Şair Həsən Kür'ə ithaf - Fatimə Səhhətqızı

Şair Həsən Kür'ə ithaf - Fatimə Səhhətqızı

Əlində külüng tək işlədi qələm

Ürəyi gizlicə çəkdi dərd ələm

Sanırdı bir ümid olacağ hələm

Ayıra bilmədi ağı qaradan

Bu gecə bir şair köçdü dünyadan

 

Şeirə düzərdi eşqin dadını

Nakamlar kitabına yazdı adını 

Bəs niyə yolunu gözləyən qadını 

Gözünün yaşına boğdu yaradan? 

Bu gecə bir şair köçdü dünyadan


Həyatın rəngindən şeirlər yazan

Son dəfə səninçin oxunur Azan.

Tələsmə qazmağa ay qəbir qazan! 

Qoy Qartal son dəfə ensin qayadan

Bu gecə bir şair köçdü dünyadan

Müəllif Fatimə Səhhətqızı

 

 Dünyasını dəyişən Şair yoldaşımız Həsən Kürə ithaf olunur

Şərhlər (1)

  1. Aynur Yusifova

    @Aynur Yusifova

    09 iyul 25, 20:21

    İncə duyğularla yazılmış bir şeir.Həmin şairi ilk dəfə burda bildim burdan eşitdim.Çox təəssufki varlığını yoxluğu ilə bildim😔

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol