01:25

      Hə bu dünya onların saf sevgisi üçün çox çirklidir 🥹

  20. Rana

    @Rana

    05 iyul 25, 22:21

    Və son bölüm. Amma son qanad çırpınışı olmadı. Kəpənək uçmağa davam etdikcə ümidlər də doğmağa davam edəcək. Hekayənin sonunun gəlməsi hər şeyin bitməsi mənasına gəlmir. Əsil hekayə elə indi başlayır. Təşəkkürlər bu hekayə üçün. 

  21. Leyla Həşimli

    @Leyla Həşimli

    05 iyul 25, 22:07

    bir kitabın daha sonuna gəldik... doörudan da heç gözlənilməyən bir son idi

    1. Leyla Həşimli

      @Leyla Həşimli

      05 iyul 25, 22:08

      doğrudan da*

  22. Musayeva Aydan

    @Musayeva Aydan

    05 iyul 25, 21:40

    Son bölüm olduğu biləndə, bölümün bitməsini istəmirdim. Necədə insanı məyus edir bu cür sevib qovuşmayan gördükdə. Hər zaman qovuşma olmasa da, yarım qalsa da bəzi sevgilər, Jalə ilə Eminin qovuşmaqini gözləyirdim 

    1. SİRİUS

      @SİRİUS

      06 iyul 25, 01:27

      Bəlkə də nə qədər fantastik olsada yazılar tale elə idi. Həqiqətden yazılmış bir hekayə. Və yenə qovuşmayan iki aşiq ...🥲

  23. Xəyalpərəst

    @Xəyalpərəst

    05 iyul 25, 21:29

    Sonu belə gözləmirdim... Çox duyğulandım 🥺

  24. Gül

    @Gül

    05 iyul 25, 21:22

    Çünki bəzən bir sevgi uğrunda ölmək o sevgini əbədi yaşatmağın yeganə yoludur.

    Çox duyğulandıran həmdə çox düşündürən bir son oldu...🥺

  25. SİMURQ

    @SİMURQ

    05 iyul 25, 21:22

    Hər sevgi bir gün yarım qala,qovuşmadan bitə bilər. Amma bu   yaşanmışlıqlar, xatirələr və duyğuların birləşib ilk günkü kimi qızğın qıvılcımlarıyla sönməz məşələ çevrilməyəcəyi mənasına gəlməz... 

    1. SİRİUS

      @SİRİUS

      06 iyul 25, 01:30

      Ama insan həyatda bir dəfə sevər...

      Ya qovuşar xoşbəxt olar , yada başqa biri ilə tamamlanmağa çalışıb daha çox yarım qalar. Ama insan həyatda bir dəfə sevər... Fərqi yoxdur ilk və ya son.

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol