Haqq susur,cövr edir yalan — Ruh.Antares

Haqq susur,cövr edir yalan — Ruh.Antares

Yalan alqışlanıb, haqq susdurulur...

Haqq gecikir, qulum — ancaq unudulmur.

Cövr edir insan, ətrafında yalançı,

Buna nə şah təsir edər, nə də falçı.

Sən inanma! Düz deyənin haqqı yerdə qala...

Olsun — onun da bu işə ya səbr(i), ya da inancı.


Düz söz olubdur dillərə dastan,

Hər yalan danışan — “düzgünlük” deyir.

Tutaq ki, düzgünlük damarda qandır,

Bəzən də libası olur — gözəl bir yalan!


Ədəbsiz, millətə ədəb göstərir,

Guya yaxşılıq edir, düzü pis deyir.

Mən əgər bunları səhv deyirəmsə,

Soruş gör, bu millət — “düzə” nə deyir?..

Şərhlər (16)

  1. Aynur Yusifova

    @Aynur Yusifova

    17 iyul 25, 00:48

    Şeiri oxudum.Belə bir nəticəyə gəldim ki,

    İnsanın sözünə görə yox əməlinə görə tanımaq lazımdı.

    1. ramil

      @ramil

      17 iyul 25, 02:03

      Bəli doğrudur.Oxuduğlarımızdan nəticə çıxarmalıyıq,sizin etdiyiniz kimi 🙏

  2. Dərya Qasımova

    @Dərya Qasımova

    16 iyul 25, 22:34

    Möhtəşəm alınıb. Uğurlar 🤍

    1. ramil

      @ramil

      16 iyul 25, 23:18

      Çox sağolun.Möhtəşəm olan sizin dəsdəklərinizdir🙏

  3. SİMURQ

    @SİMURQ

    16 iyul 25, 22:19

    Haqq sükut edər, yalan danışar... Zaman isə yalnız sükutun içindəki həqiqəti eşidər və gec də olsa, onu ayağa qaldırar.Uğurlar💫

    1. ramil

      @ramil

      16 iyul 25, 23:17

      Düzdür 🙏 

  4. SİRİUS

    @SİRİUS

    16 iyul 25, 18:17

    Bu millət düzə də səhv deyir. Uğurlar.

    1. ramil

      @ramil

      16 iyul 25, 21:40

      Təşəkkürlər 🙏 

  5. Röyane

    @Röyane

    16 iyul 25, 13:06

    "Doğru deyəni yeddi kənddən qovurlar" . Yaltaqlıq, yalan daha asand qəbul olunur.

    Maraqlı mövzu idi. Uğurlar. 

    1. ramil

      @ramil

      16 iyul 25, 21:39

      Çox sağolun 🙏 

  6. Asuela

    @Asuela

    16 iyul 25, 10:10

    heqiqet susdurulur yalan ise nece de gözelleşdirilir..
    cemiyyet bezen heqiqeti görmek istemir..

    menalı şeirdir,uğurlar❤️

    1. ramil

      @ramil

      16 iyul 25, 21:39

      Cəmiyyət həqiqəti görmür)

      Uğurlar 🌟 

  7. Uraqan

    @Uraqan

    16 iyul 25, 09:49

    Maraqlı şeirdir. Əhsən ❤️

    1. ramil

      @ramil

      16 iyul 25, 10:01

      Təşəkkürlər sizin sayənizdə🙏😊

  8. Fatima

    @Fatima

    16 iyul 25, 09:35

    Doğrudan da, bu şeirdə yazılanlar bu günün acı reallığıdır. Haqq susdurulur, yalan danışanlar isə alqışlanır. Bəzən insanın düz deməyə belə gücü çatmır. Hər misrasında həyat var, içdən gələn bir səs var. Oxuduqca adam fikrə gedir. 

    1. ramil

      @ramil

      16 iyul 25, 21:38

      Fikirlərinizə görə təşəkkürlər 🙏 

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol