Ruhum səksənlərdə qalıb, yaşayır

Ruhum səksənlərdə qalıb, yaşayır

RUHUM SƏKSƏNLƏRDƏ QALIB, YAŞAYIR 


Ruhum səksənlərdə qalıb, yaşayır

Ağ-qara şəkildə olmaq istədim

Tanına bilməyib, cavan olaraq

Bu kimdir nəçidir? bilmək istədim


Ruhum səksənlərdə qalıb, yaşayır

Uşaqlar içində olmaq istədim

Palçığa bulanıb, yıxılıb duran

Həyatı öyrənən olmaq istədim


Ruhum səksənlərdə qalıb, yaşayır

Radioda bir mahnı açmaq istədim

 Səslərin, sözlərin yoldaşı olub 

Oxumaq, oynamaq, gülmək istədim


Ruhum səksənlərdə qalıb, yaşayır

Eşqimi məktuba yazmaq istədim

Bir şeir parçası söyləyib ona

Könlünün qəmini almaq istədim


Ruhum səksənlərdə qalıb, yaşayır

Sobaya odunu qoymaq istədim

İşığı divara vuran alovun

Sirdaşı, yaxını olmaq istədim


Ruhum səksənlərdə qalıb, yaşayır

O köhnə evlərdə olmaq istədim

Hüzurun səsini dinləyib hər gün

Saat əqrəbinə baxmaq istədim


Ruhum səksənlərdə qalıb, yaşayır

Dərdimi, qəmimi tapmaq istədim

Ağlayıb gözümün yaşını töküb

İslanan dəsmalı atmaq istədim


Ruhum səksənlərdə qalıb, yaşayır

Cürbəcür yuxular görmək istədim

Yuxular içində göyərçin kimi

Azadlıq dağına uçmaq istədim


Dr. Paradox

Şərhlər (0)

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol