Bilməyin Bilmədikləri - Nicat Məmmədov

Bilməyin Bilmədikləri - Nicat Məmmədov

⚡Bilməyin bilmədikləri⚡

Lənətə gəlmiş insanların əlindən uje bezmiş bir insan. Düşünün ki vaxtilə qandan qorxan biri indi öz əlini kəsdiyi zaman gülərək heçnə olmamış kimi davam edir. Və o insan ki son zamanlarda ağlamağı bacarmayan lakin ən kiçik bir şey gördükdə isə, başqa insanın yerində ən az onun qədər əzab çəkir. Və bunu da nə üçün etdiyini bilmədən. Mənəviyyatı güclüdü, güclüdü deyib ortalıqda gəzən, ama söhbət hisslərə gələndə ən qatı insan. Bilmir. Ama bilir. Nəyi bilir ? 

Söhbət bilməkdən düşmüşkən.

" Bilmək " əgər bir insan olsa idi, elə adı da bilmək olardı. Ama o öz adını bilmədən yaşayardı. Necə ki suyun öz rəngini bilmədiyini kimi. Bilmək, bilmək ,bilmək. Axı nə qədər olar bilmək ? 

Yəni bilmək bizə bu qədər xoş təsir bağışlayır ki bütün bəşəriyyət hamısı bilməyin arxası ilə qaçır ? 

Kimi ağıllı olduğunu bilir, kimi də dəli olduğunu bilir. Ama əsas məsələ ağıllının dəli olduğunu bilməməsi və dəlinin də əslində ağıllı olduğunu bilməməsidir. Baxın görürsüz hər şey bilməkdən yaranır, başlayır nə bilim indi kim necə bilirsə elə olsun ya da bilmək istəyirsə elə. Fərqi yoxdur.

Axı bunların heç birinin " Bilmək " üçün bir mənası yoxdu. Zatən bu onların hamsını bilir. Guya öyrənənlər nəsə bilənlərdi. Ama ən çox da heçnə bilməyənlərdi. Yəni ən çox bilən əslində heçnə bilmir. Düzdü bilirəm bu biraz şablon oldu ama dediyim kimi bəlkə də bilmirəm, çünki bilmirəm ))

" Bilmək " özü bir gün birşey öyrənir ki mən nə bilirəm. Öz özlüyündə 

 " Bilmək " bildiyini sorğulayarkən, anidən ağlına birşey gəlir: Bilmək..

Və beləcə " Bilmək " bir şey bilir ama o bildiyinin nə olduğunu bilmədən. 

" Bilmək " bilmək, bilmək, bilmək, bilmək deyə deyə küçələrdə gəzir. Bir anda park görür və orada bir ağacın altında oturur ki dincəlsin. Bu zaman onu yuxu tutur və biraz mürgüləyir. Bir də ayılır ki hava qaralıb və qalxıb bir kiçik skamyada oturur. Bu zaman bir müdrik qocayla rast gəlir. Onların kiçik söhbətindən sonra müdrik soruşur: 

Bala burda neynirsən 

" Bilmək " cavabında 

Bilmirəm deyir 

Müdrik yenidən soruşur bəs niyə bilmirsən 

" Bilmək" də bilirəm desə də o özü də nəyi bildiyini bilmir. 

Sizcə o nəyi bilmir? 

" Bilmək " bir neçə təkrardan sonra bildiyini də bilmir. Təkrar dediyim, yəni bilinmir hansı təkrardı. 

Nəhayət bir gün " Bilmək " bir şeyləri bildiyini bilir lakin öz bilmədiyi xəstəliyi bildiyini də bilinməz edir.

Sonda " Bilməyin " sizə belə bir sualı var sizcə mən nəyi bilmirəm ? 

 " Bilmək " Kiçik bir hekayə bölüşmək istədi sizinlə. Hekayədə istifadə olunan bir hissə ki var o

hansı kitabdandır sizcə ? 

Şərhlər (7)

  1. ramil

    @ramil

    13 iyul 25, 03:11

    İnsan ömürü,heç vaxt,hər şeyi bilməyə yetməz.yetsə belə öyrənə bilməz...

    Və məndə heçnə bilmədiyimi bilirdim,ancaq qəti qərara gələ bilmirdim.

    Və artıq qaranti verə bilərəm ki,əslində heçnə bilmirmişəm...

    Uğurlar 🌟 

  2. ZeynəbNəbiyeva

    @ZeynəbNəbiyeva

    13 iyul 25, 01:55

    Bəzən həe şeyi niıdiyini zənn edərsən ama heçnə bilməzsən vuda elədi . Uğurlar gözəl idi

  3. Aynur Yusifova

    @Aynur Yusifova

    13 iyul 25, 00:24


    Bilmək – özü bir gün elə bir şey öyrənir ki, anlayırsan: mən əslində heç nə bilmirəm...


    Bu, insanın öyrəndikcə nə qədər az bildiyini dərk etməsi ilə bağlıdır. Həqiqi bilik insanı təvazökar edir....

  4. SİRİUS

    @SİRİUS

    12 iyul 25, 16:33

    Hansi kitabdan olduğunu bilmirəm ama çox qarişiq maraqlıdir. Uğurlar.👍❤️

    1. Nicat Məmmədov

      @Nicat Məmmədov

      12 iyul 25, 17:44

      O sözü gedən kitab Düş kesiği adlı kitabdır oxumağınızı tövsiyə edirəm. Xoş sözləriniz üçün təşəkkür edirəm 🙏

  5. XIII

    @XIII

    12 iyul 25, 16:01

    Uğurlar bro"m🫶🏻

    1. Nicat Məmmədov

      @Nicat Məmmədov

      12 iyul 25, 17:44

      Təşəkkürlər bro ⚡

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol