İnan hərdəm xəyalə, qonaq gəldikdə sən bir an,
Gözlər dolur, çatmır nəfəs, həsrət tüğyan edir yaman.
Sanki səssiz addımların, keçir gülüş sükutumdan,
Kölgən düşür pəncərəmə, ayrılıqla dolur zaman.
Üzündəki təbəssümün, hər gülüşün bir xatirəm...
Sən güləndə qəlb içimdə, min arzuya mən bələdəm.
Adınla açılır səhər, hər anınla gəlir gecəm.
Sən güləndə bahar olur, hər gülüşün bir xatirəm...
Aşiqinəm bu sevdayçün çıxdım yola,
Həm şairəm bu sətirlər sənin ola.
Mən Farizəm, qəlbim səndə, sözlərimlə tikdim qala.
Səni yazdım hər misraya, könlüm döndü əbədi yara.
Şərhlər (0)