Qəm içimdə yazardı - Fatma Məcidova

Qəm içimdə yazardı - Fatma Məcidova

Qəm içimdə yazardı


Bir zamanlar qəm içimdə danışardı,

Sükutumda min söz gizlənib daşardı.

Kədər qələmimə ilham verərdi,

Hər misramda bir ah, bir dərd yaşardı.


İndi gülüşlər var ürəyimdə,

Qələmim susur, qəm yox içimdə.

Sözlərim xoşbəxtliyin sükutudur,

Bir göz yaşı axtarır kölgəmdə.


O zaman acı sevərdi məni,

İndi isə şeir unudub məni.

Çünki qəm yazardı ən gözəlini,

Xoşbəxtlik susdurur şair könlümü...



Şərhlər (2)

  1. ZeynəbNəbiyeva

    @ZeynəbNəbiyeva

    13 iyul 25, 01:50

    Bəzən insana yazmaqı səbəb edən  bax o qəmdir ən gözəl yazılar ən qəmli anlarında olar... Əllərinizə sağlıq

  2. Aynur Yusifova

    @Aynur Yusifova

    13 iyul 25, 00:16

    Səni düşündüyüm hər an  sanki səssiz bir dua oluram...

    Az öncə belə bir cümlə oxudum başqa yerdən sonra sizin şeiri oxudum və bu cümləni bura çox yaraşdırdım

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol