Nəfəsimsən - Fatma Məcidova

Nəfəsimsən - Fatma Məcidova

Səni düşünmədən atmır bu ürək,

Sənin adınla başlayır hər anım.

Sükutumun içində sənsiz darıxıram,

Nəfəsimsən... sənsiz boğuluram.


Səninlə gülür bu dünya mənə,

Sən varsan qaranlıq da işıqlı mənə.

Səni görməsəm də bəs edir varlığın,

Hər anımda sənsən, nəfəsim, canım...


Səni itirsəm özümü itirərəm,

Yarımsan sanki, sənsiz kiməm mən?

Nəfəsimsən, hər şeyim gizlicə sevdiyim,

Adını çəkmədən dua etdiyim..

           

Şərhlər (6)

  1. Aynur Yusifova

    @Aynur Yusifova

    09 iyul 25, 21:37

    Çox xoşum gəldi.Bilmirəm niyə?...

    1. Fatma Məcidova

      @Fatma Məcidova

      10 iyul 25, 09:25

      Bəlkə bir misra, bəlkə də bir söz çox təsirli olub.....🫠🫠 

  2. SİRİUS

    @SİRİUS

    08 iyul 25, 19:23

    Eşqi her kes fərqli təsvir edir. Ama yaşanib o duyğular. 

    1. Fatma Məcidova

      @Fatma Məcidova

      10 iyul 25, 09:24

      Düzdü, yaşanmış duyğuları fərqli təsvir olunur🥹🫠

  3. Feride

    @Feride

    08 iyul 25, 18:41

    Qısa ama gözəl idi 🥹 , daha geniş versiyalarını gözləyirəm sidən 👏👏. Təbriklər 🎉

    1. Fatma Məcidova

      @Fatma Məcidova

      10 iyul 25, 09:23

      Təşəkkürlər canım, inşəAllah daha geniş versiyasını yazacam😘😍

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol