Hərbidən Qeydlər

Hərbidən Qeydlər

Hərbidən qeydlər:

Bu kitab Uraqanın hərbi xidmət dövründə yazılmış hekayə və məqalələrin toplusudur. Müəllif burada hərbi hadisələri və ya döyüş səhnələrini təsvir etmir, – əsərin mövzusu insanlardır, onların düşüncələri, hissləri, daxili qarşıdurmaları və həyatın müxtəlif təbəqələrində gizlənmiş incəliklərdir.

Kitabın əsas özəlliyi bu yazıların səssiz, təcrid olunmuş bir mühitdə, yəni hərbi xidmətin sərt və tənha atmosferində qələmə alınmasıdır. Bu səbəbdən də müəllif ona “Hərbidən qeydlər” adını verib. Yazıların içində hərbi nizamdan daha çox insani duyğuların, müşahidələrin və dərin düşüncələrin izi var. Əsər həm aforizmlərlə, həm də yaddaqalan ifadələrlə zəngindir. Oxucunun ruhuna toxunan, onu düşündürən və bəzən də öz içindəki sözlərə tərcüman olan fikirlər kitab boyunca hiss olunur. Məhz buna görə çoxları bu əsəri oxuyub belə deyirlər: “Elə bil müəllif mənim ürəyimdən keçənləri yazıb”.

Müəllifin sadə, səmimi və dərindən düşünülmüş dili sayəsində “Hərbidən qeydlər” təkcə yazıldığı yerə görə deyil, verdiyi hissə görə də fərqlənir. Bu səbəbdən də oxucular arasında müəllifin ən çox sevilən əsərlərindən birinə çevrilib.

Şərhlər (22)

  1. Zöhrə

    @Zöhrə

    11 dekabr 25, 22:29

    Salam bu kitabı hardan oxuya bilərik?

  2. Çiçək

    @Çiçək

    16 iyul 25, 23:23

    Menim diqqətimi çəkən ilk kitabın adı oldu.

    Qəribə bir şəkildə hərbiyə marağım var. Adı məni özünə çəkdi. Qrupda olarkan yazılan bölümlərini oxumuşdum və ciddən gözəl yazılmışdı.

    Davamını oxumaq ümidi ilə..

  3. AytenCelilova

    @AytenCelilova

    01 iyul 25, 12:11

    Hər cümlədə bir məna,dərinlik var.Həqiqətən təcrübə və yaşanmışlıq göz önündədir.O hisləri yaşamadan bir insan heç bir zaman dilə gətirməyi başara bilməz.Kitab bir sözlə çox gözəldir,hərkəsə oxumağa tövsiyə olunacaq bir kitabdır.🌟

  4. ZeynəbNəbiyeva

    @ZeynəbNəbiyeva

    25 iyun 25, 00:50

    Hər cümlə izah edirdi əslində olacaqları və ya olanları.  Biz özümüzü sevmədən başqasın necə sevək axı?? O bizi sevsə bəs biz onu sevə bilməsək necə olacaq?? Bax bullar düz sözlər idi sevfi acı hər acıdan üstündür. 

  5. Fatimə Bayramova

    @Fatimə Bayramova

    17 iyun 25, 22:54

    Bir gün bu kitabı oxumaq diləyi ilə ... Sizin kitablardan birini belə əldə etmək mənim üçün böyük bir sevinc səbəbi olardı

  6. Aynur Yusifova

    @Aynur Yusifova

    17 iyun 25, 08:12

    Hər kəlməsi hər cümləsi o qədər dərin və mənalədır ki,oxuduqca insanda fikirlər formalaşır.Ən çox sən xöşbəxt deyilsənsə başqa birini necə xöşbəxt edə bilərsən toxunmaq istəyirəm.Həyatım boyunca çalışmışam ki kimlərisə nələrləsə xöşbəxt edim sevim dəyər verim.Üzlərini güldürəm.Heyf ki bəzən dəyər verdiklərim insanın xöşbəxtliyini əlindən elə alıblar ki çəkilmişəm kənara uzaqlaşmışam hər birindən...

    1. Fatimə Bayramova

      @Fatimə Bayramova

      19 iyun 25, 12:04

      İnsan ilk olaraq özünə dəyər verməyi bacarmalıdır. Gecdə olsa,həyat bunu bizə öyrədir 😔🫠

  7. SİMURQ

    @SİMURQ

    16 iyun 25, 22:59

    Oxuduqca düşündüm ,bəlkə də xoşbəxtlik hardasa uzaqda deyil, məhz içimizdə gizlənib. Bu sözlər mənə özümü yenidən kəşf etməyə ilham verdi. Həyatın ən sadə həqiqətlərini səmimi şəkildə xatırlatdığınız üçün təşəkkürlər.

    1. Fatimə Bayramova

      @Fatimə Bayramova

      19 iyun 25, 12:05

      Razıyam,ona görə də insan özünü sevməyi bilməkdir deyə düşünürəm. Heç kim belə yanında olmadıqda,o öz-özünə dayaq olmağı bacarmalı...

  8. MinayNadirova

    @MinayNadirova

    16 iyun 25, 22:39

    Sevgini çox gözəl  izah etmisiniz

  9. Ağca Muradova

    @Ağca Muradova

    16 iyun 25, 22:34

    Həqiqətən də sevgi əsasdır. İnsan işini sevməsə keyfiyyətli iş ortaya qoymaz, sevmədiyi insanla xoşbəxt ola bilməz, hər şeyə sevgi ilə yanaşmalıyıq ki, həyat maraqlı olsun. Fikirləriniz gözəldi, yaxşı mənada psixoloji təsir edir insana 

  10. Çiçək

    @Çiçək

    13 iyun 25, 23:10

    Sizin fikirlərinizlə tam razıyam.Mənə görə insanı həyatda, ayaq üstə saxlayan əsas şey sevgidir. Sevgi olmasa insan necə yaşasın. Sevgi təkcə insanlara olmurki. Sevgi deyərkən ağla ilk insanların başqa insanlara hiss etdiyi bir hiss olaraq ağla gəlir. Amma sevgi anlayışı bu qədər kiçik bir şey deyil mənə görə

    Sevgi təkcə insanlara olmurki, güllərə, əşyalara, uşaqlara, heyvanlara, təbiətə, ən sadəsi buludların hərəkətini sevə bilər. Bir düşünək biz heç nəyi sevmirik. Bəs onda nəyə görə yaşayırıq? Sevgi bizim məqsədlərimizi bəlli edir. 

  11. Fatimə Bayramova

    @Fatimə Bayramova

    10 iyun 25, 21:29

    Sevgi hər kəsə görə fərqli anlayışdır. Sizin də burda bu mövzu ilə bağlı fikirlərinizi qoymanız məni sevindirir, uğurlar 🙏🏻 

  12. Şəlalə Abdullayeva

    @Şəlalə Abdullayeva

    08 iyun 25, 23:00

    Sevginin ən gözəl təsvir edənlərdənsiniz. Təkcə sevgini yox, öz fikirlərinizlə insanların qəlbinə yol tapanlardansınız. Səbəbini sizin kitablarınızı oxuyanlar biləcək 

    1. Fatimə Bayramova

      @Fatimə Bayramova

      19 iyun 25, 12:07

      Razıyam,hələ ki,burada "27 yaşıma qədər" və "kəpənək"ləri oxumaq şansım olub,amma doğrusu,sözlərin,cümlələrin ifadə formaları o qədər gözəl, səlist,mənalı və aydındır ki,insan özünü onlardan ayıra bilmir

  13. Quliyeva Könül

    @Quliyeva Könül

    07 iyun 25, 22:38

    Fərqli yanaşmadı.Sevgini bu cür izah etmənizdə gözəldi.Ancaq sevgini izah etmisinizsə məncə tam hiss etməmisiniz deməkdir.Çünki o hiss ifadə edilməməlidir sadəcə yaşanmalıdır.

  14. Aygül

    @Aygül

    07 iyun 25, 22:27

    Nə gözəl izah etmisiz. sevgi təkcə bir kişinin bir qadına yada qadının kişiyə olan duyğuları deyil. Qəlbimizdə hər zaman hər şeyə qarşı sevgi olmalıdı işimizə həyata valideyin sevgisi dünyanı sevgi xilas edəcək boşuna deməyiblər ki .

    Uraqan bəy təşəkkür edirəm gözəl paylaşımlar üçün🙏🏻

  15. Mehin

    @Mehin

    07 iyun 25, 22:24

    Məncə sevgi izah olunmayan,hər kəsin içində var olan bir çox duyğunun qarışığıdır.

    Sevgi bir adamın adını eşidəndə qəlbimizdə baş verən dəyişiklikdir.Nə səsi var eşidək nə  sözü var başa düşək.Bəzən səs-küy bəzən isə sakitlikdir.Sevgi nə hekayədir nə də əfsanə

  16. Hüseyin Novruz

    @Hüseyin Novruz

    07 iyun 25, 22:09

    Məncə sevgi insanın ölümünə aparan yoldur çünki heç zaman əsl sevənlər sevgini yaxşı yaşaya bilmir

  17. Feride

    @Feride

    07 iyun 25, 21:08

    Mənce sevgi bir ölümdü . Hər ayrılığında nəfsini öldürürsən onu sınayırsan və axırda o xam halımızdan , bişmiş bir insan olarıq . Eşqin odu səni yandırar və nəfsini öldürər beləliklə hər addımına tək fikirləşdiyin şey onu doğru şəkildə sevmək olar

  18. Mehdiye

    @Mehdiye

    02 iyun 25, 00:02

    Mənə görə sevgi-hörmət,güvən,anlayış,azadlıq və içində həddi aşılmamış kiçik bir qısqanclıq deməkdir.Bunlardan biri olmazsa,demə ki,orda sevgi yoxdur

    1. Feride

      @Feride

      07 iyun 25, 21:10

      Mənə görə sevgi tam bir ölümdü , sevdiyin insanlar qarşısında o hördüyün divarların heç biri qalmaz

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol