İSAKIN CİNAYƏTİ (BÖLÜM 5)
Sorğu otağı
– Cənab, bu dediyiniz mümkün deyil — deyə əlləri əsərək alnının tərini silir.
– Mümkün olmasaydı, bizə zəng gələn nömrə bu olmazdı, — Deyvid üzünü Alisa xanıma çevirərək dedi — zəhmət olmasa, cənabı nəzarətimiz altına alın; bu axşam sorğuya çəkiləcək.
(Hekayə polis idarəsində davam edir.)
Polis Deyvid sorğu otağına girməyə hazırlaşdı; Alisa xanım isə sorğunun qeydlərini aparmaq üçün yerini tutdu. Deyvid qalstukunu sıxıb otağa daxil oldu; Alisa onları diqqətlə izləyirdi. Şübhəli tutulmuş resepsionist Cek Rasolv rahat şəkildə, əlləri qandallı, stulda oturmuşdu.
Deyvid masanın ətrafında bir dəfə dolanıb Cekin qarşısına əyləşdi və ilk sualını verdi.
– Adınız nədir?
– Cek Rasolv.
– Haqqınızda məlumat verin, zəhmət olmasa, — Deyvid işə başladı.
– 1994-cü il oktyabrın 12-də Manhattanda doğulmuşam. Altı yaşımda məktəbə başladım, on üç yaşımda isə atamın ölümündən sonra xəstə anama baxmaq üçün təhsildən ayrılıb bir restoranda işləməyə başladım.
– Atanız nə səbəbdən vəfat etmişdi?
– Yüksək dozada maddə istifadəsindən.
– Başınız sağ olsun. Davam edin.
– 20 yaşımda anam əziyyət çəkdiyi xərçəngdən vəfat etdi. O gündən sonra o qədər içmişdim ki, cənazədən sonra anamı müalicə edən həkimin evinə gedib həkimin həyatına son qoydum. Buna görə də Manhattandakı məhkəmə məni ağır cinayətə görə 12 il azadlıqdan məhrum etdi. Təxminən 1 il 6 ay əvvəl bəraət alıb həbsxanadan çıxdım. Ondan sonra Mandarin Oriental otelində işə götürüldüm.
– Yaxşı. Bəs niyə Xəyal bəyi öldürdünüz?
– Onu mən öldürmədim, — Cek başını yuxarı qaldırıb gözlərini yumdu.
– Bəs kim öldürdü?
– Mən Xəyal bəylə sonuncu dəfə onu sağlam, başında sevimli şapkası ilə qapıdan çıxarkən görmüşdüm… sonra onu bir daha görmədim. — Başını aşağı salıb Deyvidin gözlərinə baxdı.
– Bax, əgər cinayəti boynuna alsan, biz məhkəməyə məlumat verəcəyik və etirafına görə cəzan azalacaq. Çünki İsak ləqbi ilə tanıdığımız Xəyal hazırda morqda yatır.
– Mənim bu cinayətlə heç bir əlaqəm yoxdur.
– Bunu zaman göstərəcək, Rasolv… — Deyvid soyuqqanlı şəkildə cavab verdi.
Deyvid otaqdan çıxdı. Alisa xanım oturduğu stoldan ayağa qalxıb dedi:
– Məncə, cinayətkar başqa biridir.
– Bunu necə bilirsən? — Deyvid soruşdu.
– Akademiyada bədən dili öyrənmişəm, — Alisa cavab verdi. — Rasolvun davranışları soyuqqanlı və sərbəstdir. Həyəcan izinə rast gəlmirəm. Sən ondan daha gərginsən.
– Bu onu günahsız etmir. O əvvəl də qatil ola bilərdi.
– Deyvid, bu onu avtomatik olaraq qatil etməz. Mənim fikrimcə, bu cinayətdə başqa birinin əli var.
Elə bu zaman serjant Henri daxil oldu.
– Cənab Bekir, bir itkin barədə bizə zəng gəldi.
– Mən indiki işlə məşğulam, Henri. Zəhmət olmasa, bunu başqasına tapşırın.
– Itkin düşən şəxs Mandarin otelin işçisi Eyden Abilyano-dur…
Şərhlər (0)