Utancaq
İlahi, öz ruhundan
Mənə üfürməmisən?
Niyə belə qorxağam?
Cəsarət verməmisən?
Özümdən utanıram.
Ömrümün sarayından
Hər gün bir daş sökürəm
Namaza əyilmirəm
Qapaza diz çökürəm
Dizimdən utanıram
Ucuza satılıram
Bahalı geyinirəm
Duz-çörək əvəzinə
Sözlərimi yeyirəm
Sözümdən utanıram
Nahaqqa haqq verirəm
Haqqına kor oluram
Qorxudanda od-olav
Qorxanda qor oluram
Közümdən utanıram
Gücsüzün qapısını
Bir təpiklə yıxıram
Güclünün qapısından
Dalın-dalın çıxıram
İzimdən utanıram
Halallıq ver, ilahi
Bəsdi haram yediyim
Canımın qorxusundan
Ürəyimdə dediyim
Düzümdən utanıram
Utancaq
Səslərə qulaq asaraq oxu:
İpucu: Mətndən bəyəndiyiniz cümləni seçin və üzərində açılan
Şəkil düyməsinə basaraq onu xüsusi kartpostal kimi yükləyin!
Şəkil düyməsinə basaraq onu xüsusi kartpostal kimi yükləyin!
Bəyəndiyiniz cümlə...
Şəkil
Səddam Laçın" loading="lazy">
Şərhlər (3)