Kəpənək - Bölüm 11

Kəpənək - Bölüm 11

Jalə kədərlə dedi:

– Bəzən biz ən çox sevdiklərimizi yaralayırıq. Qorumaq istəyərkən zərər veririk onlara. Sənə də bunu etdim, bağışla. Deyəsən, sevgi zərər vermədən mümkün olmur... Bunu etmək istəmirdim... Bəzən birini elə pis yaralayırıq ki, sonra üzümüz də gəlmir nəsə söz deməyə. Səni yaralamaq istəmirdim. Uç və sevdiyinə qovuş.

Jalə dodaqlarını bir az aralayaraq kəpənəyə xəfifcə üfürdü. Elə bil nəfəsi ilə onu azadlığa səslədi. Kəpənək bir anlıq duruxdu, sonra qanadlarını yavaşca tərpətdi. Sanki bu üfləməni anlamışdı, cavab verməyə çalışırdı. Qanadı zədəli olsa da, o uçmaq istədi – çünki Jalənin nəfəsində bir azadlıq, bir ümid vardı.

Lakin azadlıq da bəzən yarayla gəlir. Həm Jalə, həm də o kəpənək bilirdi ki, bəzi uçuşlar ağrıdan doğur. Bəzi yollara qanad çatmaz, amma ruh çatmaq istəyər. Bu anın içində azadlıqla kədər, ümidlə peşmanlıq bir-birinə qarışmışdı.

Kəpənək susqunluğu ilə sanki “yaralar böyüdür, sən uşaq qal mənimlə” deməyə çalışırdı. Özü də bilirdi ki, onun yanında bu vəziyyətdə daha çox qala bilməz.

Əgər birisi həyatımıza daxil olubsa və ya kimisə həyatımızın bir parçası kimi qəbul etmişiksə, bu, səbəbsiz deyil. Ya onu öz enerjimizlə özümüzə cəlb etmişik, ya da onda bizə aid olan bir şey var. Həyat qarşımıza insanları təsadüfən çıxarmır – hər qarşılaşma bir mesajdır.

İtirdiyin bir dost dostluğun həqiqi mənasını öyrədə bilər. Qovuşa bilmədiyin bir sevgi isə insanın özünü daha yaxşı tanımasına və özünə dəyər verməsinə səbəb olar. Zaman keçdikcə insan anlayır ki, yaşanan hər an – yaxşı da, pis də – bir dərsdir. 

O sənə hər zaman dərs verir, nəyi öyrənəcəyini özün seçirsən. Əgər həyatı kitab kimi görsək, başa düşərik ki, onun hər səhifəsində bir sirr gizlənib və bu sirri açmaq yalnız oxumağa davam edənlərin bacardığı bir şeydir. Bu dərsləri qəbul etmək sənə həyatını dəyişdirmək gücünü əta edir. Travmalar bəzən ən güclü müəllimə çevrilir. Bu günün ən böyük kədəri isə sabah insanın ən böyük gücü ola bilər. 

Jalə başını dizlərinə sıxıb gözlərini yumdu. Düşüncələri sakit bir axınla keçmişə doğru süzülürdü. İçində bir boşluq vardı – adını qoymadığı, amma yaxşı tanıdığı bir boşluq. Sükut ətrafını bürümüşdü, dünya bir anlıq nəfəsini tutmuş kimi səssiz idi.

Elə bu səssizliyin içində kəpənək yavaşca havaya qalxdı. Onun incə qanadları havanı nazik bir pərdə kimi dalğalandırdı. Jalə heç nə eşitmədi, heç nə hiss etmədi. Sadəcə – susqun, sakit, özünə çəkilmiş halda gözlərini yumub oturmuşdu. Kəpənək isə sanki onun toxunmadığı bir duyğusunu qorumağa çalışırmış kimi qızın qara saçlarının üzərindən yaralı qanadlarla sakitcə dövrə vururdu.

Bu balaca varlıq, o anda orada, heç bir səs çıxarmadan, heç bir iz qoymadan bir cür səssizcə keşik çəkirdi – nə onunla vidalaşır, nə də tam ayrıla bilirdi. Qanadlarını çırparaq qıza sanki zamanın axınını hiss etdirirdi. Hər hərəkətində həyatın keçici anlarının dəyərini xatırladan bir ritm vardı. Bu ritm Jaləyə itirdiyi, lakin dəyərini yalnız uzaqlaşdıqda anladığı şeyləri xatırladırdı. Kəpənək həm getmək istəmir, həm də qala bilməyəcəyini bilirdi. Sanki qanad çırpdıqca öz mövcudluğunu sorğulayır, eyni zamanda bu qısa anın gözəlliyini yaşamaq üçün mübarizə aparırdı. Jalə də eyni vəziyyətdə idi – nə tamamilə unuda, nə də keçmişə qayıda bilirdi.

Günəş ufqa əyilmiş, dünya sanki susub o anı izləyirdi. Hava qızılı sükutla dolmuşdu. Jalənin saçları al-qırmızı şüalara qarışıb axşam səmasında alov kimi dalğalanırdı. O, sadəcə dayanmışdı, amma bu duruşun içində izahı olmayan bir sehr vardı. Kəpənək gözlərini ondan çəkə bilmirdi. Jalə mənzərəni tamamlamırdı — onu yaradırdı. Onun varlığı qürubu duyğuya çevirir, sükuta səs verirdi.

Kəpənək yüngül titrəyişlə Jalənin saçına qondu. Qızın yanağında qalan yaş damlası günəşin son işığı ilə parıldayırdı. O damlanın içində bir ömrün pıçıltısı vardı — uşaq gülüşləri, susan gecələr, kədərə çevrilmiş xatirələr. Bir damla göz yaşının ağırlığını yalnız ona bu qədər yaxın olan anlayardı.

Kəpənək asta-asta Jalənin gözlərinə yaxınlaşdı. O gözlərdə sakitliyin içində gizlənmiş bir fırtına vardı. Günəş üfüqə əyilir, son işıqlar yerə səpələnirdi. Hər şey yuxu kimi yavaşlamışdı. Kəpənək isə uça bilmirdi. Çünki onun üçün zaman dayanmışdı. Ona verilən vaxtın bitib-bitmədiyini bilmirdi. Göy də, torpaq da susurdu; hər şey qeyri-müəyyən bir sakitliyə bürünmüşdü.

Əslində, Emin Jalənin ən böyük arzusunu gerçəkləşdirmək üçün onu tərk etmişdi. Kəpənək bu həqiqəti Jalənin gözlərində oxuyurdu — o gözlər bütün ağrılardan keçsə də, hələ də parıldayırdı. Arzular həm yandırır, həm də uçmağa məcbur edir. Kəpənək anlayırdı: onlara çatmaq üçün insan hər əzaba dözməlidir.

Jalə başını dizlərinə qoydu. Saçları üzünə dağılıb günəşin son şüalarıyla oynayırdı. Bədəni yavaşca titrəyirdi — sanki içindən keçən fırtına səssizcə çölə yol axtarırdı. Dodaqları tərpənirdi, amma səsi elə zəif idi ki, külək belə onu qorumaq üçün nəfəsini saxlamışdı. Kəpənək bir qədər daha yaxınlaşdı, qanadlarını səssizcə yelləyərək onu dinlədi. Bir az daha diqqətlə dinlədiyi zaman Jalənin pıçıltısını eşitdi: ”Qayıt, Emin, qayıt!”

Kəpənək artıq qayıtmalı olduğunu hiss edərək son dəfə Jaləyə baxdı. Bu baxış həm vida, həm də etiraf idi – geridə qoyduğu sevginin ağırlığı və bu ağırlığın onunla qalacağını bilmək... Gedirdi, amma getmək heç də azadlıq demək deyildi. Bəzi sevgilər ayrılıqda belə insanı zəncirləyər.

Kəpənək sükutun içindən qalxaraq qanad çaldı. Hər qanad çırpıntısı Eminin ürəyinin titrək döyüntüsünə bənzəyirdi — sanki onun duyğularını göy üzünə yazırdı. Səma artıq o əvvəlki kimi parlaq və ümid dolu deyildi; nə Jalənin saçlarına toxunan yüngül meh, nə də günəşin içini isidən şəfəqləri vardı. İndi yalnız sakitlik və sonsuzluğa bənzəyən bir boşluq onu əhatə etmişdi.

Kəpənək başa düşdü ki, bəzən uçmaq azadlıq deyil, daşıya bilmədiyin duyğulardan xilas olmaq cəhdidir. Sevgi — o heç vaxt tam buraxmır insanı. Hətta uzaqlaşsan belə, ruhunun bir hissəsi sevdiyinin baxışlarında ilişib qalır.

O, yoluna davam etməli idi. Yol uzun görünürdü, bəli. Amma bu uzunluq məsafədən yox, Jalənin duyğularına bu qədər yaxın olduğu üçündü. Onun qəlbinə toxunmaq, hiss olunmayanı hiss etdirmək üçün o qədər yaxın uçurdu ki, aradakı bütün yollar yox olmuş kimi idi. Emin Jalənin söyləyə bilmədiklərini yalnız o kəpənəyin gözlərində görə bilmişdi. Bu, həm bir başlanğıc idi, həm də bitməyən bir vidalaşma.

Kəpənək uçduqca uçurdu — sanki yalnız qanadları deyil, ruhu da havada parçalanırdı. Uçuş artıq azadlıq deyil, bir cəza kimi gəlirdi. Hər qanad çırpıntısı onun varlığından bir pay qoparır, yüngülləşmək əvəzinə daha da ağırlaşdırırdı. Göydə irəlilədikcə sanki zaman onu sıxmağa başlayırdı. Yol gözlə görülməyəvək qədər qısa idi, lakin bu qısalıq aldatmacaydı. Çünki zaman içindəki əzabla ölçülürdü, məsafə isə çəkilən ağrıyla.

Kəpənək təkcə uçmurdu, o davam edirdi. Ağrıya və qorxuya baxmayaraq, sönən işığa tutunurdu. Qanadının biri yırtılmış, uçuşu pozulmuşdu. Amma bu sınmışlıq onu daha gerçək edirdi. O artıq sadəcə gözəllik deyil, mövcudluğun əzabını yaşayırdı.

Hər dəfə havaya qalxdıqda, o bir az da yerə yaxınlaşırdı. Paradoksal səslənsə də, bu, onun gerçəyiydi. Uçmaq artıq azadlıq deyil, yaşamağın son cəhdiydi. Hər çırpınışla göyə deyil, xatirələrə daha çox batırdı. Eminin səsi, Jalənin baxışları, keçmişin içində sıxılıb qalmış anlar — hamısı bir film lenti kimi gözlərinin qabağından keçir, qanadlarına daha bir ağırlıq yükləyirdi.

Kəpənək anlayırdı: bu, son uçuş ola bilərdi. Amma bəlkə də elə bu səbəbdən o, uçmaqdan vaz keçmirdi. Çünki bəzən son bir addım atmaq, heç atılmayan min addımdan daha mənalı olur. Yaralı olsa da, taqətsiz və titrək də olsa, o uçmağa davam edirdi. Sanki həyatın özü ona belə pıçıldayırdı: “Davam et, çünki durmaq yox olmaqdır.”

Şərhlər (26)

  1. Aytac

    @Aytac

    11 iyul 25, 01:07

    Emin Jalənin arzusunu gerçəkləşdirmək üçün ondan uzaq qalmağı gözə almışdı. Arzusunu yerinə yetirə bilsədə onların  sevgilərində ayrılıq öz izini qoymuşdu.

  2. Əlizadə Fəxriyyə

    @Əlizadə Fəxriyyə

    09 iyul 25, 21:25

    Həqiqətən də travmalarmız bizim ən böyûk müəllimiz olur.. Sonra ki,cümlədə çoz gözəldi..Uzun Yazmaq isdemirəm..Qəlbə toxunulacaq çox Gözəl sözlər var🫠💜

  3. Aylin Qasımzadə

    @Aylin Qasımzadə

    06 iyul 25, 21:45

    Bəzən birini tərk etdiyimizi sanırıq amma ona daha çox bağlanmaqdan başqa heç nə etmirik. 

    Elə olur ki bizdə çox böyük yaraları ən sevdiklərimiz açır. Jalənin kəpənəyə vurduğu zərər kimi. Bu vaxt həyata küsmək yerinə daha çox həyata bağlanmalısan. Çünkü bəlkə də gurtuluş yaralandıqdan sonra başlayır. Ölüm və yaşam arasındaki əsil savaş o zaman olur. 

  4. Ağca Muradova

    @Ağca Muradova

    06 iyul 25, 20:57

    O, yoluna davam etməli idi. Yol uzun görünürdü, bəli. Amma bu uzunluq məsafədən yox, Jalənin duyğularına bu qədər yaxın olduğu üçündü. Onun qəlbinə toxunmaq, hiss olunmayanı hiss etdirmək üçün o qədər yaxın uçurdu ki, aradakı bütün yollar yox olmuş kimi idi. Emin Jalənin söyləyə bilmədiklərini yalnız o kəpənəyin gözlərində görə bilmişdi. Bu, həm bir başlanğıc idi, həm də bitməyən bir vidalaşma.

    Bu hissə çox təsir etdi. Burada Emin və Jalə münasibətinin nə qədər gözəl olduğunu əks etdirmisiz. "bitməyən vidalaşma" ifadəsi daha dərin hiss bağışlayır. Burada bir ayrılıq baş verir, amma ruhən o bağ heç zaman qırılmır. 

  5. Xədicə Həmid

    @Xədicə Həmid

    04 iyul 25, 21:50

    Hekayədə ən əsas mövzu- öz vaxtında sənə dəyərli insana hisslərini açıqlamaq. 

  6. Musayeva Aydan

    @Musayeva Aydan

    04 iyul 25, 21:35

    Bəzən birini sevərik itirmək qorxusu bizi təşvişə salır istəmədən zərər veririk)

  7. Rana

    @Rana

    04 iyul 25, 11:44

    Nəhayət Jalə kəpənəyi azad etdi. Kəpənəyin incinməsinə üzüldüm. Lakin o buna rəğmən uçmağa, azadlığa doğru qanadlarını təpətdi və dayanmadı. İnsan bəzən kiçik kəpənək qədər belə cəsarətli ola bilmir. Həyat yolunda mübarizə etməyə çəkinir özünü geri atır. İnsan nə olursa-olsun hər zaman ümid dolu olmalıdır. Və bu kitabı tamamlamadan getməməlidir. Hər şey bizim əlimizdə olan bir şeydir. İstəsək edə bilməyəcəyimiz heç bir şey yoxdur. Əsas olan ümid etmək və qəlbən istəməkdir. 

  8. Ləman Əhədova

    @Ləman Əhədova

    04 iyul 25, 06:10

    Bəzən sadəcə kəpənək olmağin gəlir İsdədiyin yerə uçub gedəsən deye

  9. ZBAXTİYARLİ

    @ZBAXTİYARLİ

    04 iyul 25, 01:54

    "Bəzi yollara qanad çatmaz, amma ruh çatmaq istəyər." Çox gözəl və cəlbedici bir cümlədir. Hər bölümdə belə gözəl cümlələr olur. Və hər cümlənin çox anlamlı mənası olur. Bu bölümdə birindən ayrılmağın necə çətin olduğunu bir daha anladıq. Ona görə də sevdiklərimizin qədrini yanımızdaykən bilək yoxsa sonra gec olacaq. 

  10. Aynur Yusifova

    @Aynur Yusifova

    04 iyul 25, 01:24

    Kəpənək yalnız Jalə ilə Eminin sevgisindən bəhs etmədi.Çox mövzulara toxunmuş burda yazıçımız.Həm insanlığa,dostluğa sevgiyə sevgisizliyə varlığa var olanlara...çox sözlər çox fikirlər söylənmiş hər kəlməsində hər cümləsində Kəpənəyin hər bölmündə...

    Arzular bəzən insanın qanadlarını yandırır, amma eyni zamanda onu uçmağa da məcbur edir....

    Yanmış qanadların olsa belə insan havada qalmaq üçün çırpınır.Məncə düşmək arzularından vaz keçmək deməkdir.Yanmış olsan belə bir dəfə olsa belə yüksəlmək istəyir.

  11. ZeynəbNəbiyeva

    @ZeynəbNəbiyeva

    04 iyul 25, 01:12

    Ağlamaqıma səbəb olan bir bölüm idi. Bəzən sonumuzun olmuyacaqını bilə bilə gedirik bir ümidlə.. qarşılaşmalar heç zaman təsadüfi deyil ya dərs olur yada həyatınıza davam etməyə səbəb.  Bəzi yerlərdə sözlər birləşiy yazılıb oda düzəlsə yaxşı olar

  12. ramil

    @ramil

    04 iyul 25, 01:12

    "Səni yaralamaq istəmirdim.Uç və sevdiyinə qovuş"

    Bəzən sevgi,zərif bir kəpənəyin qanadına toxunmaq qədər incə olur 

    Bəlkə də sevdiyinə zərər vurmaq,sevginin bir parçasıdır...

  13. Feride

    @Feride

    04 iyul 25, 01:09

    Sonda ağrıya rəğmən mübarizəyə davam etmək həm eşq üçün həm de eşqlə elədiyin hansı işin varsa o çətinliklərinə rəğmən buna dözmən , sevdiyin insanları qorumaq isdəyərsən ama əslində onları bor dusdaqda tutduğunu bunun onlara zərər verdiyində ancaq anlayarsan , bunun kimi bir çox məsələyə toxunmusuz  😌🙂 çox yönlüsüz Uraqan bəy . 

    1. Feride

      @Feride

      04 iyul 25, 01:12

      Jalənin Eminə deyə bilmədiyi duyğuları kəpənəyə deyə bilməsi və Eminin bunu özü bilməsi , sonda belə sevdiyinə qovuşmaq  üçün vuruşması 🥹 çox yaxşı idi , bəlkə bundan sonra Emin qayıdanda onu bunu daha çox hissetdirər 😌

  14. Röyane

    @Röyane

    04 iyul 25, 00:48

    Her cümlesini oxumağa doyamadığım bir bölüm oldu. Kiçik bir epizoda, bu qeder fikir sığdırmaq, rengareng cümleler qurmaq, alqışa layiqdir.👏

    Çünki zaman içindeki ezabla ölçülürdü, mesafe ise çekilen ağrıyla😔.

    Yadıma hardansa bu misralar düşdü. 

    Vaxtın sertliyinden gileylenenler,

    İntizar çekseydi, vaxta gülerdi.

    Vaxtın lengliyinden aman dilerdi.             

    B.Vahabzade.

  15. SİRİUS

    @SİRİUS

    03 iyul 25, 23:42

    Bəli bəzi uçuşlar ağrıdan doğduğu kimi bəzi qalxişlarda yaralardan doğur. Bəzi acılar bizi biz etmək üçündür. Arzulara çatmaq üçün insan bitir azadla düzmək hazır olmalıdır. Bəli sevməyi gözə alarkən yanmaği da bildiyi kimi.

    Hər ağriya rağmen davam etməliyik,çünki durmaq yox olmaqdır. 

    Kəpənəyin çox mənalı bir ömrü var. O həyatında nə qədər yara alirmiş . Məgər yaralana bilən tək canlının insan olduğunu duşunurdum. Deməli hər canlı yaralana bilir. Sadəcə insan yaraların içinden ayağa qalxa biləndir. 

    Kəpənək kitabıni oxuyandan bəri nə qədər kəpənəklər görürem , artıq onlara adi bir canlı kimi deyil var oluşun və yaşamağin dəyərini anlayaraq baxıram. Qısa bir ömür ama azad və sevgi dolu bir yaşam. 

  16. MinayNadirova

    @MinayNadirova

    03 iyul 25, 23:04

    Bəzən heç özümüz də fərqinə varadan  çox sevdiyimiz insanlara zərrər vururuq bunu anlayanda gec olur😕

  17. Ruqiyyə Vəliyeva

    @Ruqiyyə Vəliyeva

    03 iyul 25, 22:23

    Ən son ölən ümiddir deyirlər. Ümidi itirməmək bəzən insanı ayaqda saxlayan yeganə ünsür ola bilir🙂‍↕️

  18. Dərya Qasımova

    @Dərya Qasımova

    03 iyul 25, 22:10

    Hər zaman ki, kimi maraqlı bir bölüm idi. Xüsusən, sonları daha xoşuma gəldi. Sanki insana bir motivasiya kimi oldu. Hər şeyə rəğmən uçmaq... Yaralı da olsan, yorgun da olsan yoluna davam etməlisən. Çünki yaşamaq - elə hər şeyə rəğmən mübarizə aparmaqdır.

  19. Sunay Məmmədova

    @Sunay Məmmədova

    03 iyul 25, 21:59

    Hər son bir başlanğıcın ilk addımıdır. Yeni başlanğıclar üçün, bəzən addımımızı həm sonlandırmalı, həm də yeni bir addım atmalıyıq, beləsi bəlkədə bizim və qarşımızdakının xeyrimizədir))

    Bəli, sevgi zərər vermədən olmurmuş) Məcburəndə olsa, hətta bəzən yaxşılıq etmə istəyilə belə olsa sevdiklərimizə zərər verə bilirik. 

  20. Fatimə Bayramova

    @Fatimə Bayramova

    03 iyul 25, 21:56

    1)Kəpənəkartıqqayıtmalı olduğunuhissedərəksondəfə Jaləyə baxdı. Bubaxış həmvida, həmdə etirafidi – geridə qoyduğusevgininağırlığı və buağırlığınonunlaqalacağını bilmək... Gedirdi, ammagetməkheç də azadlıqdeməkdeyildi. Çünkibəzisevgilərayrılıqdabelə insanı zəncirləyər.

    Bu hissədəki yazılar ayrılsa daha yaxşı olar

    2) Axıra yaxınlaşdıca bu şeir yadıma düşdü:

    Yaşamaq-yanmaqdır, yanasan gərək,  

    Həyatın mənası yalnız ondadır 

    Şam əgər yanmasa, yaşamır demək  

    Onun da həyatı yanmağındadır. 

    ~Bəxtiyar Vahabzadə 

  21. İslam

    @İslam

    03 iyul 25, 21:54

    Həyatın nə dərəcə qəliz olduğu elə bu bölümdə hekayə sənə göstərir. Eniş - yoxuş, travma, gözləntilər və diger müsbət mənfi hisslər. Kəpənək tutulub qalmağı və onun yanından getmək istəməyişi isə hekayədəki kimi ağır gəlirdi ona. Öz sevdiyi şəxsdən özü haqqında eşitdikləri bəlkə də onun xoşuna gəlmişdi. 

  22. Leyla Həşimli

    @Leyla Həşimli

    03 iyul 25, 21:49

    bəzənn sevdiklərimizə istəmədən də olsa zərər veririk təəssüf

  23. Xəyalpərəst

    @Xəyalpərəst

    03 iyul 25, 20:54

    "Sevgi bəzən zərər vermədən mümkün olmur" həqiqətən də belədir.

     Qovuşmadıqda daha çox anlayırıq sevgini, dostumuzla yollarımızı ayırdıqda dostluğu başa düşürük. Bölümdə də yazıldığı kimi həyat kitab kimidi hər səhifəsində bir sir hər səhifəsində bir dərs var.

  24. SİMURQ

    @SİMURQ

    03 iyul 25, 20:53

    Hər vida bir başlağıc. Hər sağollaşma yeni bir gözəlliyə

    salam vermək kimidir. 

  25. Fatima

    @Fatima

    03 iyul 25, 20:46

    İçimdə qəribə bir sükut yarandı. Sözlər sanki yazıdan deyil, birbaşa insanın içindən gəlirdi. Jalənin dedikləri – “Sevgi bəzən zərər vermədən mümkün olmur” – məni çox düşündürdü. Həqiqətən də bəzən niyyətin nə qədər saf olsa da, nəticəsi acı olur.Kəpənəyin uçuşu mənə bir çox şeyi xatırlatdı. Bəzən adam elə bilir azadlıq üçün gedir, amma əslində içində daşıdığı yükdən qaçır. Kəpənəyin yaralı qanadı, içində yaşanan fırtına və susqunluq – hamısı bir yerdə çox güclü hisslər oyadır.Yazı çox səmimi və təsirlidir.

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol