Kölgəli Adlar

Kölgəli Adlar
|
Səslərə qulaq asaraq oxu:

Kölgəli adlar:

“Kölgəli adlar” kitabı qadın-kişi münasibətlərini analiz edən bir kitabdır. Kitab qadın və kişi münasibətlərində qadınların buraxdığı səhvlərdən, eləcə də kişi təbiətinin yırtıcı tərəflərindən nağılvari bir dillə bəhs edir.

Qaranlıqlarda yaşayan Qız ayağına bağlandığı zəncirlərə görə işığa çıxa bilmir. Günəşə yalvarır ki, yaşadığı qaranlıqları aydınlatsın. Amma günəş gəlmir, çünki onun yanına gəlməyi ilə o qızı əridib külə döndərəcəyini bilir. Buna görə də öz mələklərindən ən təcrübəsiz olanını qızın yanına yollayır. O, Mələyi yandırıb külə döndərir və bu küllərdən yeni bir Simurq doğulur. Simurq qızın yanına gəlir və onunla tanış olur. Təcrübəsiz Simurq hər səhvində bir az daha qadın təbiətinin qaranlıq tərəflərini öyrənmiş olur. Bu yolda ona Qaraqoç adlı müdrik şəxsiyyət kömək edir.

Alleqorik üslubda yazılan bu kitabı anlamaq üçün yetərincə mütaliə, yaşanmışlığın verdiyi təcrübə gərəkdir. Müəllif həyatın içindən gələn nümunələrlə davranışların kökünü göstərir, münasibətlərdəki rolları və gözləntiləri alt-üst edərək oxucunu düşünməyə çağırır. “Kölgəli adlar” sadəcə bir rəftar kitabı deyil, həm də cəmiyyətin qadın və kişi rollarına yanaşmasına bir güzgüdür. Kitab qadınlara və kişilərə eyni anda həm tənqid, həm də anlayışla baxır. Həmçinin bu əsər yerli ədəbiyyatımlzda fərqli nəfəs kimi qəbul olunur.

Kiçilt
Böyüt
<a onclick=Uraqan" loading="lazy">

Uraqan

Mən Uraqan. Bu saytda yazdığım kitabları, məqalə və hekayələri oxuya bilər, eləcə də sizlər üçün yaratdığım interaktivlikdən həzz ala bilərsiniz.

Şərhlər (6)

Fikir Bildir

[logged]
[/logged]
Qeydiyyatdan Keç

Fantastik dünyamızdan zövq al!

Uraqan Ekosistemi

Digər Şəbəkələrdə biz

Mirapolisə Daxil Ol Əlaqə
Telegram Instagram Facebook Threads 1000Kitap Youtube