Yalan vədlərin var bilirsən? - Fatma Məcidova.

Yalan vədlərin var bilirsən? - Fatma Məcidova.

Yalan vədlərin var, bilirsən?

Ümid dolu baxışlarla aldatdın,

Sözlərinə sığal çəkdi ürəyim,

Hər gecə səni dua ilə andım.


Yalan vədlərin var, bilirsən?

"Getmərəm" dedin, yolları seçdin,

Bir ömür boyu qalacağın yerdə,

Bir gecəlik unudulmaq istədin.


Yalan vədlərin var, bilirsən?

İçimdə qırıq bir səssizlik var,

Sən danışdıqca daha çox susuram,

Çünki səssizliyin də bir dili var.


Şərhlər (6)

  1. Fatimə Bayramova

    @Fatimə Bayramova

    03 iyul 25, 19:38

    Həmişəki kimi ürəyimi parçaladınız 🙏🏻💓

    1. Fatma Məcidova

      @Fatma Məcidova

      03 iyul 25, 19:48

      Bir videoda eşitmişdim. Deyir:"Yaşadığı qədər yazmışam"- bu şeirdə onlardan də🙂

  2. Dərya Qasımova

    @Dərya Qasımova

    03 iyul 25, 15:12

    Yalan vədlər deyərdim ki, verilib, amma tutulmayan sözlər boş yerinə verilən ümidlərdir. Verilən bu vədlər heç vaxt unudulmur. Sanki səsi çıxmayan bir yara kimi...

    Uğurlar 🤍

    1. Fatma Məcidova

      @Fatma Məcidova

      03 iyul 25, 19:44

      Açılmış yaralar həmişə necəsə qanayacaq. O yaralar qanadıqca insanlar daha da güclü olacaq. O yaraları xatırladıqca o səhvləri etməyəcəklər🥹🫶🏻

  3. SİRİUS

    @SİRİUS

    03 iyul 25, 14:27

    Bəziləri sadəcə söz verer ,ama bəziləri söz vermədən əməldə göstərər . Sən danişanlara deyil əməli ilə göstərənlərə diqqət et. Sözlər insanın anlatmaq uçundur. Ama əməllər onun içinde olanlari çölə vurmaq üçündur. 

    1. Fatma Məcidova

      @Fatma Məcidova

      03 iyul 25, 19:47

      O əməlləri analamyan insanlarda var. Sən bunu görə-görə o insan üçün çabalayırsan və başa düşmürsə... Onda etdiyin hər şey vaxt itkisidir. Bir insan analamq istəmirsə çapalamağa dəyməz😑. Gecədə olsa tezdən olsa insan bunu başa düşür🙂‍↕️

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol