Qocalan Ruhum...

Qocalan Ruhum...

Güzgüyə baxıram, mən deyiləm bu,

Gözümdə yadlaşan, baxış qocalıb.

İçimdə arzular, susubdur yəqin,

Üstümə ələnən, yağış qocalıb.


İllər əlimizdən, tutub apardı,

O şən günlərimiz, uzaqda qaldı.

Ürək bir vaxtlar, nə bəxtiyardı,

İndi tənha qaldı, sazaqda qaldı.


Dizimdə təpər yox, gözümdə nur yox,

Hər addım keçmişə çəkir adamı.

Daha sevinməyə zərrə qürur yox,

Dərd sanki söndürür yanan şamımı.


Gənclik pəncərədən, baxıb əl edir,

Mən isə qaranlıq, küncdə qalmışam.

Ömür bir vəfasız qatar tək gedir,

Mən isə boş qalan, stansiyadayam.

Şərhlər (6)

  1. Kəmalə Fərhad qızı

    @Kəmalə Fərhad qızı

    04 may 26, 12:43

    Əslində hər yaşın öz gözəlliyi var. Amma onu da deyim ki, indiki cavanlar yaşından daha çox yaşlı görünürlər.

    1. Sürayə

      @Sürayə

      17 may 26, 21:42

      Rəyinizi bölüşdüyünüz üçün təşəkkür edirəm.🌷🙏🏻

  2. Qonaq Fəridə

    @Qonaq Fəridə

    04 may 26, 07:25

    Mətində elə bil ki yorğun bir ruh var 🥀. Həyatın axarında üzünə o sevinən masqasını çıxarıb artıq gərçəyi onun üzünə vurub.  Rollardan yorulub , artıq ruh yoruldu və saxda masqasını çıxarıb , həyatda sevinclərin az qırıntılarıyla özünü təsəlli verib və bunları həqiqi sevinc olduğunu düşündü axırda ruhu bu qumardan tükənib çökdü olduğu kimi dibə batdı və indi ancaq realıq isdəyir , xəyalları yox. 

    1. Sürayə

      @Sürayə

      17 may 26, 21:41

      Yazdığım heç bir şeir və ya məqalə insanları məyusluğa və bitkinliyə aparmaq üçün deyil. Əksinə o fikirdə olan insanların düşüncələrini kağız üzərinə köçürürəm. Bunu ona görə edirəm ki, heç vaxt tək olduqlarını düşünməsinlər və bundan bir dərs çıxarıb, doğru olanı etsinlər. Rəyinizi bölüşdüyünüz üçün təşəkkür edirəm.🌷🙏🏻

  3. Lamiyə

    @Lamiyə

    03 may 26, 19:36

    İlk 4misra, sanki içimdə gizlənən məndən danışdı, neqativ olmaq istəmərəm, daxilimdə zəifəm amma üzdə güclü olmaq məcburiyyətindəyəm

    1. Sürayə

      @Sürayə

      03 may 26, 21:36

      Bəli elədir.. Bəzən bizi bu qədər yorub, tükədən də elə budur: Olduğumuz kimi yox, hər kəsin gözündə güclü görsənmək.. Amma biz o deyilik. Rəyiniz üçün təşəkkür edirəm 🙏🏻 

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol