Şekspirə Məktub

Şekspirə Məktub

İnana bilmirəm belə bir dahi, həyatda yaşamış, yaratmış cahan.

Romeo Julieti gətirmiş bizə,

Məhəbbət yolundan keçibmiş təzə.

Annani sevərkən ürəyi yanmış, qəlbində od-alov bir həsrət salmış.

Kiçik bir otaqda yazıb yaratmış,

Səmimi hisslərlə ocaq qalamış.

İmkanım olsaydı, bilin ürəkdən,

O dövrə gedərdim mən sevərəkdən.

Şagirdi olardım mən Şekspirin,

Yazardım həyatı sizlərə şirin-şirin.

Şərhlər (8)

  1. M.Aliyeva

    @M.Aliyeva

    12 yanvar 26, 23:02

    Aysel xanım,çox gözəldir.Yazmağa davam edin.Yaşınıza görə çox mükəmməl yazırsınız.💞♾️💞

    1. Aysel

      @Aysel

      13 yanvar 26, 22:09

      Teşekkur edirem. 32 yaşim var) o zamanlar yazdiqlarımdi. İstiqametim deyişib nə yazıq ki) sözlər yazıb, gelecek üçün. Uğurlar.

      1. Aysel

        @Aysel

        13 yanvar 26, 22:10

        Sizler yazın, gelecek üçün.

        1. M.Aliyeva

          @M.Aliyeva

          13 yanvar 26, 22:40

          Amin,inşaallah.🙏💞

      2. M.Aliyeva

        @M.Aliyeva

        13 yanvar 26, 22:39

        Yaşın bir əhəmiyyəti yoxdur.Sizdə istedad var və heç bir zaman gec deyil.Bu işi davam etdirsəniz,sevinərəm.

  2. Uraqan

    @Uraqan

    12 yanvar 26, 22:55

    Yolladığın, üçün şad oldum, Aysel. Öncəliklə onu deyim ki, yerlərini səhv yerə yazmışdın, normalda qəbul etmirdim səhv yazılanları. Amma həm yaşını nəzərə alaraq, həm də şeirin qısalığını nəzərə alaraq özüm dəyişdim. Şeirə ad qoymamışdın, özüm Dədə Qorqud kimi ad verdim.

    İndi gələk şeirə, 13 yaş üçün olduqca yaxşıdır. Ümidvaram ki, yorulub təslim olmarsan və davam edərsən yazmağa. Yaz, yarat oxuyaq. Amma düzgün formada yolla ki, paylaşmaq uyğun olsun.

    Əgər hansısa çətinlik olsa, mənlə əlaqəyə keçmək üçün whatsapp butonunun üzərinə toxuna bilərsiniz. 🙏

    1. Aysel

      @Aysel

      12 yanvar 26, 23:52

      Bəli, çetinliyim oldu. Bilmedim nəyi harda yazım. Şeirmin adını tesadüfi  olsa da, düz yazmağiniza güldüm) çox sağolun hər şey üçün. Eyni sferadan olan insanlarla bir ortamda olmaq, çox gözeldir.

      1. Uraqan

        @Uraqan

        13 yanvar 26, 17:50

        Siz də sağ olun 😊

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol