Qütb — Ruh.Antares

Qütb — Ruh.Antares

Polaris🌟



Əvvəla bu yazını oxuyan bütün gənc yazarlara, dəyərli oxuculara və daim izləməkdə qalan hər kəsə salamlarımı göndərirəm. 


Bu yaxınlarda saytda gəzinərkən, hələ də mənim bir təxəllüsümün olmadığını fərq etdim. Düşündüm: “Axı bu qədər yazar arasında özümü necə fərqləndirə bilərəm?” Təxəllüs seçmək qərarına gəldim, amma bu sadəcə bir ad deyil, mənalı və dərin bir seçim olmalı idi.


Bir müddət müxtəlif adlara baxdım, axtarışlar etdim, amma heç biri məni inandıra bilmədi. Artıq düşünürdüm ki, bəlkə heç təxəllüs götürməyim — adım elə kifayət qədər gözəldir.


Elə bu vaxt, son paylaşımıma "Sirius" adlı bir xanım şərh yazdı. Bu ad məndə dərhal bir maraq oyatdı. İlk olaraq düşündüm: “Bəlkə mən də bu adı götürüm?” Lakin sonra araşdırdım və öyrəndim ki, Sirius bir ulduz adıdır. Öz-özümə dedim: “Kainatda trilyonlarla ulduz varkən, niyə mən saytda ikinci bir Sirius olum?”


Beləliklə, ulduzlar dünyasına daha dərindən baş vurmağa qərar verdim…

Və qarşıma Qütb Ulduzu — Polaris çıxdı.


Araşdırdıqca bu adın mənə nə qədər uyğun olduğunu anladım. Polaris göyün ortasında sabit duran, digər ulduzlar onun ətrafında fırlanan bir ulduzdur. Gecə səyyahlarına yol göstərən, yön verən ulduz...


Və mən də yazarlıq yolunda sanki daim bir sabitliyə, bir istiqamətə ehtiyac duyurdum. Özüm üçün, oxucularım üçün bir "yön", bir "işıq" olmalıydım. Elə bu səbəbdən də təxəllüsümü Polaris olaraq seçdim.



•Polaris haqqında qısa məlumat:


Qütb ulduzu polaris bir ulduz deyil,üç ulduz sistemidir.


•Əsas ulduz polaris A sarı super nəhəng ulduzdur.


•İkinci ulduz polaris B 1870-ci ildə ingilis astronomu Uilyam Herşel tərəfindən kəşf edilmişdir.


•üçüncü ulduz polaris AB isə 2006-cı ildə

Kəşf edilmişdir.




Və mən başa düşdüm ki...

Polaris yalnız göydə deyil. Polaris — mənim içimdəki istiqamətdir.

Oxuduqlarımı yazıya, gördüklərimi sözə, hiss etdiklərimi isə bəzən bir baxışa çevirirəm. Yazı mənim üçün bir az nəfəs, bir az yoldur. Və bu yolda Polaris mənim yönüm, təxəllüsüm, və ruhumun səssiz səyyahıdır.


Artıq “Polaris” adı altında paylaşacağım hər bir yazı,

bu ulduzun işığı ilə yol göstərsin istəyirəm.

Sizlər də öz daxili “Polaris”inizi tapın.

Bəlkə də bir gün… o da sizə yön verəcək. 


—Polaris. 


Şərhlər (5)

  1. SİRİUS

    @SİRİUS

    27 iyul 25, 15:11

    Nə gözəl belə bir təxəyyül seçməyiniz və bunu izah etməyinizi xoş oldu. Sən bir ulduzkən bütün ulduzlarin sənin ətrafında dövr etdiyini bilmək ,özünü sanki dünyada birincilik qazanmiş kimi hiss etməkdir. Və bu təxəyyül sizə çox uyğundur. Uğurlar arzulayıram ☄️

    1. ramil

      @ramil

      28 iyul 25, 02:01

      Əvvəlcə təşəkkürümü bildirirəm 🙏

      Bu təxəyyülü seçmişdim bəli,ancaq o təxəyyülü çox insanın seçdiyini bildikdən sonra təxəyyülümü dəyişdim.

      Tezliklə o barədə də bir məqalə paylaşılacaq.

      Uğurlar🙏

      1. ramil

        @ramil

        28 iyul 25, 10:00

        Təxəllüs*

  2. ramil

    @ramil

    17 iyul 25, 14:38

    Dünyamıza deyil,biraz yuxarılara yani ulduzlara nəzər salsaq,həm özumüzə uyğun həmdə, yaddaşlarda qalan adlar seçə bilərik 🙏

    Çox sağolun 🙏 

  3. Aynur Yusifova

    @Aynur Yusifova

    17 iyul 25, 11:19

    Mətnizi oxudum.Polaris😊 İlk öncə sizə uğur arzu edirəm.  Uraqan müəllim və Simurq xanım kimi sizin də özünüzə seçdiyiniz bu ad yaddaşlara həkk olar.

    Və bundan ruhlanaraq bu saytda məndə özümə bir oxucu olaraq ad qərarına gəldim desəm yalan olmaz.İstərdim ki oxucu olaraq necə ad seçə bilərəm? Mənə dəstək olsanız fikir söyləsəniz sevinərəm.Özümdə araşdıracam bu məsələni heç.Fikirləriniz də mənim üçün önəmli ola bilər.Hətta bunu Uraqan müəllimdən belə soruşacam.

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol