Kəpənək - Bölüm 4

Kəpənək - Bölüm 4

Bəlkə də, bu kəpənəyin arxasınca getmək Jalənin arzularını gerçəkləşdirməyin ən yaxşı yolu idi. O, bəlkə də, Jalənin heç vaxt görə bilmədiyi həmin “xüsusi kəpənək” olmaq istəyirdi.

Eminin hər addımında torpaq bir az da yumşalır, sanki ayaqlarının altından çəkilib yox olurdu. Bu yumşaqlıq onu yavaş-yavaş tanımadığı bir dünyanın dərinliklərinə çəkirdi. O, kəpənəyin hərəkətini izlədikcə ətraf daha da səssizləşir, yalnız uzaqdan gələn qəribə və qısa ciyilti səslərini eşidirdi.

Emin bəzən bu kəpənəyin arxasınca getmək yox, Jalənin yanına qayıdıb onun zərif əllərini tutmaq, tellərini sığallamaq istəyirdi. Amma bir tərəfdən də içindəki maraq hissi onu ağuşuna alıb kəpənəyin arxasınca aparırdı. Emin kəpənəyə yaxınlaşdıqca onu tuta biləcəyinə ümidi daha da artırdı. Kəpənək artıq adi bir məxluq deyildi, Eminin arzularının canlı təcəssümünə çevrilmişdi. Qəfildən kəpənək bir ağacın koğuşuna girib gözdən itdi.

Qəribəsi bu idi ki, Emin heç vaxt bu ağacın koğuşuna diqqət yetirməmişdi. Kənardan adi görünən bu boşluq indi Emin üçün sirli bir qapıya çevrilmişdi. Ağacın bətnində başqa bir həyat gizlənmişdi. Bu ağac təbiətin öz sirlərini saxladığı bir sandığı xatırladırdı.

Koğuşun kənarları qaralmış, çatlamış qabıqla örtülmüşdü. Zaman həm zərər vurmuş, həm də sanki bu ağacı qoruyub saxlamışdı. Emin ağacın içərisinə baxanda qəribə bir sirrə toxunduğunu hiss etdi. Kəpənəyi tutmaq üçün buranın daha uyğun yer olduğunu düşündü. İçəri qaranlıq, dumanlı bir quyu kimiydi – elə bil başqa bir dünya gizlənirdi orada. Emin nəm torpaq, odun, çiçək və yaş ağac qoxusunu eyni anda duydu. Bu, ağacın nəfəsi kimiydi; həm rahatladır, həm də içində izahı olmayan bir narahatlıq oyadırdı.

Gözləri qaranlığa öyrəşməyə çalışırdı, amma heç nə seçə bilmirdi. Əllərini ehtiyatla boşluğa uzatdı. Barmaqları nəm, kobud qabığa dəyəndə birdən özünü o ağacın koğuşunda çox kiçik hiss etdi – sanki balacalaşmış bir varlığa çevrilmişdi. Başını içəri soxub içəri doğru boylandıqca uzaqdan zəif bir pıçıltı gəlməyə başladı. Əvvəlcə bu səs öz ürəyinin döyüntüsünə bənzəyirdi, sonra isə get-gedə yad, melodiyaya çevrildi. Ağac sanki onunla danışmağa çalışırdı, amma dedikləri anlaşılmaz qalırdı.

Oğlan koğuşun içini gözdən keçirməyə çalışdı, amma qaranlıq olduğundan heç nəyi görə bilmirdi. Əllərini ehtiyatla boşluğa uzatdı. Kobud əlləri ağacın nəmli möhtəviyyatına toxunduqca qəribə bir ətalət duyğusuna qapıldı. Boşluqda irəlilədikcə Emin uzaqdan gələn zəif pıçıltını eşitdi. Bu səslər nə insan, nə də heyvan səsinə bənzəyirdi – sanki koğuşun içinə girməzdən öncə eşitdiyi ciyilti səsi getdikcə daha da artmağa başlamışdı. Süründükcə içəridəki qəribə səsləri daha aydın eşitməyə başladı. Əvvəlcə bu səslər onun öz ürəyinin ritminə bənzəyirdi, lakin get-gedə pıçıltılar yad bir melodiyaya çevrildi. Ağac sanki ona nəsə demək istəyirdi. Amma bu sözləri başa düşmək mümkün deyildi.

Emin irəlilədikcə ağacın içindəki boşluq genişlənməyə başladı – dar keçid sonsuz bir tunelə çevrildi. O öz bədənini yavaş-yavaş sürüklədikcə qəribə bir yüngüllük hiss edirdi. Əvvəlcə əllərində, sonra isə bütün bədənində bu hiss özünü büruzə verdi. Ağır, narahat duyğular yoxa çıxmışdı, ağac özü onu irəliyə, naməlum bir yerə yönəldirdi.

Boşluq getdikcə daha da dərinləşir, əsrara bürünürdü. Emin qəfildən dayandı. O an barmaqları naməlum, buz kimi soyuq və canlı bir şeyə toxundu. Titrəməyə başladı. Geri çəkilmək istədi, amma o an ətrafı bürüyən görünməz bir qüvvə onu irəliyə doğru itələdi.

Emin dərindən nəfəs aldı, amma bu nəfəs ona yox, ağacın özünə məxsus idi. Sükut indi daha da ağırlaşmışdı, hər an nəsə qorxunc bir şey baş verə bilərdi. Ağacın divarları sanki canlı idi – Eminin əlləri ilə birlikdə titrəyir, onun hərəkətlərini izləyirdi. Oğlanın ürəyi şiddətlə döyünür, ağac isə bu döyüntülərə əks-səda ilə cavab verirdi. Geri dönmək artıq mümkün deyildi – o, irəliyə doğru sürünməyə məcbur idi.

Çox keçməmiş Eminin başında qəribə bir qaşıntı başladı. O, əlləri ilə saçını darayır, hər dəfə daha dərinə enirmiş kimi hiss edirdi. Həmçinin maneələrlə qarşılaşırdı. Sanki saçı indi sadəcə saç deyildi, qaranlıqdan və köklərdən hörülmüş bir tor idi, onu tutub saxlayırdı. İrəlilədikcə saçındakı bu narahatlıq bədəninə yayıldı, qaşıntılar dərisinin hər hüceyrəsində özünü göstərdi.

Əvvəlcə bu hiss yüngül bir narahatlıq idi – elə bil dərisinin altında sısqa bir axın dolaşırdı. Lakin sonradan bu axın daha vəhşi, daha qəddar oldu. İndi dərisinin altına minlərlə iynə batırılırdı. Bu iynələr Eminin ruhuna qədər nüfuz edirdi. Hər toxunuşda, hər qaşınmada dərisi nazikləşir, soyulurdu. Bu, yalnız bədəninin dəyişməsi deyildi. O özünü başqa bir şeyə çevrilmək üçün hazırlayırdı.

Hərəkət etdikcə bədənini tərk edən hər isti nəfəs taqətini bir az da kəsirdi. Lakin o, zəiflədikcə fiziki ağırlığından arınır, quş kimi yüngülləşirdi. Emin artıq özünə toxunmağa cəsarət etməsə də, dərisinin altında baş verən o dəhşətli dəyişikliyi bütün hüceyrələri ilə aydınca hiss edirdi. Qatı qaranlıq yavaş-yavaş onu udurdu – o artıq ətdən və sümükdən ibarət bəsit bir məxluq deyil, qaranlıqla qaynayıb-qarışan başqa bir varlıq idi.

Dərisinin altında oyanan və qıvrıla-qıvrıla irəliləyən o naməlum hərarət indi insan ruhunun son sərhədlərini də silib atırdı. Çöldə qalan quşların əvvəllər incə, melodik olan səsləri indi beynində həyatla vidalaşma nəğməsinə – qorxunc bir kəfən marşına çevrilmişdi. Eminin nəfəsi ağırlaşdı, lakin bu ağırlıq onun bədənindən çıxıb gedirdi. O artıq sadəcə insan deyildi... Ağacın, sonsuz boşluğun və qaranlığın ayrılmaz bir hissəsinə çevrilirdi.

O, bədənini qaranlığın içinə doğru sürüklədikcə dar keçid elə bil ki, genişlənərək sonsuz bir tunelə çevrilirdi. Təəccüblü idi... Əslində isə böyüyən ağac deyildi. Emin hər qarış irəlilədikcə bədənindəki o ağırlığın azaldığını, tədricən kiçildiyini hiss etməyə başladı. Bu heç də qəfil baş vermirdi; o, ağır-ağır, sanki bu nəhəng boşluğun içində əriyirmiş kimi balacalaşırdı. Bütün o insanlara xas narahat duyğular yoxa çıxmışdı; indi ağacın görünməz əlləri onu naməlum bir dərinliyə doğru çəkirdi.

Əllərinə baxmaq istədi, lakin onlar yavaş-yavaş yox olurdu. Əvvəlcə qorxdu. Qollarının yerini incə, rəngarəng qanadlar tutanda qorxunun yerini heyrət aldı. Bu qanadlar adi deyildi – hər rəng, hər naxış sanki onun ruhunun aynası idi. O artıq əvvəlki Emin deyildi. Qanadlarının hərəkətində inanılmaz bir güc hiss etdi. Yüngülləşdi. Torpağın ağırlığını hiss etmirdi. Külək bədənini qucaqlayır, onu yavaşca yuxarı qaldırırdı. İşıq daha da parlaqlaşdı, indi o sadəcə işıq deyil, bir çağırış idi – onu olduğu aləmin sərhədlərindən kənara, daha yüksək bir reallığa dəvət edirdi.

Emin geriyə dönmək, gəldiyi qaranlıq yolla geri qayıtmaq istədi. Lakin bir anda zəif bir şəfəq diqqətini çəkdi. Əvvəlcə solğun, titrəyən bu işıq uzaq bir xəyal idi. Amma tədricən gücləndi, qaranlığı aradan qaldıraraq ətrafı səssiz və zərif bir aydınlıqla doldurdu. 

Eminin baxışları zəif şəfəqin detallarında ilişib qalmışdı. Bu zərif işıq sanki bir kəpənəyin havada pərvazlanması kimi göründü.

Qanadlardakı hər rəng, hər naxış Emin üçün bir duyğunun, bir xatirənin qapısını aralayırdı. Sarı zolaqlar günəşin yumşaq toxunuşunu xatırladır, qırmızı xətlər ehtirasın və sevginin alovunu daşıyır, mavi tonlar isə dərin, sakit bir sükutu yayırdı. Bütün bu rənglər bir araya gələndə sanki Eminin iç dünyasının rəsmi yaranırdı.

İndi o, kəpənəyə baxanda öz ruhunun əksini görürdü. Bu artıq sadəcə baxış deyildi – qaranlıqla işığın bir-biri ilə oynadığı, möhtəşəm və eyni zamanda sakit bir rəqs kimi hiss olunurdu.


Bir an düşündü ki, bu həşəratların duyğu aləmini yalnız onların dünyasına tam daxil olduqda başa düşmək mümkündür. Emin Jalənin kəpənəklərə olan sevgisini bildiyi üçün onlarla bağlı hər detalı diqqətlə öyrənmişdi. İndi isə içində olduğu aləm ona əvvəllər fərqinə varmadığı şeyləri göstərirdi. Ağacın gövdəsindəki bir dəlik əvvəlkindən daha böyük görünürdü. Lakin dəyişən ağac deyildi – dəyişən Eminin özü idi.

Bu sadəcə fiziki yox, həm də ruhani bir dəyişiklik idi. O, indi yeni bir aləmin parçasına çevrilmişdi. Hər şeylə harmoniya içində, həm insan, həm kəpənək təbiətinin qovuşduğu bir mövcudluqda...

Emin dar dəlikdən çıxmağa çalışırdı ki, arxadan incə, sirli bir ciyilti eşitdi. Bu yumşaq çağırış havanı yarıb keçdi. O başa düşdü ki, səs bir kəpənəyə aiddir:

– Vaxtın çox azdır. Bizim ömrümüz uzun deyil. Gün batana qədər qayıtmasan, əbədiyyən yox olacaqsan.

Şərhlər (32)

  1. Hevva

    @Hevva

    02 mart 26, 03:38

    Bu bölüm olduqca uzun idi😻nağıla bənzəyirdi(bəzi yerlərdə elmi cümlələrin də olması maraqlı idi)

    Eminin kəpənəyə döndüyü anlar qəribə hiss etdirir,onun saçlarının qaşınması və s. narahatlıq hissi yaradır yaradır😪

    Sonu isə duyğulu idi🥹Eminin Jaləyə olan sevgisi onun üçün ölümü belə gözə alması🫠sırf onun təbəssümünə malik olmaq üçün hər şeyi gözə alması🫠🫠🥹🥹🤏🤏

  2. Aytac Quluzadə

    @Aytac Quluzadə

    29 iyun 25, 17:51

    Eminin sevgisi və sevgisi üçün özünü fəda etməsi, kəpənəyə çevrilmək istəməsi... Sevgi hər şeyi bacarır🥹

  3. Çiçək

    @Çiçək

    28 iyun 25, 23:47

    Eminin sevgisi...

    Sevgisini hiss etdirməkdən çəkinmir.

    Hətda özünü belə fəda etməyə belə hazırdı.

  4. Afərim

    @Afərim

    24 iyun 25, 10:02

    Bəzən elə gəlir ki, insanlar deyil, susqunluq danışır. Bu hekayədə də sözlərdən çox sükutun içində gizlənmiş bir səs var. Eminin keçdiyi yol, yaşadıqları... hamısı real olmaya bilər, amma hiss etdirdiyi duyğu qəribə tanış gəlir. İnsan bəzən qaranlığa baxıb işığı axtarmır – sadəcə baxır. Və bəlkə də bu hekayə həmin baxışın özü idi. Eminin Jalə üçün, onun xəyalları üçün etdiyi fədakarlıq da oxucuya ayrı təsir edir.

  5. Feride

    @Feride

    23 iyun 25, 23:40

    Eminin sevdiyi qadın üçün , öz mənliyini fəda edib , kəpənəyə çevrilmək , onun dünyasını anlamaq üçün özündən keçip kəpənəyə çevrilmək 🦋 bu çox necə deyərlər , təsirli idi 🥹 , sevdiyin insanı sevirsənsə bu sevgini bir çiçəy misalı ona qayğı gösdərməli , onun üçün öz zamanını , mənliyini paylaşmalısan onda sevdiyinlə bir olub , ayrılıq yaraşmayan o 2 ürək bir olar 

  6. Ləman Əhədova

    @Ləman Əhədova

    23 iyun 25, 22:15

    Jalənin üzünü güldürmək üçün Eminin kəpənəyə dönüşməsi🦋anlık sevgi.

  7. Nigar

    @Nigar

    23 iyun 25, 21:52

    Bir gülü seven onu budağından qopardar amma ona de yer veren hemişe onu sulayar.-“Gülünü sənin üçün bu qədər dəyərli edən şey ona xərclədiyin zamandır. Sənin gözünə fərqli görünən bir güldən başqa bağlarda yüzlərcəsi ola bilər, amma yenə də sənin gülün dünyadakı ən xüsusi güldür, çünki o sənin yanında böyüyüb”.Bu cümlede onu eks etdirib.

  8. Oruclu Nərmin

    @Oruclu Nərmin

    23 iyun 25, 21:16

    Əminəm ki digər bolum də bu bolum kimi əla olcaq😍

  9. İslam

    @İslam

    23 iyun 25, 20:17

    Eminin kəpənəyə çevrilməsini rənglərlə,rənglərin mənaları ilə və ağacın içində keçirdiyi zaman yaşadıqları insanın təsəvvüründə bir yeni dünya açır. Sevgisi üçün ölümü belə düşünməyi isə əsl bağlılıq hissidir. Bir gülüşünü görmək üçün bir ömür vermək...

  10. Mehin

    @Mehin

    23 iyun 25, 20:05

    Bir omur yox birce anda bes eder

  11. Aylin Qasımzadə

    @Aylin Qasımzadə

    23 iyun 25, 17:14

    Sevgi hər şeyi bacarır. Ən mümkünsüz olanları belə mümkün eləyir. Bir sehir kimi həyatımıza girir və bizə görə şəkillənir. Biz də bəzən fədakarlıqlar edib onu əbədiləşdiririk. Sonu ölüm belə olsa... 

  12. Aytac

    @Aytac

    23 iyun 25, 02:29

    Bəlkə də, əsl sevgi bu idi – bir ömür deyil, bir an da olsa, bütövlüklə sevmək. Emin uçurdu, amma bu sadəcə bir uçuş deyildi – bu onun sevginin sonuna çatmaq üçün göstərdiyi sonuncu mübarizə idi.

  13. Ağca Muradova

    @Ağca Muradova

    23 iyun 25, 00:56

    Ağacın koğuşunda Eminin başına gələnlər çox həyəcanlı anlar idi.

    Bu sevgi sadəcə bir hiss deyildi – bu, varlığını bütövlükdə fəda etmək, ömrünün hər anını ona bağışlamaq demək idi. Hətta insan sevgisi ilə ölməyi seçsə belə, bu fədakarlıqda bir əbədiyyət olduğunu bilirdi.

    Bəlkə də, əsl sevgi bu idi – bir ömür deyil, bir an da olsa, bütövlüklə sevmək.

    Sevginin ən gözəl izahı deyərdim bu fikirlərə. Düzdür, sevgi ele bir hisdir ki, onu ifadə etməyə bəzən sözlər də. aciz qalır. Belə bir deyim var əsl sevənlər heç zaman qovuşmurlar. Mən bu fikri heç sevmirəm. İnsan bir şeyi ürəkdən istəyəndə həmişə əldə edir. Birini həqiqət sevirsənsə və onu qazanmaq üçün addım atırsansa mütləq qazanacan. 

  14. Röyane

    @Röyane

    23 iyun 25, 00:37

    Sanki bu bölümde sevginin tesvirine aid bütün sözler deyilib, bütün fikirler yazılıb.. "artıq sevgi sadece qarşı terefi sevmek deyil onunla bir olmaq isteyince çevrilir. Hetta bu birgelik mümkünsüz olsada, insan onu arzularından yaşadır ona çatmaq üçün yollar axtarır. Bezen real, bezen qeyri mümkün, bezen de nağılvari😔.                                        Hetta insan sevgisi ile ölmeyi seçse bele bu fedakarlıqda bir ebediyet olduğunu bilirdi. ❤️

  15. Rana

    @Rana

    23 iyun 25, 00:26

    Necə incə düşüncəli obrazdır... Sevdiyi qadınln xəyalına çevrilmək, onun gözündən görməyi istəmək. Sevdiyi üçün kəpənəyə dair nəyisə öyrənmək təqdirə layiq və nümunəvi bir sevgi nümunəsidir. Kaş belə sevgilər real olsaydı...

  16. Aynur Yusifova

    @Aynur Yusifova

    22 iyun 25, 23:31

    Sevgi əsl sehrbazdı. Onun sehrinə inanan hər kəsi sehrləyir.Emin də sevginin sehrinə inanmış kəpənək olmağı belə gözə almış. 

  17. Aygül

    @Aygül

    22 iyun 25, 23:08

    Fədakarlıq insanın özünə edə biləcəyi ən böyük haqsızlıqdır. Hər kəsin həyatında gerçək Sevgi gəlib keçir, iz buraxır sonrakı həyatına kölgə salır.

    Maraqlı bölüm oldu sevgini çox gözəl, təmiz, saf təsvir etmisiz. Həyat da sevgi üzərində qurulub. Əməyinizə sağlıq 👏

  18. Musayeva Aydan

    @Musayeva Aydan

    22 iyun 25, 23:01

    Sevgi gözəl duyğudur, İnsan sevdikcə yaşamaqa həvəs yaranır, hər şeyi gözəl görməyə başlayır, itirməkdən qorxub geri çəkilmək lazım deyil, yasadmaq var etmək lazımdır)

  19. ramil

    @ramil

    22 iyun 25, 22:26

    "Gülünü sənin üçün bu qədər dəyərli edən şey,ona xərclədiyin zamandır "

    Diqqətimi çəkən ən gözəl söz 

    "Mənim fikrimcə əslində sevgi,biraz fədakarlıq  biraz sevdiyinin istəklərini gerçəkləşdirmək və s 

    Misal çəkə bilərəm.Amma sevginin tam anlamıyla bir tərifi yoxdur.çünki bəzən insan hiss etdiklərini bele ifadə edə bilmir 

    Çox sağolun uğurlarınız bol olsun "

  20. Fəxriyyə

    @Fəxriyyə

    22 iyun 25, 22:14

    Oxuduqca elə bil Kəpənəyə mən dönşürem elə hisler keçirdim.. Necə gözəl tesvir etmisiz🫠🫠💜

  21. Fatimə Bayramova

    @Fatimə Bayramova

    22 iyun 25, 22:13

    "Gülünü sənin üçün bu qədər dəyərli edən şey ona xərclədiyin zamandır"- Keçən dəfə də gül mövzusunun önəminə toxunmuşdunuz. Lakin,Emin artıq marağına yenilib o güldən ayrılmışdı 🥀

  22. Dərya Qasımova

    @Dərya Qasımova

    22 iyun 25, 22:12

    Jalənin kəpənəyə olan, sevgisi Eminin onun arxası ilə getməsinə səbəb olur. Eminin orada keçirdiyi hisslər, başına gələnlər çox gözəl təsvir edilib. O Jalənin yeganə kəpənəyi olmaq istəyir. Ömrünün hər anını ona bağışlamaq istəyir... Ona görə də, biz ilahi bir fədakarlıq görürük. Ümumilik də, Jalənin varlığı onun həyatının təməlidir. Hətta yuxuda belə onu müşahidə etməyə can atır. Son hissələr də daha yaxşı başa düşürük ki, Emin artıq burda bir insan yox da sevgiyə, fədakarlığa çevrilmiş bir kəpənək kimidir..

  23. ZBAXTİYARLİ

    @ZBAXTİYARLİ

    22 iyun 25, 22:12

    Burada göstərilən sevgi əsl sevgidir. Çünki insan sevdiyi üçün özünü fəda edir. Balaca Şahzadədən verilən hissə isə daha da xoşuma gəldi. Demək olar ki, bölümün əsas ideyası orda verilmişdi. Sevərək və yaşayaraq oxuduğum bir bölüm oldu. Təşəkkürlər.

  24. SİRİUS

    @SİRİUS

    22 iyun 25, 22:08

    Bəlkə həyatda qovuşa bilmədiyin birinə yazılan ən gözəl tale bu idi. Ən azından nağillarda xəyyalarda qovuşa bilmek...

    Bəli bizim boyutduyumuz gül dünyada tek və xüsusidir. Çünki biz ona ən dəyərli zamanımızı ən içden duyğularımizi buraxmişiq. 

    Oxuyarkən ister istəməz gözlerim doldu 🥹Bu bölüm biraz insanı daxilinə aparır.  Sanki her şeyin möcüzəli olduğuna insanı inandırır. Bəlkədə qovuşmaq üçün bəzən en çox sevdiyin insandan vazgeçmen gərəkir. Yeniden başlaya bilmək üçün. Çünki həyat bizi hər zaman başa aparır. Bize her zaman yeniden başlamaq şansi verir. 

  25. Sunay Məmmədova

    @Sunay Məmmədova

    22 iyun 25, 22:06

    "O, sənə aiddir – çünki sən özünün bir hissəsini onun yanında buraxmısan" bəzən özümüzü itirsək, bir başqasında tapırıq✨

    Mümkünsüz sevgidə bir sevgidir, bəlkədə sevginin ən dəyərlisi, çünki insanlar mümkün olmayan bir şey üçün daha çox çabalayırlar, hər zaman o sevgi qəlblərində elə bir yer tuturki, başqası belə o yeri tuta bilmir.

    Sevgi-sənin deyil, sevdiyinin xoşbəxtliyini düşünməkdir, hər zaman 🌚

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol