Səni məndən alacaq, bilirəm.. – Aytən Kərimova

Səni məndən alacaq, bilirəm.. – Aytən Kərimova

Bir yol seçmək haqda düşünməmişdim mən..
İndi isə yol göründü daha, o yola çıxıram, səni məndən alacağını bilə-bilə..
Nə qədər çətindir, kaş izah edə bilsəm, ya da kaş ki, dinləsən.Yanımda olsan belə sözlərim səndən uzaq düşürdü bəzən, qəlbimdə hiss edirdim səni, amma sən məndə ola-ola da getmişdin sən demə.
İndi mən gedirəm, amma sən bilərsən axı, getmək ayrılıq deyil, amma bu sən bildiyin gedişlərdən də deyil, qurban sənə..
Mən daha qalmaq üçün getmirəm,amma sən yol gedəndə mən hər zaman “ehtiyatlı get” sözündə, bir parça təbəssüm tapsan əgər, orada olacağam mən..
şəklin kənarında, köhnə bir mesajın daxilində, gözünün bir anda dolmasında qalacağam.
Yazıb-yazıb sildiyin həmin mesajlarda olacağam..
Nə sənin “getmə” sözün olacaq, nə də mənim qalmaq cəhdim..
İtirəcəksən çox şeyi, yəqin vecinə olmayacaq, amma itirdiklərin içində özün olan zaman məndə tapacaqsan bir parçanı.
Səni tapacaq qədər tanış, səni sənə qaytacaq qədər əl-qolu bağlı olacağam..


Aytən Kərimova✍🏻

Şərhlər (5)

  1. Dərya Qasımova

    @Dərya Qasımova

    11 avqust 25, 20:52

    Sən gedirsən, amma ardında sükutun daşıdığı bir dünya buraxırsan baxışların sönmüş bir çıraq kimi, səsin isə unudulmaqda olan bir mahnı kimi qalır arxada. Bəzən birinin yoxluğu, varlığından daha çox yer tutur. 

    Uğurlar, maraqlı idi 🤍

    1. Aytən Kərimova

      @Aytən Kərimova

      11 avqust 25, 21:44

      Təşəkkürlər❤️

  2. Aynur Yusifova

    @Aynur Yusifova

    11 avqust 25, 16:00


    Səni unudacaq qədər uzaq deyiləm, amma sənə yaxınlaşacaq qədər də gücsüzəm. Sadəcə olduğun yerdə xoşbəxt olasan deyə, səssizcə varam...

  3. SİRİUS

    @SİRİUS

    11 avqust 25, 14:54

    Yazıb yazıb sildiyin mesajlarda olacağam,seni tapacaq qədər tanış ,sene seni qaytaracaq qədər əli qolu bağlı olacağam. Bir sözlə yaralı yerlərə toxunduz. Uğurlar. 🍀

    1. Aytən Kərimova

      @Aytən Kərimova

      11 avqust 25, 16:03

      Təşəkkürlər🖤

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol