Coşqun dənizim-Xəzər — Məhdiyyə

Coşqun dənizim-Xəzər — Məhdiyyə

Ləpələr sahilə tərəf hey gəlir,

Sanki hicranına dözməyir sular.

Qovuşur Xəzərim gözəl sahilə,

Təkrar ayırırlar onu dalğalar.

Buludlar yığılıb tamaşa edir,

Bu əsrlər boyu sürən sevgiyə.

Günəş də arabir özün göstərir

Bulud arxasından bu aşiqlərə.

Küləklər yüksəldir yenə dənizi,

Ax, necə qüdrətli olur Xəzərim?!

Gördükcə vurulur Sahil yenidən:

“Ey mənim coşqun Xəzər dənizim!”

Qışqırır Sahilin uçan qumları,

Çatmaq ümidi ilə havada gəzir.

Bu iki aşiqin nakam sevgisi

Beləcə əbədi, hey davam edir.

Şərhlər (4)

  1. Uraqan

    @Uraqan

    29 yanvar 26, 22:07

    Zəhmət olmasa dəqiqləşdirin. Siz hansı ad altında yazmaq istəyirsiniz? Məhdiyyə, yoxsa Missaliyeva?

    1. M.Aliyeva

      @M.Aliyeva

      29 yanvar 26, 22:17

      Məhdiyyə öz adımdır.Əvvəllər öz adımı yazmaq istəmirdim,amma artıq öz adımı yazacam.

      1. Uraqan

        @Uraqan

        30 yanvar 26, 03:23

        çox gözəl. O zaman digərlərinə də düzəliş edəcəm 😊

        1. M.Aliyeva

          @M.Aliyeva

          30 yanvar 26, 07:32

          Oldu,minnətdaram, çox sağ olun.)🙏

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol