Duam sənsən

Duam sənsən
Varım, yoxum, bir sərvətim,
Yoxdur mənim bu dünyada.
Eşqin ilə yanır mənim,
Bu ürəyim, bu dünyada.
Hərdən səssiz gecələrdə,
Həm yağışda, həm küləkdə,
Allah haqqı hər diləkdə,
Duam sənsən bu dünyada.
Ala gözlüm, gözlərinin sevdasıyla çıxdım yola,
Yaraşarmı o gözlərə,yarı yolda məni qoya?
Bu saf sevgim gözlərinə olsun fəda.

Şərhlər (0)

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol